İyul 4, 2008 0:53
Bizim - doğma səfilimiz: özünüzü görürsünüzmü?!
Bu bizim səfildir: ilk, rəsmi və əvvəllər yaradıcı intellektual olan səfil...
Onu siz Mətbuat prospektindən uzanan yolda, indiki Ali məhkəmənin yerləşdiyi küçədə - Cavid prospektinə gedən yolun sol tərəfində öz ofisində görə bilərsiniz...

Haqqında çoxları yazıb, mənsə foto-sessiya və iki hissəli qısametrajlı real-film çəkmişəm...
Maraqlı, qəribə həmsöhbətdir.
Heç kimdən yardım almaz, dost saydığı şəxslərdən başqa...
Deyirlər əvvəllər gözəl şair olub, hansısa indi tanınmış bir yazarın qara əməllərinə görə evini - sonra isə bütün gələcəyini itirib: bəlkə də qazanıb, kim bilir...
Özünü dünyanın ən azad və yüngül adamı sayır...
Nədənsə mənə elə gəlir ki, biz yaradıcı insanların aqibəti - sonu belə olacaq: kimimiz vicdan BOMJ-u, kimimiz namus səfili, kimimiz də...
Foto-şok: real fakt | Şərhlər(0) | Baxış sayı: 53
