Reklam verin!

Ruhun arzusu (yeni romantik hekayə)

Yazar: artyazar @ Avqust 27, 2008 21:33

 "Prezidentin virtual gündəliyi" silsiləsindən yeni hekayə

"Əgər sən Kainatın dayaq nöqtəsini axtarırsansa, haçansa tapacağına yüzdə-yüz əmin ola bilərsən..."

"13-lər Kitab"ımdan 

(Uşaqlığımızın gizləndiyi məkan - dəniz - foto: Aydın Xan)


Prezident həyatının dördüncü onilliyinə yenicə vida söyləməyə imkan tapmışdı. Elə həmin ərəfədə - gecəykən - yuxuda onun ruhu vaxtilə ömründə ilk dəfə gördüyü sapsakit dənizin mavi sularına qərq oldu: bir qədər sərin sularda üzəndən sonra o, qəfil oyandı və səhərə qədər gözlərini yuma bilmədi.

...Cavan dövlət başçısı beşulduzlu otelin sonuncu mərtəbəsindəki Prezident nömrəsinin iri pəncərəsindən Qara dənizin çalxalanan sularına nəzər saldı - uzun müddət gözlərini uzaqlardan ayıra bilmədi.

 Otağın işığının yandığından qayğılanan cangüdənbaşı yavaşca qapını taqqıldatdı, daha sonra içəri girmək üçün izn istədi.

- Hər şey öz qaydasındadır, narahat olma... - Prezident elə qapı ağzındaca onu sakitləşdirdi, geri qaytardı.

...Uzaq illərin saf uşaqlıq xatirələri Prezidentin bütün varlığını öz ağuşuna aldı...

***

Onda atası Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, indiki anlamda, respublikanın başçısı olsa da, onlar - ailələri çox sadə həyat tərzi keçiridilər.
Hələ uşaqkən, sevimli atası əsrlərdən üzü bəri əsən sadə bir həyat fəlsəfəsini həm ona, həm də bacısına aşılaya bilmişdi:

 "Bu fani dünyada hər şey gəldi-gedərdi, insana həyatda yalnız sevgi ilə sevinc duyğuları, təmiz ad-san və yaxşılıqlar qalır. Əgər bu sadə həyat fəlsəfəsini anlasanız və onu ömür yoluna işıq kimi yönəldə bilsəniz, hər zaman uğur sizin bəxtinizə qonacaq..."

***

...O yay günü anası və bacısı ilə birgə bibisinin yaşadığı Lənkəran rayonuna istirahətə yollanmışdılar. Anası yayşn erkən çağlarında butərəflərə gəlməyi xoşlardı: buradakı təbiətin cənnətməkan gözəlliklərini övladlarının qəlbinə də həkk edə bilmiş bu xanım dünyanın yalnız xeyirxahlıq xilas edəcəyinə olan inamını da uşaqlarına aşılamağı məharətlə bacarmışdı...

Həmin qızmar yayın hərarəti, yolun yorğunluğu, üstəgəl dövlət orqanı əməkdaşları tərəfindən hər zaman xüsusi nəzarət altında olması balaca İlhamı yaman usandırmışdı. Mənzil başına çatan kimi, qaranlıq düşər-düşməz, o, qədimi və rahat çarpayını özünə sığınacaq seçdi. Səhər tezdən - saat yeddi tamamda isə o, yəni yorğun şəhərli nəzarətçilərin gözündən oğurlanıb, ötənilki yay dostu Əligilə tərəf yürüdü. Tez-tələsik "qarabala"nı oyatdı, sakitcə dənizə tərəf götürüldülər - "təhlükəsizlik zolağını" ötəndən sonra top oynada-oynada sahilə yaxınlaşdılar...
  
Möcüzə də onda baş verdi: həmin illərdə qəzəbli Xəzər indiki kimi hələ sahili bastalamamışdı. Sahildəki gümüşü qum onların ayaqlarını qıcıqlandırır, göydəki Günəş isə şəhərli balaca, fəqət mötəbər qonağın baxışlarıyla məzələnirdi. Qarabala Əlinin sanki heç nə vecinə deyildi.

Dənizdə hələ ki, bir kimsə yox idi: iki dost sanki bu möcüzənin şahidi kimi bu gözəlliyi özləriylə əbədiyyətə daşımağa məcbur edilmişdi...

"- Əli, belə bir şey görmüşdün?!" - İlham mövsümi dostunu sorğu-suala tutdu.

"- Bilirsən, İlham, neçə gündür külək əsmir deyə, dəniz lal olub..." - əslində, elə Əlinin özü də qarşılaşdığı bu möcüzənin sehrindən yerindəcə donub qalmışdı... İki dost yerindən tərpənməyə ürək etmir, sanki qarşılarındakı bu möcüzənin bir ilğım kimi əriyib yox olacağından qorxurdular...

***

Çox-çox sonralar atasına bu qəribə hadisə barədə danışanda, dünyalar görmüş müdrik kişi maraqlı bir fikir söyləmişdi:

"- Oğlum, dediyin möcüzənin sirri də ondadır ki, o, adamın gözünə bircə kərə görsənir, səni valeh edir və elə beləcə də yaddaşına həkk olur..."

"- Ata, sən demək istəyirsən ki, mən bir də o anları yaşaya bilmərəm?"

"- Həyat bunu sənə anladacaq, İlham!"

***

Onların top qovmaq arzusunu dənizin o başından - suların bətnindən doğan qıpqırmızı Günəşin gözəlliyi elə ilk andaca dondurdu...

Dənizin suyu masmaviydi, nə irili-xırdalı ləpə, nə də kiçicik bir dalğaçıq görünürdü: sular öz maviliyində yuyunmuşdu sanki. Ətrafda tam sakitlik hökm sürürdü, sahilə can atan suların şırıltısı belə eşidilmirdi. İkisi də ovsunlu-ovsunlu əynindəki yay paltarları soyunub qumluğa atdılar.
Dinməzcə yavaş-yavaş dənizə qovuşmağa can atdılar. İyul səhərinin dəniz suyu sərin olsa da, nə İlham, nə də Əli bunu hiss etdi.

İki dost Xəzər dənizinin sularına baş vuranda İlham Əliyə qaytıdı:

"- Bilirsən, hər dəfə mən bura gəlib dənizdə çiməndə, içimdə bir hiss məni yaman tərpədir. Sanki dənizdə çimmirəm, əksinə, göydə uçuram. Bugünkü dəniz suyunun rəngi isə göyün dərinliyinə bənzəyir. İndilərdə, doğurdan da, üzmək əvəzinə mən sanki göylərdə qanad çalıram..."

Gözlərini yummuş və beli üstə sakit sularda asılı vəziyyətdə uzanmış Əli isə sakitcə dilləndi:

"- İlham, gəl beləcə suyun üstünda qalaq..."

Hələ ötən il yaxşıca mənimsədiyi bu su-üzgüçülük fəndini yerinə yetirən İlham ruhunu dənizin saflığına qarışdırdı.
İndilərdə onlar doğrudan da dənizdə üzmür, sanki quş kimi göylərdə qanad çalırdılar. Xüsusən də İlhamın ürəyi fərəhlə çırpınırdı: heç özü də anlamırdı ki, buna səbəb nə idi...

Beləcə o, neçə vaxta uzandığını bilməsə də, sağ ayağına nəyinsə dəydiyini hiss edib diksindi.
Əli şaqqanaq çəkib ucadan gülürdü.

"-Oy, o nəydi? Elə bil məni nəsə dişlədi?!" - İlham tez dostundan soruşdu...

" - İlham, xoşbəxtsən, bəlkə də dünyada yeganə adamsan ki, balıq sənin ayağından öpdü... Bilirsən, qoca nənəm deyirdi ki, əgər adamı balıq dişləyirsə, deməli, o kəs dünyanın saf insanı olaraq seçilmişlər cərcəsinə düşür və ona heç bir zaval yoxdur..."

İlk andaca bir şey anlamayan İlham gözlərini bərəldərək səfeh-səfeh gülən, hələ üstəlik qəribə-qəribə sözlər söyləyən dostunu hirslə süzdü.

"- Dəli, birdən, balıq yerinə ilan olsaydı, məni sancsaydı, onda da yerində durub heç nə etməzdin?"

"- Mən görürdüm axı, bax, o balıq sürüsünün başında duran birdən həmməxluqlarından aralanıb sənin yanına üzdü.  Qəfildən ağzını sənin sağ ayağına toxundurub sürətlə aralandı. Mənim əlimdən nə gələrdi ki, dostum..."

"- Bilmirəm, amma düşünürəm ki, hər halda, sən nəsə etməliydin..."

"- Düz sözümdür, İlham, bir ora bax, onların qabaqda üzəni sənin ayağından öpdü..." - Əli dostundan bir qədər uzaqda, mavi sularda var-gəl edən balaca balıqları dostuna göstərdi: - "Qardaş, adamın gərək bəxti ola..."

Onlar günün ortasına kimi dəniz azadlığından bəhrələndilər: üzdülər, uçdular, şənləndilər, oynadılar...
Yavaş-yavaş sahildə insanlar göründü, sonra həmyaşıdlarıyla top oynatdılar.

***

Lənkəranı alt-üst edən məsul şəxslərin boğazı elə qurumuşdu ki, hətta bütün uşaqlar kimi dəcəl və inadkar olan İlhamı sahildə tapanda, qarşılarındakı bir dənizlik su da onlara yardımçı olmadı...

***

Sonralar istər uşaqlığında, istər yeniyetməlik və gənclik illərində, istərsə də indiki cavanlıq çağlarında o, çox yerləri gəzdi, dünyanın dörd tərəfini yuyan dənizlərin, eləcə də okeanların suyunda üzdü, lakin bir daha o möcüzənin sehrinə qərq ola bilmədi. Xəzərin bütün sahillərində olmuş, dəfələrlə dənizin ona xoş duyğular bəxş edən Lənkəran tərəfinə getsə də, bir daha, bircə dəfə də o möcüzəli gözəlliyin aurasına duyammadı...

***

Baxışlarıyla Qara dənizin sularında üzən Prezident atasının o zaman mənasına bir elə də varmadığı fikrini yadına salaraq kədərləndi. İndi xoş, eyni zamanda qəmli xatirələrdən başqa o möcüzədən də bir əsər-əlamət yox idi, elə atası da öz missiyasını yerinə yetirib bu dünyadan köç etmişdi...

"Oğlum, elə möcüzənin sirri ondadır ki, o, adamın gözünə bircə kərə görünür, səni valeh edir və elə beləcə də yaddaşına həkk olur..."   

Neçə müddətdir ki, Prezidentin qəlbini bir qəribə arzu cırmaqlayırdı: görəsən, bir də elə bir möcüzəli hadisəylə rastlaşmaq mümkündürmü.?! İlk baxışdan uşaqlıq xatirələriylə bağlı olsa da, əslində Prezident zamanı geri fırlatmaq deyil, əksinə, möcüzənin təkrarlanmağını istəyirdi...
Prezident yaxşı anlayırdı ki, bu arzu onun ruhundan axıb gələn pak istəkdir. Ancaq  nə edəsən ki, hər bir istəyin ardında reallaşması mümkün olmayan acı həqiqət boylanır.

***

 Bir dəfə yaxın siyasətdaşlarından birinə bu qəribə və saf arzusu barədə danışanda, ondan əsl məmur cavabını almışdı:

 - Problem yoxdur, cənab Prezident, əmr edin, dəniz sahilinin böyük bir hissəsində bənd quraq, ürəyiniz istəyən möcüzəni yaradaq...

Prezident gülümsəyərək onu başa salmaq istəmişdi:

- Sən tər çiçəklərlə süni güllər arasında fərqi ayırd edə bilirsən?!

***

Prezident indi düşüncələr məngənəsində sıxıla-sıxıla adi bir həqiqəti bir daha yadına saldı: bütün imkanlara baxmayaraq, insanın qüdrətinin sərhədi mövcüddür.

Atası demişkən, reallaşması mümkünsüz olan istək ruhun arzusudur.

"İnsan həyatı boyu ruhun arzusuyla ömür sürür, kimi vəzifə xülyasıyla, kimi var-dövlət hərisliyi ilə, kimisi də sevgi istəyilə... Məğzinə varanda, insanı da yaşadan da elə odur - ruhun arzusu..." - Prezident baxışlarını dənizin sularından çəkdi.

O, diqqətini Türkiyə telekanalının yaydığı düşündürücü xəbərə yönəltdi: Rusiya Osetiyanı bəhanə edərək, Gürcüstana qoşun yeritmişdi...   

"İlahi, bu şəxslər həyatın beşgünlüyünü - faniliyini nə tez unudurlar, niyə ucuz şöhrətə uyurlar..." 

Bakı, 26-27.08.08

1
xaqani yazıb:

yaxshi eserdir,tebrik edirem
amma bir sheyi xatirladim ki,lenkeranda qum qara olur,siz yazdiqiz kimi qizil yox wink

Avqust 27, 2008 22:50

2
Sadig yazıb:

Chox maraqlidir...

Avqust 28, 2008 11:06

3

Chox ela ! Gelecek ishlerinizde de bele ughurlar !

Avqust 28, 2008 23:59

4
AZER yazıb:

smile SALAM MARAQLI ESERDI EGER M,YUMKUNSE SIZDEN ELDE ETMEK ISTERDIMBU ESERI TAM SHEKILDE DESEZ NSHAD OLARDIM

Avqust 29, 2008 19:18

5
Ramin yazıb:

confused

tam semimi desem cox da maraqli olmadi. Dolgunluq catmirdi desem dogru olar. Mohterem Prezidentimiz ile bagli daha real hadiseleri neql etseydiniz daha maraqli ve inandirici olardi deye dusunurem. Islerinizde ugurlar.

Avqust 30, 2008 18:36

6
Tural yazıb:

Maraqli idi, amma mene daha maraqli olan odur ki, goresen bu hadise ,dogurdanmi olub? Bir de ki men Xezerin hemin bolgesindew heqiqeten uzmushem ve eminlikle deye bilerem ki, prezidentimiz chox haqqli imish.

Avqust 31, 2008 12:22

7
Rustam yazıb:

Yag! Teksun! shampun. seckiden qabax ne qopartmaq isteyirsen onun ayagindan balix opusune gore?

Qara daniza bahanda hec Turkiyeda qumarda uduzdugu pullar yadina dusmedi?

Avqust 31, 2008 22:01

8
Rustam yazıb:

Yag! Teksun! shampun. seckiden qabax ne qopartmaq isteyirsen onun ayagindan balix opusune gore?

Qara daniza bahanda hec Turkiyeda qumarda uduzdugu pullar yadina dusmedi?

Avqust 31, 2008 22:01

9
Ayaz yazıb:

Aydin Xan muellim yahooqruplardan sizin bezi yazilarinizin oxucusuyam.Oxuduqum her sheye diqqetle yanashmaqim bu defe sizin yazida balaca bir texniki sehfi gormeyime komek oldu.Kecen yaydan tanidiqi dostu Ehmed gile qacdi amma Ehmed denize catanda Eli oldu?Bu nece olur?

Sentyabr 3, 2008 18:49

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha