İyun 13, 2008 22:36
Atama gizli sevgimin ətri
İndiyəqədər yazdıqlarımın içində məni hönkürdən yazım...
Dostum Səlim və oğlum Ayxana

Ata, atacan,
Uşaqlığımdan çoxmu uzaqdasan?!
Bu gün iş yerimin liftində
bir tanışdan sənin qoxun gəldi.
yaddaşımın uşaqlıq budaqlarını əydi,
içimdən gəldi keçdi ruhun -
ağrın, əzgin, yorğun, qocalmış...
Ata, atacan,
sən unutsan da,
mən yaddan çıxarammıram:
sənin əzailliyini, bizi döyməyini...
Gecənin qaranlığına nur saçaraq
soyuq payıza, uzun qışa
hərarət gətirərək
biz səkkiz uşağın
üstündəki yorğanı düzəltməyini...
Ata, atacan,
İlahi, sən indiyə qədər də duymadın
mən, hər dəfə
yanağımdan öpəsən deyə,
qəsdən yorğanımı bir gecədə dəfələrlə
üstümdən atırdım qırağa...
Aman Allah, qəlbin daşdımı!
Niyə, niyə anlamırdın
Onda da, indi də sənin
tərli qoxun üçün
darıxırdım, ölürdüm...
Ata, atacan,
onda da indi də
bəhanən ola bilər ki,
səkkiz nəfərə, hələ üstəlik
ananıza - qadınıma,
öz anama, nə bilim, doğmalarıma,
sevgimi tən bölüşə bilməzdim...
Ata, atacan -
sənə heç vaxt ünvanlamamışam
bu əziz kəlmələri,
heç gözləmə də,
bundan o yana - ölümə tərəf də
söyləməyəcəyəm...
sənə olan sevgim -
qəlbimdə dərin çapıq...
Ata, atacan,
hər şeyi, bütün günahlarını
bağışlamağa hazıram:
anamın saçlarından yapışıb sürütləməyini,
bacılarımı döymayini,
mənə şokalad alan dostunun
hədiyyəsini çölə atmağını,
qonşu kaftar qarının
yalanına görə məni incitməyini,
ac-yalavac uşaqlıq günlərimi -
itmiş yeniyetməliyimi,
dənizə getməyi qadağan etməyini ,
kinoya - televizora seyr etməyi qoymamağını da...
Daha nələri, nələri - bir sözlə, KƏDƏRİ...
Zira, gecələr evə gec gəlməyini
(anam deyirdi ki, əylənməyə gedirdin:
Mamed müəllimgildə qumar oynayırdın...)
səhərlər işə tez getməyini,
uşaqlığımı zaman közünə atmağını
bağışlaya bilmərəm, keçəmmərəm...
Ata, atacan...
P.S. Dünən oğlum Ayxan
qayıtdı mənə ki, ata, atacan,
hər gün səhər tezdən getdiyin,
qaqaşım Şəpiylə mən yuxulayandan sonra
gecə qayıtdığın işin əlimə keçsə,
onu qaz sobasında yandıraram...
Dünyanın poetik dərki, Şəkillər - həyatın donmuş anları | Şərhlər(3) | Baxış sayı: 72
Aydinxan mellim sizi tebrik edirem bu seiriniz menimde cox xosuma geldi.herkes oz usaqliginin,qaygisiz gunlerinin ve nehayet valideynlerinin qedrini bilsin.maraqli cox derin menali insani dusunmeye vadar eden kelmelerdi.......size ugurlar......
İyul 6, 2008 22:58
Aydinxan mellim sizi tebrik edirem bu seiriniz menimde cox xosuma geldi.herkes oz usaqliginin,qaygisiz gunlerinin ve nehayet valideynlerinin qedrini bilsin.maraqli cox derin menali insani dusunmeye vadar eden kelmelerdi.......size ugurlar......
İyul 6, 2008 23:01

Təbrik edirəm, Aydın xan. Bu şeirinlə məni də öz uşaqlığıma qaytardığın üçün... Məni uşaqlıq illərimi xatırlamağa sövq etdiyin üçün...
P.S. Bəlkə də bir çoxlarına bu şeirin dərinliyindəki məna çatmayacaq. Bu da normaldır. Çünki heç də hamı həvəsli deyil öz uşaqlığını xatırlamağa...
İyun 20, 2008 15:06