“Çağdaş ağrıların sözlüyü” silsiləsindən
“İndikilərin başına gətirdiklərimiz
gələcək nəsillərin ruhlarında çatlayacaq...”
Yazmadığım araşdırmamım ilk, həm də son cümləsi
“İnsan: kimdirsə, eləcə də sayğılandır onu...”
“13-lər Kitabı”mdan
Obaşdan, saat 05 30
- Hələ it qızına dedim ha: nə olsun ki, gəncəm, 21 yaşım var, canım sulu, qanım qaynardır, səhər erkən oyana bilmirəm axı...
Hökmən idi onu üç dəfə göylərə qaldırım.... Xeyir ola, ata-anasına borcluyam, yoxsa seks-maşın işləyirəm... - Kirayədaşımın - “Oyan, ə, işə gecikirsən!” – xəbərdarlığına dodaqaltı deyindim. Nə edim, indi əlimdən yalnız deyinmək gəlir...
Mən rayondan Bakıya işləməyə gəlmişəm, kənd uşağıyam, Bakının saysız-hesabsız avtobus marşurutlarının birində sükan fırladır, təkər oynadıram: əvvəllər yük maşını kimi istehsal və istifadə edilmiş, indi isə hansısa məmur tərəfindən ölkəyə idxal olunaraq Gəncədə içinə əl gəzririlən, güya çoxtutumlu ictimai nəqliyyat vasitəsinə çevrilmiş köhnə “Mersedes” maşınının günəmuzd sürücüsüyəm.
İşlədiyim hər gün köhnə pulla 30 şirvan kirayə götürdüyüm maşının və yolun sahibinə, 3-4 şirvan tibbi müayinəyə, 7 şirvansa dizel yanacağına, bir iki şirvan dayanacaqlarda nəzarətçilik, eləcə də sərnişinçağıran vəzifəsini yerinə yetirənlərə, əgər bəxtim gətirməsə, 5-6 şirvan da yol polisinə verəndən sonra saat altıdan gecə saat ikiyə qədər təkər fırlatdığım, dizlərimin taqətini, gözümün qarasını, başımın sinirlərini gərildən, səbrimi daraldan, ömrümü dəfələrlə qısaldan bu "vəzifəmdə" mənə beş-on şirvan pul qalır. Onu da, əgər qadınlara xərcləməsəm, mobil telefonum üçün kontur almasam, dostlarımla kafedə yeyib-içməyə saymasam, ayın o başında ödəməli olacağım kirayə haqqına, maşının xırda-para təmirinə görə atıram qırağa...
Səhər sübdən, saat 06 00
Tibbi müayinənim pulunu gecədən ayırmışdım, süftə etməmiş uşaqlardan iyirmi qəpik aldım, sonra kənara qoyduğum məbləği lazımi şəxsə verdim: fitrə olsun, başıma sədəğə...
Həmişə belə olur, gecə qadınbazlıq edəndə, hərdən-bir seviş məsələsində ağını çıxaranda, səhərlər tezdən yuxudan ayıla bilmirəm, işə gecikirəm, həm də belim ağrıyır, sanki qollarıma, ayağlarıma bir tonluq daşlar bağlayırlar.
Dünən maşında cib telefonumun blütüz funksiyasını açıq saxlamışdım. Yaraşıqlı bir qadınla tanış oldum, özü nömrəmə ismarıc atıb gecə saat birdə məni yaşadığı şəhərin qırağındakı məhəlləsində gözləyəcəyini yazmışdı.
Bu gecə görüş yerinə gedib çatanda, təəccübləndim, hər iş günü səhər saatlarında maşınıma qədəm qoyan sərnişinin tanış simasını gördüm: əvvəlcə az qala özümü itirəydim, amma sonra, türklər demişkən, kəndimə qayıtdım...
“- Bilirsən, hər dəfə sənin idarə etdiyin avtobusa daxil olanda, içimdə bir istək alovlanırdı: görəsən bu qarabuğdayı, enlikürək, baxışlarında intimlik yağan oğlanla yataq bölüşmək xoşbəxtliyi mənə qismət olacağmı?” – deyə ərindən altı ay bundan öncə ayrılmış, bu müddət ərzində əsl kişi üzünə tamarzı, sevgisinə həsəd qalmış qadının şeytansayağı dil tökməsi məni yolundan azdırdı və növbəti dəfə belindən qucaqlayıb elə maşının arxa oturacağındaca onu ikinci kərə göylərə ucaltdım.
Sevgi, xüsusən də seviş məsələsində öz normamı əla bilirəm: iki dəfə bəsimdir, amma gecə mələyimin son sözləri - “Dörd aydır ki, mən yuxuda səninlə ancaq belə vəziyyətdə sevişirəm...” - və erotik filimlərdəki kimi yalnız dodaqlarıyla odlu hərəkətlərə keçməsinin qarşısında aciz qaldım.
Bunu sizə boyun oluram, bir başqasına deməyəsiz ha, nəinki Bakı, hətta Azərbaycan da balaca yerdir, gedər kənddə sevgilimin qulaqlarına çatar bu xəbər, məhəbbət böhranı keçirərəm... .
Görüşdən qabaq bədənimi su altında yaxşışa yumuşdum deyə, utanıb eləmədən qadının dodaqlarının paçamın arasında gəzdirməyinə etiraz etmədim: yoxsa, 16-17 saat maşında oturduğumdan bütün əzalarım tər-su içində olur, yuyunmasaydım, kəskin qoxumdan yazıq qız boğulardı...
İndi ölə-ölə maşınımı işə salıram...
- Nədi, qaqa, yenə axşam ovuna çıxmışdın? – dostlarımın zarafatına cavab verməyə belə canımda taqət qalmamışdı. Az yatdığıma görə gözlərim şişmişdi...
(Ardını gözləyin...)


