İyun 10, 2008 22:03
Xəzər Universitəsi: Virtual kulturoloji aləm barədə real mühazirə...
Bu gün - iyunun 10-da Xəzər Universitəsinin böyük zalında Elm və sənət məclisinin 20 buraxılışı keçirildi: Mədəniyyətdə - İnternetdə musiqi və şəbəkdə ədəbiyyat mövzusunda iki mühazirə-təqdimat nəzərdə tutulmuşdu...

Birincini professor, kulturoloq Taryel Məmmədov, ikincini isə mən - yazar-kulturoloq Aydın Xan (Əbilov) etməliydik ki,..
Və çalışdıq da...
Tədbiri rektor, şair-alim, intellektual Hamlet İsaxanlı açdı, maraqlı mülahizələrlə çıxış etdi...
Tariximizin musiqi formatını elektronlaşdırmaqda olan Taryel Müəllimin əla təqdimat-açıqlamasından sonra (əsl intellektual-kulturoloji şok effekti verdi: hər halda, məndə elə təəssürat oyatdı...) toyda 8 saat, yasda 7 gün, restoranda 6 saat zaman zorlamaqla məşğul olan millətimin bir tək, iki cüt bu dəyərli məclis iştirakçısının - alim və bir neçə tələbə (50-yə yaxın, onun da yarısı məclisin sonunda harasa "buxarlandı") qarşısında istədim ki, elmi məruzə-tamaşa ilə orijinallıq edim.

Fəqət, elə orada da vurğuladığım kimi, mən Virtual aləmin qurdu, real dünyanın isə utancaq quzusuyam...
Özümü lap Mirzə Fətəli sandım: İstanbulda - Osmanlı sultanlığının ahnsısa elmi məclisində Şərq dünyasının latın əlifbasına keçidi - oxu: mənim halımda İnternetləşməni - "PR"laşdıran Axunzadəni nəzərdə tuturam...
Dinin yarısı sayılan insafa görə boynuma almaq istəyirəm: tədbirdəkilər mənim liberal kulturoloji baxışlarımı anlamaq iqtidarında olmasalar da - yaxud mən fikirlərimi aydın çatdırmaq istedadında deyiləmsə - hər halda, çox sağ olsunlar, məni baxış hücumu ilə basdalamadılar, əksinə, heç gözləmədiyim tərzdə diqqətlə dinlədilər, sonda iki nəfər təqdimatımın slaydını flaş-karta köçürməyimi istədiləır...
Təqdimatın slaydını buradan yükləyin...
Faylın Adı: Internetde_edebiyyat.ppt
Ölçüsü: 287.0 Kb
Yükləmə Keçidi:
http://www.boxca.com/l8qsfmc1wh7l/Internetde_edebiyyat.ppt.html
Nədənsə, bütün məclis boyunca beynimdə heç də xoçlamadığım Mirzə Ələkbər Sabirin -boynuma alım ki, bu şairdən əzbər bildiyim yeganə beytdir - qoşa misrası soxulcan kimi sürünürdü: "Əcnəbilər göydə balonlarla uçur, biz hələ avtomobil minməyiriz..."
P.S. İstedadına güvəndiyim yazar Əli Əkbərin içindəki məmurlaşma sunamisində bir yaradıcı fərdiyyətçiliyin tamam batdığını anlamaq mənə Sizif əzabını verdi...
E-gündəlik, Şəkillər - həyatın donmuş anları, Kulturologiya: yeni dünyagörüş | Şərhlər(1) | Baxış sayı: 87

İyun 21, 2008 13:03