İçimdən ölümünə addımlayan "O."-ya
qəlbimcədən çevirdiklərim

Desəm ömrümün mayakısan
Bildirsəm qəlbimin çırağısan
Baxışlarımla yalvarsam sevgidən ötrü
Sevincimin içindən pöhrələnsən
Səssizliyimin içində şərqiyə dönsən
Ürəyimin küncündə kölgəyə çevrilsən
Səni Tanrı payı sansam
Hər an içimdə ansam
Sənə görə "mən"imi dansam
Hər an, təkrar-təkrar yansam
Ölümündən birkərəmlik yox olsam
Sənsizliyə alışmadan zamansızlıqdan boğulsam
Ən dərin duyğularımı əritsəm
Ətir kimi başına çəksəm
Əyilmə sən heç mənə tərəf
Qəlbimə doğru yuvarlan
Baxışlarımdakı odu-alovu
Sevinc nuruna çevirsənə
Dəliciyim, axı duyuram
Bir azdan olmayacaqsan
Yoxluğundan Günəş də doğmayacaq
Heç Ay da gəzintiyə çıxmayacaq
Hamı və hər şey ölüzəyəcək
Məndən ötrü, səndən ötrü
Yanımda olanda səni sevəmmirdim
İndi yoxluğundan sevgim vulkana dönüb
Son günlər hamı mənimlə deyinir
Bircəciyə görə lab uşaqlayırsan
Fəqət neyləyim İlahi axı sən
Onu yaradacaqdınsa, məni neyləyirdin
Sənsizlikdən damla-damla yox oluram
İçimdə itirəm çölümdə ölümləyirəm
Göydəki mələklərin gülüşündə də
Yerdəki insanların baxışında səni arayıram
Sənsə fərqli bir mələyə çevrildin
Heç göylərin də sənə tayı yox



