Reklam verin!

Bəxti müqəddəs Ruhla yoğrulmuş...

Yazar: artyazar @ May 24, 2008 21:08

Əvvəli: http://artyazar.azeriblog.com/2008/05/23/e-romanin-natamam-yeni-bolumunu-qezetlerin-informasiyasi-mene-oturdu 

"Qlobal xoşbəxtlik" e-romanın yeni bölümü

Bu yeni bölümü 18 yaşdan aşağı cavanlar və (e)M.(e)M oxumasa dünya dağılmaz, fəqət...

- Bilirsən, mənim ən böyük arzum yaxınlarımı, doğmalarımı, bir də dostlarımı həmişə sevinc işində görməkdir, - bayaqdan az qala onu başdan-ayağa baxışlarıyla yalayan bəyaz bədənli Svetanı xüsüsi enerjisi ilə adamı özünə maqnit kimi cəlb edən bu qarabala Mübarizin məlhəm pıçıltıları heç cür tərpətmirdi.

- Sən bir məni xoşbəxt et, sonrasına baxarıq...


İki bədən qovuşdu, sevinc və xoşbəxtlik barədə pıçıltılı şərqilər arxa plana - sevişin gölgəsinə çəkildi.

Qız, heç özü də anlaya bilmirdi ki, bu bəstəboy, qarabənizli cavanda nə vardı ki, Moskvanın elit xanımçalarından sayılan onu belə cəzb etmiş, bütün yasaqlara baxmayaraq, özünü, taleyini, həyatını, ömrünü oğlana ərməğanlamışdı...

Və əgər o bilsəydi ki, Mübarizi yaxından tanıyan dost-tanışın bu şəxs barədə yeganə məntiqli fikrində - "Onda şeytan tükü var!!!" - az da olsa həqiqət var, onda heç zaman belə gic-gic beyinquudan suallarla başını ağrıtmazdı.

Söz yox, Mübariz hələ uşaqlığından başqalarından fərqlənirdi: haçansa uzaq Talış dağlarından onların doğma kəndinə  öz aylıq payını yığmağa gəlmiş ağır seyid - sufi Seyfullanın bu oğlan barədə soylədiyi fikir indinin özündə də onun taleyinin mayakına çevrilib:

"Bu simasınəcib uşağın bəxtu göylardəki müqəddəs ruhla saflaşdırılıb və uzun müddət Yaradanın xoş baxışları onun yolunu hələ çox nurlandıracaq..."

Sufinin veriyi dua isə indinin özündə də kənddəki qədim yarımuçuq tikilinin daşları arasında özünün oxu anını gözləyirdi.
O taley yazısını üç nəfər bilirdi: göylərdən vasitəsilə ötürülən Sufinin artıq paslaşmış yaddaşının lap küncündə yatır, Mübariz Mənsimovun öz beyninin tacında üstünə zaman tozu basılmış və bir də bu sətirlərdə gizlənib, əlbəttə, onu yazanın içindəki xaosdan yoğrula-yoğrula...

- Qız, bəs sənin bu dünyada yaşamağına nə təkan verir:

- Maks, - Sveta Mübarizə oxşama ad kimi belə əzizləyirdi - Bbu dünyada tanrım da sənsən, mənə enerji verən də yenə sənsə...

- Deyirəm axı, səninlə sevişəndən sonra niyə özümə gələ bilmirəm: əsl vampir kimi enerjimi də sovurusan, enerjimi də, canımın cövhərimi də...

Qız sevdiyi cavana fikrini tamamlamağa imkan vermədi. Dodaqlarını onun dodaqlarına yapışdırıb məst olanacan büsə alıb, büsə verdi...


***

Hər şeyin əvvəli kimi axırı da apaydın görünməkdədir: sadəcə intellekt gözünü açaraq o görünənləri görmək, içindən keçirməklə özün üçün aydınlamaq, daha sonr isə onu bəxtinin altına salmaq lazımdır...

Ardını arayın...

Yeri gəlmişkən, bu xəbər də başqalarının varidatını saymaq üçün sino gedənlərdən ötrü düşündürücü ola bilər...

«Palmali» Rusiya şirkəti ilə 10 illik müqavilə bağladı

«Palmali» Rusiya şirkəti ilə 10 illik müqavilə bağladı

«Palmali Shipping» şirkəti «Lukoyl» ASC-nin neft məhsullarının tədarükü üzrə törəmə şirkəti olan «Litasko» ilə müqavilə bağlayıb. Bu haqda «Palmali» şirkətinin şənbə günü yaydığı məlumatda bildirilib. Müqaviləyə müvafiq olaraq, «Palmali» Nijni Novqorod və ya Permdən Sankt-Peterburqa və ya Vısotska daxili su yolları ilə 150 mindən 250 min tonadək yanacaq daşınmasını həyata keçirəcək.
Müqavilə 10 il müddətinə bağlanıb və 4-6 min ton dedveytli barja və çay gəmilərinin istifadəsini nəzərdə tutur.

Və  bu gün - mayın 24-də "Xəzər-Lənkəran" futbol komandası Azərbaycan milli futbol Kubokuna ikinci kərə sahib çıxdı. Təbriklər!!!

Oyun zamanı "Pal süd zavodu" ilə "Pal-Bank" kommersiya qurumlarının reklamı görünürdü... 

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha