37 yaşıma e(oxu: i)-mərsiyə
14 may yaxamdan yapışdı

biz təkcə ona atırıq
zamansa hamımıza
həyatımızdakı insanları
illərə yola salırıq
bir il də yaşlaşırıq
hər doğuş ildönümümüzdə
özümüzə təsəlli veririk
başqaları bizi təbrikləyəndə
fikri özümüzə dərd edirik
mən anamı sevsəm də
ondan heç razı deyiləm
niyə axı bu qadın
oğurlayıb o dünyadan
bu aləmə gətirdi ruhumu
zənglər SMS-lər e-namələr
sağdan soldan irəlidən keçmişdən
aldatmıram üstümə səpələnmir
axı mən mələk deyil
İNSANAM - Aydın Xan adlı kəs
məndən büt qayırmaq istəyiniz
içinizdə çürüyər dostlar...
Həyat cığırım
Aydın Xan (Aydın Əhməd oğlu Əbilov) 14 may 1971-ci ildə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində müəllim ailəsində anadan olub. 12 saylı Bakı şəhər texniki-peşə məktəbini fərqlənmə diplomu ilə bitirib. 1989 – 1991-ci illərdə hərbi xidmətdə olub. 1992-ci ildə Bakı Dövlət Universiteti filologiya fakültəsinin hazırlığına daxil olub, sonra əyani şöbədə oxuyub. Fakültə həmkarlar təşkilatının sədri, BDU Həmkarlar İttifaqı idarə heyətinin üzvü, Tələbə Elmi Şurasının sədri, həmçinin “İntibah” Gənclər Təşkilatının təsisçisi olub. Tələbə ikən Gənclər “Pen-klubu”nu yaradıb və onun sədri seçilib.
1997-ci ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin əyani aspiranturasına qəbul olunub, elə oradaca yarımştat kiçik elmi işçi kimi çalışıb. Eyni zamanda “Ədəbiyyat qəzeti” redaksiyasında xüsusi müxbir kimi mşə götürülüb və hazırda burada ədəbi tənqid-publisistika şöbəsinin müdiridir.
1998-ci ildə yaradılmış və sonradan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən döblət qeydiyyatına alinmış Yeni Yazarlar və Sənətçilər Qurumunun təsisçisi və rəhbəri olub, hazırda təşkilatın sədridir.
1999-cu ildə Birləşmiş Millətlər Təşkilatıyla Azərbaycanda üçüncü sektorun inkişafı ilə bağlı layihənin eksperti kimi çalışıb, Milli QHT Forumunun yaradıcılarından və təsisçilərindəndir, hazırda sıralarında 400-dən çox təşkilatı birləşdirən bu qurumun idarə heyətinin katibidir.
Azərbaycan Jurnalistləri Həmkarlar İttifaqının həmtəsisçisi və sədr müavini olub. Müxtəlif vaxtlarda “Avanqard”, “Şəhriyar”, “Etimad”, “Gəncliyin səsi” qəzetlərinin, “Yeni dalğa”, “Sara Xatun” dərgilərinin redaktor, təsisçi və baş redaktoru, “Xəzərçi” internet buraxılışının rəhbəri vəzifələrini yerinə yetirib, bəzilərinin indi də rəhbəridir. 1996-cı ildən dövri mətbuatda ədəbi-bədii, elmi-kütləvi, analitik-kulturoloji, tərcümə və publisistik yazılarıyla çıxış edir.
Yazıçı-kulturoloq, tənqidçi-publisist, tərcüməçi və ədəbiyyatşünas kimi onun Azərbaycan Respublikasının və xarici ölkələrin aparıcı dövri mətbuat orqanlarının, elmi jurnallarının səhifələrində 1000-dən artıq elmi-kütləvi, ədəbi-bədii, tənqidi-publisistik, analitik-kulturoloji və tərcümə yazıları işıq üzü görüb. Azərbaycan telekanallarının çoxsaylı proqramlarında yazıçı-kulturoloq və ekspert kimi iştirak edir.
“Virtualizm: yeni kulturoloji cərəyan”, “Virtual Azərbaycana doğru”, “Texnomodernizm: yeni alternativ ədəbiyyat axtarışında”, “Azərbaycanda yaradıcı qurumlar: yeni cəmiyyət quruculuğu”, “Mədəniyyət: millətlərarası dialoq forması” bə b. elmi-kütləvi yazıları, həmçinin müxtəlif yazılı və elektron kütləvi informasiya vasitələrindəki, internetdəki ekspert çıxışları, müsahibələri ictimai düşüncədə ciddi polemikalara səbəb olmuş, diskussiya mövzusuna çevrilmişdir. AYB-nin hesabına “Yeni ədəbi nəsil: axtarışlar, problemlər” və “Ədəbi həyat: qurultaydan qurultaya” adlı iki kitabı, həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin xəttilə “Kulturoloji – alternativ düşüncələr” adlı monoqrafik-analitik əsərlərdən ibarət sanballı kitabı nəşr olunub.
Hazirda “Heydər Əliyev: Ruhu – Milli Varlığımız, Məzarı – And Yerimiz” adlı kitabı nəşrə hazırlanır. Daha üç kitabı nəşrini gözləyir.
“Ədəbi-bədii publisistika: poetikası və tipoqrafiyası” mövzusunda dissertasiya yazıb. Əsərləri rus, türk, fars, ingilis, fransız, alman, gürcü və başqa dillərə tərcümə edilərək xaricdə nəşr olunub.
www.artyazar.azeriblog.com , www.virtualroman.azeriblog.com , www.xariciedebiyyat.azeriblog.com kimi azərbaycandilli internet resurslarının – maraqlı saytların yaradıcısı, redaktoru və yazarıdır.
Hazırda Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, Azərbaycan Yazıçılar Birliyinin İctimai Qurumlarla Əlaqə və Analitik İnformasiya Mərkəzinin sədri, AYB Gənclər Şurasının sədr müavini, AR Gənclər Təşkilatları Milli Şurasının Məclis üzvü, Milli QHT Forumu İdarə Heyətinin katibi, MDB-yə daxil olan ölkələrin hər il keçirilən Beynəlxalq Kitab Sənəti Müsabiqəsinin Azərbaycan Respublikası üzrə Milli Müsabiqə Komissiyasının məsul katibi vəzifələrini yerinə yetirir. Eyni zamanda bir çox ictimai təşkilatların idarə heyətlərinin üzvü kimi ölkəmizin üşüncü sektorunun inkişafında xüsusi xidmətləri ilə fərqlənir.
Bir çox xarici ölkələrdə (Rusiya Federasiyası, Gürcüstan, Ukrayna, Moldova və b.), həmçinin Azərbaycanda keçirilən çoxsaylı mötəbər beynəlxalq və elmi konfransların iştirakçısı, eləcə də məruzəçisi olub.
Azərbaycanın, Rusiyanın, Türkiyənin, İranın, İraqın müxtəlif diplomları və mükafatlarına, habelə müxtəlif vaxtlarda “İlin gənc yazarı”, “İlin jurnalisti”, “İlin ictimai fəalı”, “İlin tənqidçisi” kimi fğxri adlara, mükafatlara layiq görülüb.
AR Gənclər və İdman Nazirliyinin, AR Müəllif Hüquqları Agehtliyinin, Azərbaycan Yazıçılar Birliyinin, AR Gənclər Təşkilatları Milli Şurasının, Milli QHT Forumunun və başqa qurumların Fəxri fərmanları ilə təltif edilib.
2000-ci ildə AR Milli Məclisinə keçirilən seçkilərdə fəal iştirak edib. Ölkə daxilində və xaricdə keçirilən müxtəlif seşkilərdə müstəqil müşahidəçi və xarici beynəlxalq təşkilatların eksperti kimi iştirak edib.
2003-cü ildə “Prezident seçkiləri – 2003” Gənclərin Seçki Qrupunun təsisçilərindən və rəhbərlərindən olub. İlk əvvəl ümummilli öndər Heydər Əliyevin, daha sonra AR prezidenti İlham Əliyevin namizədliyini fəal dəstəkləyənlərdən biri kimi müxtəlif mətbuat orqanlarında, ölkə və xarici elektron KİV-lərində mövqeyini ifadə edən analitik materiallar və müsahibələr, ekspert rəyləri ilə çıxış etmiş, “Gəncliyin səsi” qəzetinin baş redaktoru kimi fəaliyyət göstərmişdir. “Heydər Əliyev və Azərbaycan gəncliyi” kitabını araya-ərsəyə gətirənlərdən biri olaraq orada “Azərbaycan mədəniyyətinin Heydər Əliyev mərhələsi” adlı geniş məqaləylə çıxış edib.
2006-cı ildə 74 saylı Lənkəran kənd seçki dairəsindən AR Milli Məclisinə seçkilərdə namizəd kimi fəal iştirak etmişdir. Televiziyadakı çıxışlarında, seçicilərlə çoxsaylı görüşlərində cənab Prezident İlham Əliyevin qızğın tərəfdarı kimi çıxışlar etmişdir. Özünün yaratdığı “Müstəqil gənclər” Seçki Bloku, həmçinin “İctimai liderlər” Seçki Bloku”, “Yeni Parlament” Seçki Bloku, AR Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Yazıçılar Birliyi, Yeni Yazarlar və Sənətçilər Qurumu kimi neçə-neçə ictimai-siyasi təşkilatlar onun AR Milli Məclisinə namizədliyini dəstəkləmişlər.
Ailəlidir, iki oğul atasıdır.



Tebrik Edirem Aydin Xan!!!!
Butun tebrik ifadeleri shablonlashib, ona gore de, uzun uzadi yazmayib sadece bunlari deyecem (baxmayaraq ki bu da shablondur)
ALLAH BALALARINI SAXLASIN!!!
ALLAH ONLARA DA, SENE DE MENALI OMUR QISMET ETSIN
Yerin var Aydin Xan!!!
May 14, 2008 19:40