(Real-hekayət)
Gözdə-qulaqda olun: təqdim edilən bu e-hekayətdə intim və zorrakılıq səhnələrinə görə 18 yaşından aşağı şəxslərin oxuması məsləhət görülmür.
Ümumiyyətlə isə e-hekayətlə 16 yaşdan aşağı insanların tanış olması qəti qadağandır…
Müəllif bu əsərdə baş verənlərin real həyatdakı hadisələr və ayrı-ayrı faktlarla üst-üstə düşməsinə görə cavabdeh deyil, heç bir məsuliyyət daşımır…
- Qadının incə əli mənimkinə dəyəndə, cənab müstəntiq, bütün normal kişilər kimi, hisslərim qalxmalıydı da!!!
- Bəs sən fikirləşmirdin ki, onun həyat yoldaşı var, özü də əri tanınmış adamdır, cəmiyyətdə nüfuzu ilə seçilir...
- Nəyimə gərəkdir... Güya əri oğraş...
- …
- …oy, dodağım...
- Küçük, kəs səsini... Al görüm, sil cırığ dodaqlarını...
- Məgər onun ərciyəzi deyildimi hər gün mənim çalışdığım restorana azyaşlı q...
-...
- Nə deyirəm ki? Qızlarla, müğənnilərlə gələn o deyildimi... Bilirsiz, cavan adamsız, sizə bir sirr açım: son vaxtlar hərdən müğənni oğlanlarla da gəlib məzələnirdi o cənab...
- Sənə demədim dilini sox… vilan yerinə?
- Nə deyirəm axı... Siz soruşursuz, mən də təfərrüatıyla izahat verirəm də. Cənab rəis, ətraflı danışmağa çalışıram və yəqin istintaqa göstərdiyim bu xidmətim nəzərə alınacaq...
- Bilirsən də belə söz-söhbətə görə adama “butulka” yeridirlər...
- Yaxşı-yaxşı, istəmirsiz, heç danışmaram da...
- De görüm, necə oldu ki, həmin qadınla görüşməyə başladın?
- Tam təsadüf nəticəsində, cənab rəis. Mən bu görüşün tarixçəsini danışım, siz də diqqətlə qulaq asın. Bir gün dostumun işlədiyi şəhərimizin ən bərk gedən restoranına getmişdim. Deyəsən, dostum rayonumuzdakı valideynlərinə bir qədər pul göndərməliydi. Hə, yadıma düşdü, elədir ki, var. Gördüm ki, restoranın qarşısında bahalı, yekə bir xarici cip maşını saxladı. Ortayaşlı yaraşıqlı bir xanım yanında da uzunhörüklü şəhərli bir gədə maşından enib üz tutdular dostumun xörəkpaylayan işlədiyi restoranın ikinci mərtəbəsinə. Tolikdən – dostumun adı Tofiqdir, biz öz aramızda onu belə çağırırıq - bu həriflərin kim olduğunu soruşdum? O isə mənə bir qədər sonra daha bahalı bir maşından düşən, bərkgedənlərə oxşayan kişini və onun restorana gətirdiyi azyaşlı qızı göstərdi...
Dayanın, deyəsən, yadıma düşdü: həmin qızı mən televiziyada göbək atan - rəqs edən görmüşdüm. Sən öl, deyirəm axı ona haradasa rast gəlmişəm...
- Məğzinə varma, əsas mətləbdən danış...
- Elə o andaca dostumla mərc gəldim ki, o xalanın iynəsini vuracağam...
- Yenə başladın qatıqlamağa...
- Rəis, özünüz fikirləşin də... Belə də normal ər-arvadlıq olar. Eyni gündə bir restorana qadın özünün cavan oynaşı ilə güya şam yeməyinə gəlir. Başqa bir maşında isə onun həyat yoldaşı azyazlı məşuqəsiylə mazaqlaşmaqdan ötrü elə həmin restorana baş çəkir... Özü də bu görüşlər həftədə bir neçə kərə baş verir.
- Sənə qalmayıb...
- ...Fəhləliklə başımı qatdığım tikinti şirkətinə işdən çıxmağım barədə xəbərdarlıq etdim, işlədiyim yarım aydan artıq məvacibimi bir təhər iş sahibimdən qopardım. Sonra da gedib elə həmin restoranda xörəkpaylayan düzəldim - dostumun yanında işləməyə başladım...
- Nəyə görə?
- Rəis, özün deyirsiz xırdalıqlara varmayım, amma məni məcbur edirsiz ki, hər şeyi ətraflı, geniş danışım...
- Boş yerə çərənləmə, davam elə görüm.
- Dostumla mübahisə etməkdən başqa həm də düşündüm: bu varlı qadının içində o qədər seviş enerjisi yığılıb qalıb ki, ondan mütləq faydalanmaq lazımdır. Ağlımdan belə bir fikirlər keçdi ki, həm onunla fırlanaram, - sözsüz, əgər yaxından tanış olub qadını ələ keçirə bilsəm, - həm də maliyyə problemlərimi qaydaya salaram.
- Bəs nəyə arxalanırdın?
- Rəis, indiyə qədər mənim boy-buxunuma, yaraşığıma və daha başqa-başqa nələriməsə qadınlar tez aldanıblar. Xüsusən də hamama girib çiməndən və özümə bir balaca fikir verəndən sonra, istər-istəməz qızların, qadınların sevimlisinə çevrilirəm. Qızlarımın - qadın tanışlarımın əksəriyyəti deyir ki, məndə...
- …
- …siz kimi çox istəyirsiz, onun canı, vurmayın, yaman incidir axı, rəis...
- ...Mən sənə adam balası kimi xəbərdalıq etdim ki, ağını çıxarmayasan...
- ...Hər nədirsə, çox vaxt xanımlar bildirirlər ki, güya, məndə yekə bir… şeytan quyruğu var...
- Düdük, mənimlə məzələnirsən... Ala...
- ...Oyyy, rəis, daha niyə əl qaldırısız ki? Özünüz dediz ki, ətraflı danışım...
- İt balası, mədəni danış da…
- ...Nə gizlədim sizdən, bir dəfə də həmin qadın başqa bir cavan oğlanla restoranımıza gəlmişdi. Onu da deyim ki, oğlan boylu-buxunlu, yaraşıqlı gədə idi, amma, yaşı çox güman, on altı, ya da on yeddiyə çatardı. O, hündürboylu, qəddi-qamətli, gözəgəlimli cavan olsa da, özünü birtəhər, lap qızlar kimi aparırdı. Nə isə, uşaqlara tapşırdım ki, onlara özüm qulluq edəcəyəm. Ondan əvvəl də bilirdim ki, hansı səbəbdənsə həftənin yalnız tək günləri bu qadın bizə təşrif buyurur. Ona görə də həmin gün səhər tezdən yaxşıca çimmiş, dəlləkxanada saçlarımı son dəbə uyğun, şəhərlilərtəhər qırxdırmışdım. Amma tüklərimi arxadan vurdurmadım. Bir sözlə, ətirlənib təzə bəy kimi özümü bu görüşə hazırlamışdım. Gəlib hər dəfə onların oturduğu ayrıca kabinəyə daxil olanda, qadın tərəfdən - sağ əlimi qəsdən, güya bilməyərəkdən - təsadüfən paçamın arasına aparırdım. Hərdən də düz qadının gözlərinin içinə baxır, köhnə silahımı işə salırdım - bir balaca gülümsəyirdim. Mən gülümsəyəndə, sol yanağımda kiçik bir çuxur əmələ gəlir ki, buda qadınların ağlını əlindən almaq məsələsində karıma gəlir. İnsafən qadın da lap mələk kimi xüsusi nur saçırdı.
- Sən mənə teleserial danışırsan?
- Yox, rəis, baş verənləri olduğu kimi təsvir edirəm...
- Davam elə görüm...
- Və baxıb görürdüm ki, əsas hərif özünü itirir. Yavaş-yavaş onun yanaqları allanırdı...
- Oğlanın?
- Xeyr, rəis, mavi-zad deyiləm ki... Əlbəttə, qadının.
- Söhbətinin ardını danış görüm...
- Elə birinci görüşün ortalarına doğru arxamca çölə çıxdı və nazlana-nazlana məndən soruşdu: "Yaraşıqlı oğlan, de görüm, qadınlar üçün yer harada yerləşir?" Fəhmim məni aldatmamışdı. Mən o andaca hiss etdim ki, qadın bir könüldən min könülə vurulub bəndənizə...
(Ardı davam edir - həyatımız kimi)



sizi tanidim xahis edirem bloguma girin sorguda istirak edin fikirleriniz maraqli olardi sagolun
Sentyabr 1, 2008 12:33