Bu vaxt şoğərib də elə şeydir ki, nə qonşudan borc almaq olur, nə də 24 saatın üstünə bir 180 dəqiqə əlavə etmək...
Çoxdandır ki, dostum və qardaşım - nə olsun ki, mən Azərbaycanda, o isə Türkiyədə yaşayır: lap kəlama oturuşan situasiyadır e!!! - Yeni multimilyoner Mubariz Mənsimov (deyəsən, pafoslular onu da yoldan çıxarıb, indi də Qurbanoğlu soyadını daşıyır)haqqında yazmırdım. Deyilənlərə inansam, onun başı yenə də qaldadır. Nə səbrinizi daşdırım, buyurun özünüz xəbərlə vaxtıncada tanış olun...
Azərbaycanlı iş adamı Mübariz Mənsimovu ölümlə hədələyən dəstənin üzvləri həbs olunub
Türkiyə vətəndaşı olan azərbaycanlı iş adamı Mübariz Qurbanoğlunu (Mənsimov) ölümlə hədələyiblər. Ötən ilin dekabrında M. Qurbanoğlunun keçmiş maneken Dəniz Akkaya ilə yaxın münasibətləri olduğu barədə xəbərlər yayılıb.
Bundan sonra D. Akkayanın keçmiş sevgilisi, iş adamı Veysəl Kadayıfçıoğlu son Azərbaycan çempionu “Xəzər-Lənkəran” futbol klubunun fəxri prezidenti, “Palmali” Şirkətlər Qrupunun prezidenti M. Qurbanoğlunu ölümlə təhdid edib. Hətta tanınmış iş adamı İhsan Kalkavanın M. Qurbanoğlu ilə V. Kadayıfçıoğlunun arasındakı problemi həll etmək üçün göstərdiyi cəhdlər də nəticəsiz qalıb. Nəticədə azərbaycanlı biznesmen prokurorluğa müraciət edib. D. Akkaya prokurorluğa şikayət edərək V. Kadayıfçıoğlunun onu da hədələdiyini bildirib. Şikayətdən sonra İstanbul polisi 4 ay müddətində telefonları dinləyib və əməliyyat keçirib. V. Kadayıfçıoğlu qaçmağı bacarsa da, “Planet Ajans” şirkətinin sahibi Müzeyyen Öztürk, “Fox” televiziya kanalının mədəniyyət müxbiri Halit Aydıngözün də daxil olduğu beş nəfərlik qrup saxlanılıb.
E-mənbə: APA İnformasiya Agentliyi
P.S. E-romanın ardı bu günlərdə...


