İyun 10, 2008 21:19
ATV-də - "Açıqlama" verilişinə "bağlanma"...
Bir dostum o günləri qayıtdı ki, ay Aydın Xan, evdə ütünü də elektrik cərəyanına qoşanda, səni göstərir...

(Necə düşünürsüz, biz etiket qaydalarını pozmamışıq ki?!)
Dünən ki, iyunun 9-u idi, yenə də birbaşa tele-yayıma dəvət almışdım: ATV-nin "Açıqlama" verilişinə - mövzu "Etiket qaydaları"...
Mənim bəxtimdəndir, ya da təxtimdəndir, bilmirəm, fəqət, bu dəfə də ikinci ekspert gələ bilməmişdi verilişə və bütün ağırlıq öhdəmə düşmüşdü...
Necə deyərlər, danışdıq, dedik-güldük, muğənni Aslanın ifasında biri lirik, digəri oynaq havalı şərqiyə qulaq asdıq...

(Sizcə, biz etiket qaydalarını yaxşı bilirik?!)
Hələ üstəlik mən millətə etiket qaydalarını öyrətməli idim, yoxsa veriliş batacaqdı... Deyəsən, ümümən pis alınmamışdı, hətta aparıcı Günay xanım mənim söhbətimi o qədər bəyəndi ki, veriliş bitər-qurtarmaz o dəqiqə bəyanladı:
- Aydın Xan müəllim, mən sizi bundan sonra tez-tez proqramıma qonaq dəvət edəcəyəm...
Həri, yaxşı anlayıram ki, nə qədər lazımdırsa, televiziyaçılar məndən dəyərincə yararlanacaqlar, sonra isə... əlbəttə unudulmuşun anları və ağrıları başlayacaq: hələliksə, şöhrət məni basınca, elə özüm onun belinə minibən çapacağam qəlbinizdə sevincə, kədərə doğru, hisslərinizə, duyğularınıza tərəf, sevginizə, nifrətinizə sarı, həsədinizin, yazıqlığınızın yanına...
Musahibələrim. Kulturoloq rəylərim, E-gündəlik, Şəkillər - həyatın donmuş anları, Kulturologiya: yeni dünyagörüş, TV və radiolarda söhbətlərim | Şərhlər(1) | Baxış sayı: 70

Hörmətli Aydın xan, vallah 1-ci şəklə baxanda heç fikir verməmişdim. Sonra başladım yazıları oxumağa. Şəklin altındakı yazını oxuyanda çox güldüm.
Avqust 5, 2008 21:59