Reklam verin!

İntellektual ocağın nümayəndəsi: kulturoloji terrorun subyekti!

Yazar: artyazar @ Noyabr 4, 2007 10:43

 Günel Anarqızı – peşəkar ədəbiyyata qədəm qoyan kimi çoxları ağız büzdü: Anarın qızıdır deyə, çap edirlər, ədəbi gündəmə gətirirlər, adını yeni nəsil yazarlar siyahısında hallandırırlar... Bu kimi ittihamları daldan-küncdən sağa-sola səpələyənlərin məntiqini anlamaq mümkün deyil: deməli, çəkməki oğlu onun sənətinin mahir davamçısı ola bilər, yaxud, dərziçi qızı ata-anasının peşəsində gücünü-bacarığını göstərə bilər, fəqət Azərbaycan yeni – XX əsr Azərbaycan ictimai-mədəni, kulturoloji-estetik düşüncəsinin formalaşmasında xüsusi rolu olan milli intellektal-yaradıcı nəslin növbəti nümayəndəsi, yəni – mən hələ tarixi uzaqlara getmirəm –  ustad sənətkarlar Rəsul Rza, Nigar xanım Rəfibəyli, Anar və Zemfira xanım Səfərova (ictimaiyyətimizə bəlli seçimli simaların imzasını xatırlatdım) ocağının davamçısı sayılan nasir-publisist Günel Anarqızıdan yaxşı yazıçı çıxmaz...

Davamı...
  Yazılar cəmi: 1