Biri xaricdə istirahəti arzulayır, biri ümumiyyətlə istirahət etməyəcək, birininsə başı hələ işə qarışıb
Yayın gəlişi ilə artıq bir neçə ictimai təşkilatlar, qurumlar və tanınmışlar artıq istirahətə yollanıblar. Amma hələ də işini tam başa vurmayıb, istirahətə vaxt tapmayanlar da az deyil. «Bizim söz» «Yayı harda istirahəğ edəcəksiz?» sualı ilə AVP sədri, millət vəkili Fəzail Ağamalıya, yazıçı-kulturoloq Aydın Xana və QAT sədri Akif Nağıya müraciət edib.
Fəzail Ağamalı: «Bəli, baxmayaraq ki, prezident seçkiləri yaxınlaşır, amma mən Milli Məclisdə işləri bitirəndən sonra 15-20 gün istirahət etməyi düşünürəm. Və bunu Azərbaycanda reallaşdıracam. Mənim üçün ölkəmizdən gözəl məkan yoxdur. Çalışacam ki, sözün həqiqi mənasında istirahət edim».
Aydın Xan: Mən yay aylarında ənənəvi olaraq, öz doğma rayonuma valideynlərimin yanına gedirəm. Amma təbii ki, kulturoloq olaraq mənim üçün Parisin, Londonun muzeylərini gəzmək, ordakı dəyərli esksponatlarla tanış olmaq, kultroloji səyahət həyata keçirmək daha maraqlıdır. Bununla yanaşı təbii ki, çalışıram ki, Azərbaycanın səfalı diyarlarını gəzib, oradakı mədəniyyəti öyrənib, təbliğ edəm».
Akif Nağı: «Mən və QAT rəhbərliyi düz 15 ildir ki, istirahət etmir. Biz buna lüzum görmükür. Hesab edirəm ki, bu gün Azərbaycanın həllini gözləyən onlara problemi var, Qarabağ işğal altdadır. Belə zamanda istirahət etmək bizə yaraşmaz. Qarşıdanda seçkilər gəlir. Belə bir zamanda istirahət edənlər yəqin ki, özlərinə arxayındırlar».
Tural Əliyev/ «Bizim söz»
E-mənbə: http://www.bizimsoz.azeriblog.com/2008/06/30/taninmishlarin-istirahet-planlari
P.S. Gənc dostlarım, Virtual layihəniz mübarək olsun!!!