İyul 15, 2008 16:06
Elmi-kulturoloji araşdırma: "Bədii fantastika: Azərbaycan ədəbiyyatının gizli qatları"
Bu araşdırmanı oxuyandan sonra bir siz də baş işlədin: yeni nəslin intellektual-kulturoloji formalaşmasından ötrü onlara elmi-fantastik əsərləri, yoxsa nağılları oxutdurmaq vacibdir?!.

Kulturologiya: yeni dünyagörüş, Çağdaş ədəbi tənqid | Şərhlər(1) | Baxış sayı: 43
İyul 7, 2008 17:02
Şamil Salmanov: modernist şair, ədəbiyyatşünas, ədəbi tənqidçi...
"Müəllimlərim yox, sadəcə həmkarlarım..." silsiləsindən
Kulturoloji esse
İnsan ali varlıq olaraq özünün ətrafdakılarından çox şeyləri öyrənir, müəyyən mənada sivilizasiya kodlarının daşıyıcısı, ötürücüsü olaraq başqalarından asılıdır...
Bəzilərimiz bu sadə həqiqəti anlayır, hər gün öz üzərində işləyir, biliklərini artırır, peşəkarlığını yüksəldir və istər-istəməz başqalarına gərəkli olur, digərləri ilə sıx təmasa girir. Seçilmiş şəxslər isə mədəniyyət daşıyıcıları olaraq sivilizasiyanın inkişafı üçün müəyyən işlər görmüş olur. Belə şəxslər bizim ətrafımızda olanda, onların qədrini bilmirik, kənarda yaşayanda isə onları bütləşdirməyə çalışırıq. Fəqət, hər kəsin qiymətini vaxtında dəyərləndirmək vacibdir.
Məhz buna görə də mən bir neçə vaxt bundan öncə silsilə kulturoloji materiallar yazıb ədəbi-mədəni ictimaiyyətimizin diqqətinə çatdırmışdım.
Kulturologiya: yeni dünyagörüş, Çağdaş ədəbi tənqid | Şərhlər(0) | Baxış sayı: 38
İyun 30, 2008 20:59
İsa Hüseynov - Muğanna: ustad ömrünün ədəbi-bədii yazısı
Bilmirəm, nədəndir: Azərbaycan ədəbiyyatının nəsr qolunda qələm çalan ədiblərin bədii yaradıcılıq düşüncə məhsullarından ən çox estetik isinişdiyim nasir məhz ustad dostum Muğannadır - İsa Hüseynovdur...
Bu kulturoloji essemi ustad sənətkarın 80 illik ömür yoluna ərməğan edirəm -
Davamı...Kulturologiya: yeni dünyagörüş, Çağdaş ədəbi tənqid | Şərhlər(0) | Baxış sayı: 52
May 11, 2008 23:19
Çağdaş poeziyamızın Yoldarı: şair-tərcüməçi Çingiz Əlioğlu
"Atlantlar": ədəbi inci, poetik-sənət nümunəsi
Son vaxtlar dünya nəşriyyat-poliqrafiya müəssisələrində işıq üzü görən dəyərli, beynəlxalq çap standartlarına tam cavab verən ədəbi-bədii nəşrlər çoxalıb. Belə nəşr məhsullarının arasında elələrinə rast gəlirik ki, çap olunan kimi kitab - ədəbiyyat tarixində öz yerini tutur, nadir mədəniyyət - sənət nümunəsinə çevrilir. Mütəxəssislər, eləcə də kulturoloqlar bu cür kitabları "ədəbi inci", "sənət nümunəsi", "nəşr mədəniyyətinin uğuru" adlandırırlar və onlar uzun müddət çap standartları üçün müqayisə obyekti, dəyər nümunəsi hesab olunurlar. Yaranan zaman uğurlu nəşr nümunəsi sayılan bu kitablar vaxt keçdikcə, tarixi-mədəni irs kimi milli və dünya mədəniyyətinin dəyərli nümunəsi tək qiymətləndirilir, bəşəriyyətin tarixi üçün qorunub saxlanılır.
Davamı...Kulturologiya: yeni dünyagörüş, Çağdaş ədəbi tənqid | Şərhlər(0) | Baxış sayı: 58
Mart 19, 2008 13:06
70 Baharlı ANAR: milli intellektual, xalqın sevimlisi...
Milli ədəbi-humanitar düşüncəmizin klassiki, xalq yazıçısı Anarın 70 illik yubileyi bizə yaxın olan ölkələrdə, elə Azərbaycanımızın özündə də geniş qeyd edilir. Belə bir gündə sevimli ustadın yaradıcılığı barədə xarici oxucular üçün

Kulturologiya: yeni dünyagörüş, Çağdaş ədəbi tənqid, Seçilmişlər... | Şərhlər(0) | Baxış sayı: 78
Yanvar 27, 2008 19:34
Çağdaş ədəbiyyatımızın bir olayı: qalmaqallımı?!
Rüstəm Behrudi ilə çox qızğın bir bilgili-kulturoloji polemikadan beynimə köçürtdüklərimi bir yazıda verməyin çətinliyini anlamağınızı və yadımdan buxarlanmışlarını görüşdən əvvəl, - daha sonra baş verənləri Murad Köhnəqaladan soruşun - məclissonrası dəm deyincə ürəyiistəyən vurmuş Elçin Səlcuqdan məlumat almanızı xahiş edirəm...

Kulturologiya: yeni dünyagörüş, Çağdaş ədəbi tənqid | Şərhlər(0) | Baxış sayı: 107
Noyabr 4, 2007 10:43
İntellektual ocağın nümayəndəsi: kulturoloji terrorun subyekti!
Günel Anarqızı – peşəkar ədəbiyyata qədəm qoyan kimi çoxları ağız büzdü: Anarın qızıdır deyə, çap edirlər, ədəbi gündəmə gətirirlər, adını yeni nəsil yazarlar siyahısında hallandırırlar... Bu kimi ittihamları daldan-küncdən sağa-sola səpələyənlərin məntiqini anlamaq mümkün deyil: deməli, çəkməki oğlu onun sənətinin mahir davamçısı ola bilər, yaxud, dərziçi qızı ata-anasının peşəsində gücünü-bacarığını göstərə bilər, fəqət Azərbaycan yeni – XX əsr Azərbaycan ictimai-mədəni, kulturoloji-estetik düşüncəsinin formalaşmasında xüsusi rolu olan milli intellektal-yaradıcı nəslin növbəti nümayəndəsi, yəni – mən hələ tarixi uzaqlara getmirəm – ustad sənətkarlar Rəsul Rza, Nigar xanım Rəfibəyli, Anar və Zemfira xanım Səfərova (ictimaiyyətimizə bəlli seçimli simaların imzasını xatırlatdım) ocağının davamçısı sayılan nasir-publisist Günel Anarqızıdan yaxşı yazıçı çıxmaz...
Davamı...
Çağdaş ədəbi tənqid, Kulturoloji muqavimət | Şərhlər(2) | Baxış sayı: 172
günel anarqızı yazar ədəbiyyat
Oktyabr 2, 2007 11:49
Milli sivilizasiyanın poetik tərənnümçüsü
Rüstəm Behrudi - 50 | ||
Rüstəm Behrudı - “Yaddaşlara yazın”, “Salam, dar ağacı” (bir neçə nəşr), “Boz qurd”, “Şaman duası”, “İblis mələkdən gözəldir”, “Tənhalıqda ölüm qorxusu yoxdu”, “Yer üzü görüş yeridir”, “Bitəcək nə varsa, bitməlidir”, “Din verdim din üstünə”, “Göz yaşlarından baxan Allah”, “Seçilmiş əsərlər” və başqa poetik, eləcə də nəsr və publisistik kitablarını maraqla oxuduğumuz, əlli yaşını bu günlərdə qeyd etdiyimiz tanınmış şair indiki günlərdə də dövri mətbuatda oxunaqlı yazılarla müntəzəm çıxış edir, ədəbi prosesimizdə fəallığıyla, prinsipial mövqeyi ilə fərqlənir.
Davamı...Çağdaş ədəbi tənqid | Şərhlər(0) | Baxış sayı: 151
Avqust 12, 2007 13:02
Tarixin söz formatını yaradan sənətkar
Тарихин сюз форматыны йарадан интеллектуал сяняткар
Артыг тарихя говушмуш ютян йцзилликдяки - ХХ ясрдяки Азярбайъан ядябиййатынын проза голуна нязяр саланда, бир чох мцяллифлярин мараглы ядяби-бядии няср ясярляри иля танышлыг имканы ялдя едирик. Илк бахышдан кямиййят амилинин сон нятиъядя кейфиййятя мцтляг тясир едяъяйини нязяря алсаг, ютян йцзиллийин икинъи йарысында милли ядяби-бядии няср ясярляримизин сявиййяси дцнйа културоложи нормаларына ъаваб вермяли иди. Фягят...
Чаьдаш ядябиййат тарихимиздя мараглы бир из бурахмыш йазарлардан данышанда, чохсайлы ядяби сималарла йанашы, юзцнямяхсус бядии йарадыъылыьа, фярди естетик-фялсяфи дцшцнъя тярзиня малик ъидди бир имза сащиби дя йада дцшцр: халг йазычысы, ядябиййатшцнас-тянгидчи, културолог Елчин...
Дяйярли сяняткарын йарадыъылыьына йенидян нязяр йетиряндя, чох мясяляляри юзцмцз цчцн айдынлашдырдыг вя ядябиййат адамларына да мараглы олаъаьыны дцшцнцб бу културоложи ессени гялямя алдыг...
Davamı...
Çağdaş ədəbi tənqid | Şərhlər(0) | Baxış sayı: 83

