Reklam verin!

İyun 10, 2008 23:03

Ölkə əldən gedəir, millət buxarlanır, yaxud Hakan Şükürə görə 3 milyon!!!

artyazar

İlahi, - qusur saymayın, hərdən biz ateistlər də inama gəlibən Alaha dua edir, uca Yaradana tapınırıq, bəlkə də başqaları kimi özümüzə təsəlli veririk, başımızı qatırıq - hifz et: bu ölkə əldən gedir, millətsə buxarlanır. İnanmayan bu xəbəri diqqətlə ağrasın...

 HAKAN ŞÜKÜR  HAKAN ŞÜKÜR "XƏZƏR-LƏNKƏRAN"da!!!

Mübariz Mənsimov Türkiyənin futbol kralını illik 3 milyon avroya Azərbaycana gəlməyə razı sala bildi...

Hakann Şükür: " Ümid edirəm ki, Azərbaycan futbolunu da Avropa standartlarına çatdırarıq".

QayNar: Uzun müddət idi ki, Türkiyənin futbol kralı, "Qalatasaray"ın əfsanəvi hücumçusu Hakan Şükürün Azərbaycanın "Xəzər-Lənkəran" klubuna transfer ediləcəyi ilə bağlı xəbərlər dolaşırdı.
Bu xəbərlər bir neçə dəfə gah təkzib, gah da təsdiq edilsə də, bu gün nəhayət ki, məsələ biryolluq həllini tapıb. Belə ki, Hakan Şükür "Xəzər-Lənkəran"ın fəxri prezidenti, Türkiyədə çalışan azərbaycanlı iş adamı, "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov Hakan Şüküru illik 3 milyon avroluq bir müqavilə ilə Azərbaycana gəlməyə razı sala bilib.
Onu da bildirək ki, Hakan Şükür bu müqaviləni qəbul etməklə, "Qalatasaray"ın prezidenti Adnan Polatın ona təklif etdiyi 5 illik müqaviləni rədd etməli olub.
Hakan Şükürün həyat yoldaşı da bu qərarı xoş qarşılayıb: "Artıq indidən Azərbaycanda uşaqlarımızı hansı məktəbə qoyacağımızı düşünürük".
Hakan Şükür isə verdiyi açıqlamada deyib: "Hər zaman düşünürdüm ki, türk dövlətlərində futbolun inkişafına kömək etmək üçün nə edə bilərəm. Mənə gələn bu transfer təklifi ilə içimdəki arzunu gerçəkləşdirə bilərəm. Ümid edirəm ki, Azərbaycan futbolunu da Avropa standartlarına çatdırarıq".

Klubun mətbuat katibi Zaur Əsədov isə Turanın müxbirinə bildirib ki, transfer qiyməti dəfələrlə aşağıdır.

“Xəzər-Lənkəran” mövsümün ən yaxşı klubu seçildi

“Xəzər-Lənkəran” mövsümün ən yaxşı klubu seçildi 
 “Xəzər-Lənkəran” 2007/08 mövsümündə Azərbaycanın ən yaxşı klubudur. Avropa futbolunun statistikalarını bir araya gətirən EFS qitənin 844 ən güclü klubunu müəyyənləşdirib. 2007/08 mövsümündə qitə kuboklarında, həmçinin daxili yarışlardakı iştiraka əsasən reytinq hesablayan EFS-in yekun siyahısında Azərbaycanın 11 təmsilçisi yer alıb.
“Xəzər-Lənkəran” 20,12 xalla mövsümün 363-cü klubu olub. Azərbaycan Premyer Liqasında cənubluları qabaqlayan komandalar - “Neftçi” 400-cü (18,27), “Olimpik” 429-cu (17,05), “İnter” 433-cü (16,79) yerdə qərarlaşıb. Flaqmanın İntertoto kubokundakı rəqibi “Nitra” 17,65 xalla bakılılardan 15 pillə geri qalıb. Mövsümün yekun siyahısında “Qəbələ” 535, “Bakı” 569, “Qarabağ” 585, “Simurq” 634, “Standard” 711, “Masallı” 729, “Karvan” 768-ci yeri tutub. Mövsümün ən yaxşı komandası 155,37 xalla “Mançester Yunayted” (İngiltərə) olub.


E-roman: "Qlobal xoşbəxtlik..." | Şərhlər(5) | Baxış sayı: 98
1
Khaggy yazıb:

salam Aydin xan, eger sene bu transfer lezzet etmirse get bir stakan su ich, ozune gel,klubun pulu var kimi isteyir alir, sene ne bundan,guya sen bele veteni dushunensende, sen Mubariz Mesimovun yarisin xalqin uchun et sonra danisharsan, birde o seviyyesiz yazilarinla milleti bezdirme,medeniyyetden yazirsan, amma ozun medeniyyetsizlik edirsen, konkret fakta var

İyun 11, 2008 21:29

2
Ferhad yazıb:

Ölkə əldən gedəir, millət buxarlanır, yaxud Hakan Şükürə görə 3 milyon!!! Bu mesaj ile neyi catdirmaq istediyinizi basha dusmedim? eger 3 mln davasidirsa Xezer Lenkeran bildiyime gore ozel klubdu ve dovlet terefinden maliyeleshdirmir ve insan buxarlanmasinda hec bir gunahi yoxdur.

İyun 12, 2008 1:14

3
orxan yazıb:

salam millet
halal olsun mubariz beye
fexr edirem ki talish xalqinin bele ogullari var

İyun 12, 2008 16:05

4
Emin Rustamov yazıb:

Mence bunu bu qeder şişirtmeyin heç bir menası yoxdur. Aydin Xan Abilov sen allah sizin başqa işiniz yoxdur. Adam ikiüzlü olmaz, kişinin bir sifeti olar, min sifeti yox.

İyun 12, 2008 17:38

5
Aqil Familoglu yazıb:

Eh Aydinxan! Atalar duz deyibler ki qoz beli qebir duzelder!Bele yerde menim mudurmun bir sozunu sene demek isteyirem "Ay kisi movqeyini mueyyenlesdir!" Sen gah nala gahda mixa vurursan! Hec ozunde bilmisen ne isteyirsen hormetli Evropeyski oglan!

İyun 13, 2008 10:35

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad


captcha

© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com