Avqust 23, 2008 11:48
Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdçüsü: Aydın Xan (Əbilov)
Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdünə layiq görülmüş yaradıcı şəxslər arasında Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, AYB İctimai Qurumlarla Əlaqə və Analitik-İnformasiya Mərkəzinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədr müavini, tanınmış yazıçı-kulturoloq Aydın Xanın (Əbilov) da imzasına rast gəldik.

E-gündəlik, Kulturologiya: yeni dünyagörüş, Haqqımda: özgə gözlə, İctimai fəallıq, Kulturoloji Ensiklopediya | Şərhlər(0) | Baxış sayı: 9
Avqust 19, 2008 16:29
Kulturoloji layihəmiz qalib gəldi...
2008-Cİ İL ÜÇÜN QHT-LƏRƏ MALİYYƏ YARDIMI MÜSABİQƏSİNƏ YEKUN VURULMUŞDUR
AzərTAc xəbər verir ki, avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2008-ci il üçün QHT-lərə maliyyə yardımı müsabiqəsinin nəticələrinə həsr olunmuş təqdimat mərasimi keçirmişdir.
Tədbirdə çıxış edən Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev 15 prioritet istiqamət üzrə bu il iyunun 12-də elan olunmuş müsabiqəyə 367 layihənin təqdim edildiyini bildirmişdir. Bunlardan 290 layihə Bakı şəhəri, 71 layihə isə region QHT-ləri tərəfindən təqdim edilmişdir. QHT-lərə maliyyə yardımı müsabiqəsinin ümumi fondu 1 milyon 200 min manat nəzərdə tutulmuşdur.
A.Quliyev demişdir ki, aparılan ilkin seçim nəticəsində 24 təşkilatın layihəsi Şuranın qəbul etdiyi qaydalara uyğun olmadığına görə ekspertizadan kənarlaşdırılmış, 337 QHT-nin layihəsi isə ekspertizaya təqdim olunmuşdur. Bu layihələrin hər biri ayrı-ayrılıqda 3
E-gündəlik, İctimai fəallıq | Şərhlər(0) | Baxış sayı: 6
İyul 22, 2008 14:26
22 iyul qara bayramınız mübarək, milli jurnalistlərimiz!!!
Qıraqdan hamı bizə xoşbəxt peşə sahibi kimi baxır: ictimaiyyətimizdə elə fikir gəzir ki, bizim var-dövlətimiz başımızdan aşır, məmurlar KİV nümayəndələrini görəndə siçan deşiyi axtarırlar, nə bilim, mən beşbətəri, gündə televiziyadayıq...

E-gündəlik, İctimai fəallıq | Şərhlər(2) | Baxış sayı: 41
İyul 1, 2008 21:59
Bəlkə sən olum, hə!?
2008-ci ilin mərkəzində
yay ovlamağa getdiyim
Talış dağlarında tufan qopanda
Beynimdə fəlsəfi fikir çaxdı:

E-gündəlik, Dünyanın poetik dərki | Şərhlər(0) | Baxış sayı: 39
İyun 18, 2008 23:32
Yeni hekayə: "Full ölüm"
“Bircə kərə məni öldürənin yuxusuna girsəydim…”
Eminin əzablarına bağışlanır...

Ətrafdakılar bizi uşaqlıqdan dostluq edən, bir-birinin xətrini dünyalar qədər istəyən iki gənc kimi tanısa da, əslində mənim Elçinlə yoldaşlıq münasibətlərimdə artıq böyük çatlar əmələ gəlmişdi.
Davamı...E-gündəlik, İ-real hekayələr | Şərhlər(10) | Baxış sayı: 367
İyun 18, 2008 10:33
Nəsillərin savaşı: bu dəfə ANS TV-nin "Mübarizə" verilişində...
Qısası, mən Aydın Xan tanınmış sənətçi Nisə Qasımova, gənc muğənni Elxan və aparıcı teleman Mübariz Əsgərov ANS TV-nin "Mübarizə" verilişində 
mədəniyyətdə nəsillər problemlərini araşdırdıq...
Davamı...E-gündəlik, Şəkillər - həyatın donmuş anları, Kulturologiya: yeni dünyagörüş, TV və radiolarda söhbətlərim | Şərhlər(0) | Baxış sayı: 53
İyun 13, 2008 23:00
Azərbaycan Respublikası Gənclər Təşkilatlarının II Ümumrespublika sərgisi
Bu dəli - küləkli yay günündə, yəni iyunun 13-də Bakı İdman Sarayında, ötən il olduöu kimi, bu dəfə də maraqlı, hesabatxarakterli tədbir - Azərbaycan

Respublikası Gənclər Təşkilatlarının II Ümumrespublika sərgisi keçirildi.
E-gündəlik, İctimai fəallıq | Şərhlər(1) | Baxış sayı: 56
İyun 10, 2008 22:57
Vicdanın altından keçəndə...
Oğlum Şəpi və onun yarısı qədər sevdiyim bu günlərdə imtahanlarının nəticələri ləğv edilmiş tələbələrimə yazılmayan qəlbcə
Oğul balam, noğul ruhum
mən daha səni
tumarlayıb sevəmmərəm
bu gün birinin vicdanının
altından keçməli oldum...
Sənə nə nağıl, nə də
aramsız sual yağışının
cavablarını qaytarammaram
E-gündəlik, Dünyanın poetik dərki | Şərhlər(4) | Baxış sayı: 67
İyun 10, 2008 22:03
Xəzər Universitəsi: Virtual kulturoloji aləm barədə real mühazirə...
Bu gün - iyunun 10-da Xəzər Universitəsinin böyük zalında Elm və sənət məclisinin 20 buraxılışı keçirildi: Mədəniyyətdə - İnternetdə musiqi və şəbəkdə ədəbiyyat mövzusunda iki mühazirə-təqdimat nəzərdə tutulmuşdu...

Birincini professor, kulturoloq Taryel Məmmədov, ikincini isə mən - yazar-kulturoloq Aydın Xan (Əbilov) etməliydik ki,..
Davamı...E-gündəlik, Şəkillər - həyatın donmuş anları, Kulturologiya: yeni dünyagörüş | Şərhlər(1) | Baxış sayı: 88
İyun 10, 2008 21:19
ATV-də - "Açıqlama" verilişinə "bağlanma"...
Bir dostum o günləri qayıtdı ki, ay Aydın Xan, evdə ütünü də elektrik cərəyanına qoşanda, səni göstərir...

(Necə düşünürsüz, biz etiket qaydalarını pozmamışıq ki?!)
Dünən ki, iyunun 9-u idi, yenə də birbaşa tele-yayıma dəvət almışdım: ATV-nin "Açıqlama" verilişinə - mövzu "Etiket qaydaları"...
Davamı...Musahibələrim. Kulturoloq rəylərim, E-gündəlik, Şəkillər - həyatın donmuş anları, Kulturologiya: yeni dünyagörüş, TV və radiolarda söhbətlərim | Şərhlər(1) | Baxış sayı: 71
İyun 9, 2008 22:08
KULTUROLOQLARIN I BEYNƏLXALQ BAKI FORUMU
Yorğun və sərin yayın ilk həftəsində - iyunun 6-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təkşilatçılığı ilə Muzey Mərkəzində kulturoloqların I Beynəlxalq Bakı forumu keçirildi. Fərdi dəvət almasam da, maraq məni bürüdü və böyük şövqlə Muzey Mərkəzinin üstü təmirli, astarı - içi sovetdənqalma möhtəşəm binasına doğru addımladım: maraqlı şəkillər çəkmək üçün ya para ödəməlisən - özü də hansı qəzetdən olursan ol - ya da redaksiyadan xüsusi xahişnamə gətirməlisən. Söz yox, mən baş redaktorum Ayaz Vəfalıdan möhürlü kağız almaqdansa - axı çağalığımdan yediyim "Malış"ı burnumdan gətirməyəcəyinə inana bilməzdim - başqa planetə uçmağı üstün saydığımdan, eləcə də para ödəməkdənsə - onları reklam etməyim azdır, hələ bir pulumdan da keçməliyəm - bu foto-istəyimdən ləzzətlə imtina etdim: itirən ki, mən deyildim, sizlər oldunuz, ey əhli-şəbəkə...
Nəsə, nazirimiz Əbülfəs Qarayev qonaqları salamlayaraq bildirmişdir - bu, Azərtac İA-nin üslubudur, eləcə də saxlayıram - ki, bu beynəlxalq tədbir Azərbaycanda mədəniyyətin təbliği, təşviqi, qorunması və elmi tədqiqatların inkişafını təmin etmək
E-gündəlik, Kulturologiya: yeni dünyagörüş, Kulturoloji muqavimət | Şərhlər(0) | Baxış sayı: 202
İyun 5, 2008 13:44
"PEN-GUAM" - Beynəlxalq Yazarlar Qurumu yaradıldı
2008-ci il mayın 4-də Azərbaycanın paytaxtı Bakıda GUAM ölkələrinin yazarlarının toplantısında Beynəlxalq "PEN-GUAM" kulubunu təsis olundu.

Təsisçilərdən biri olaraq keçirilən tədbir barədə geniş məlumatları təqdim edirik
Davamı...E-gündəlik, İctimai fəallıq | Şərhlər(0) | Baxış sayı: 66
İyun 2, 2008 19:25
İctimai radioda ədəbiyyat - Kitab söhbətləri
Azərbaycan İctimai Tele-Radio Yayımları Şirkətinin - radio bölümünün 
ədəbiyyat redaksiyasının rəhbəri, tanınmış nasir-tərcüməçi İmir Məmmədli ilə kitab - ədəbiyyat dəqiqələrimiz çox maraqlı keçdi...
Davamı...Musahibələrim. Kulturoloq rəylərim, E-gündəlik, TV və radiolarda söhbətlərim | Şərhlər(0) | Baxış sayı: 58
May 29, 2008 18:27
Qaliblər - VIII Bakı Kitab Bayramının bəzəyi (fotolarda)

1. Nominasiya: “2007-ci ilin Ədəbiyyat dostu”. Qalib: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev. Təqdimat: Milli mədəniyyətimizin - çağdaş ədəbiyyatımızın inkişafına təkan verən dövlət proqramlarına, kulturoloji layihələrə və yeni kitabların kütləvi nəşrinə sərəncam verdiyinə, eləcə də yazarlara xüsusi diqqət və qayğısına, milli-mənəvi dəyərlərin inkişafındakı xidmətlərinə görə layiq görülür.
Davamı...E-gündəlik, Şəkillər - həyatın donmuş anları, Kulturologiya: yeni dünyagörüş, Art-informasiyalar, İctimai fəallıq | Şərhlər(0) | Baxış sayı: 80
May 28, 2008 22:43
VIII Bakı Kitab Bayramında qiyabi iştirak et...
VIII Bakı Kitab Bayramının - Milli Kulturoloji Mükafatın təqdimat mərasimi Kitabxananın böyük zalında keçirildi...

E-gündəlik, Şəkillər - həyatın donmuş anları, İctimai fəallıq | Şərhlər(0) | Baxış sayı: 64
May 28, 2008 20:42
May 28, 2008 14:54
Prezident İlham Əliyevin fərdi təqaüdü: alanlardan biri də mənəm!!!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncam və fərmana uyğun olaraq bu günlərdə müxtəlif nəsil - gənc və yaşlı - yaradıcı şəxslərə dövlət başçısının fərdi təqaüdü kəsilib.

E-gündəlik, İctimai fəallıq | Şərhlər(0) | Baxış sayı: 77
May 28, 2008 1:03
May 26, 2008 21:03
May 21, 2008 20:20
Cavanşir Yusifli "day-day", Lit.az "bacı", Nəsimi "əmi", "NETTY" xala və...
Mən ateist olsam da, bu yerdə mütləq Ulu Yaradana (misal üçün, təbiətə, intellektə, nə bilim, bilgili insanların tapındığı hər nəsnə kimi oxumaq da olar) and içməliyəm ki, özünü superdindar sayan azəri oxucusu səmimiyyətimə inansın. İlkcə onu deyim ki, işlərim kəlləmdən aşdığından hərgünkü e-qeydlərimi edə bilmir, virtual əməklə məşğul olammıram. Sağ olsun Cavanşir Yusifli: məni həvəsləndirdi, heç olmasa, bu qısa mülahizələrimi guppuldatdım bura...
Başınıza daş salmayacaqam, bu linkdəki materialla tanış olandan sonra bəzi mətləbləri izah etmək istərdim:
Davamı...E-gündəlik, Kulturoloji muqavimət | Şərhlər(0) | Baxış sayı: 106
May 14, 2008 16:57
Zamana bir il də qalib gəldim: bu gün ad günümdür...
37 yaşıma e(oxu: i)-mərsiyə
14 may yaxamdan yapışdı

biz təkcə ona atırıq
zamansa hamımıza
E-gündəlik, Şəkillər - həyatın donmuş anları | Şərhlər(2) | Baxış sayı: 97
May 7, 2008 10:01
“AZƏRBAYCAN İSLAM KONFRANSI TƏŞKİLATI SIRALARINDA” KİTABI: DƏYƏRLİ NƏŞR

Dünən - mayın 6-da “Park İNN-Azərbaycan” mehmanxanasında Heydər Əliyev İrsini Araşdırma Mərkəzi tərəfindən nəşr olunmuş “Azərbaycan İslam Konfransı Təşkilatı sıralarında” adlı dəyərli kitabının təqdimat mərasimində mən də fəal iştirak etdim
Davamı...E-gündəlik, İctimai fəallıq | Şərhlər(0) | Baxış sayı: 66
May 2, 2008 21:48
Ulu Öndər Heydər Əliyev Gənclərin qəlbindədir...
Mayın 1-də “Müasir Gənclik və Sosial İnkişaf” İctimai Birliyi, Yeni Yazarlar və Sənətçilər Qurumu ilə birgə Çağdaş Azərbaycan dövlətinin memarı, Ümummilli Lider, Azərbaycan xalqının bəşəriyyət tarixinə bəxş etdiyi Böyük Şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 85 illik yubileyi münasibətiylə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirdi.

E-gündəlik, İctimai fəallıq | Şərhlər(0) | Baxış sayı: 71
Aprel 29, 2008 20:15
"Kiyevskaya Rus" dərgisi Aydın Xanı da ukraynca danışdırdı...

E-gündəlik, Ədəbi-mədəni nəşrlər | Şərhlər(0) | Baxış sayı: 75
Aprel 25, 2008 18:15
Bloqumu çata çevirən Tələbələrim, haydı, hamı İMTAHANA: uğurlar sizlərə
Burada tələbələrimin onlara həsr etdiyim üç materiala yazdıqları şərhləri toplamışam. Sabah həm onların ilk - mənim tədris etdiyim Azərbaycan ədəbiyyatı tarixindən - aralıq imtahanıdır, həm də müəllim kimi mənim birinci yoxlanışımdır. Haydı dostlar, bilgi yarışmasında uğurlar əldə edib mənim də, Xəzər Universitəsinin də, valideynlərin də ürəyini şad edin. Bir də unutmayın ki, bu sonuncu bilgi sınağı deyil... Hamınıza uğurlar diləyirəm... (qeyd: material başlığını link-keçid kimi yararlanın...)
Tələbələrimin yazılı imtahan suallarının variantları: Azərbaycan ədəbiyyatı tarixindən...
E-gündəlik, Kulturologiya: yeni dünyagörüş | Şərhlər(5) | Baxış sayı: 108
Aprel 25, 2008 10:33
Ola bilməz: İnsanla Yapon qızılgülünün sevgi hekayəti... (şəkillə yeniləndi)
Bu hadisə çoxdan, lap çoxdan, bəlkə də on il bundan əvvəl yazılaşdırılıb: cavan oğlanla yapon qızılgülü ağacının ağlasığışmayan sevgisini deyirəm... Kol öz sevgisini bax beləcə hər səhər oğlana nümayiş edirdi:

E-gündəlik, Esselərim | Şərhlər(0) | Baxış sayı: 78
Aprel 14, 2008 20:01
Səndən keçir zaman...
Səndən keçir zaman...
Bu gün www.xariciedebiyyat.azeriblog.com
ünvanlı Virtual Kitabxanam qapandı: nədənsə, bu şeir gəldi
mənə dayaq durmağa, nə dostlar, nə oxucular, nə də millət...

E-gündəlik, Dünyanın poetik dərki | Şərhlər(1) | Baxış sayı: 89
Aprel 11, 2008 18:28
Qalmaqal şəbəkələşdi - daha da qızışdı: udan ictimai düşüncəmiz olacaq...
![]()
E-mənbə: http://kultaz.com/2008/04/10/blog-dunyasinda-edebi-qalmaqal/#comment-2921
Blog dünyasında ədəbi qalmaqal
Aydın Xan: “Bizə total hücuma keçiblər”
Cavanşir Yusifli: “”Mən əməyimin məhsulundan məhz Aydın Xanın istifadə etməsini istəmirəm…”
KultAz: Azərbaycanın ilk milli blog sistemi Azeriblog-un yaranmasıyla xeyli sayda fərdi bloglar yarandı. Sayt qurmaq imkanında olmayan hər bir şəxsin fikir və ideyalarını başqalarıyla çox asan şəkildə paylaşmaq imkanı yarandı.
Davamı...E-gündəlik, Kulturologiya: yeni dünyagörüş, Virtual polemikalar | Şərhlər(0) | Baxış sayı: 131
Aprel 7, 2008 18:09
AydınXanmaniya: bu dəfə Az TV-e yoluxdu - "Tərəf müqabili" verilişində görüşərik...
Həri, nə etməli, Azərbaycanımızda, - nə qədər qəribə səslənsə də, bu reallıqdır və o acı həqiqətlə barışmaq lazımdır - ölkəmizdə fikirlərini sadə, amma liberalcasına, bir qədər də intellektualcasına çatdıran fərdləri telekanallarımız göyün 7 qatında axtarırlar...

E-gündəlik, TV və radiolarda söhbətlərim | Şərhlər(0) | Baxış sayı: 128
Aprel 5, 2008 23:07
ANS-sin "Dahilər divanı": Cəllad mən, qurban - Yusif Vəzir Çəmənzəminli...
Bazar gününün axşamı, saat 22 10-da ANS TV-nin "Dahilər divanı" tele-polemikasında bir neçə qocayla mən az qala dalaşdım: Yusif Vəzir Çəmənzəminlidən ötrü...

Siz deməsəniz də bilirəm, gözünüzü, tele-baxışlarınızı, maraqlarınızı düyünləmişəm: fəqət neyləməli, dözməyə məhkumsunuz, yeni-yeni Aydın Xanlar yetişən çağlara kimi...
Davamı...Musahibələrim. Kulturoloq rəylərim, E-gündəlik, Kulturologiya: yeni dünyagörüş, TV və radiolarda söhbətlərim | Şərhlər(2) | Baxış sayı: 136


