Bayıra baxıram
İlahi, bu yazın da
qocalıq çağı
artıq yetişdi
demək, bu yaz da
əlimdən çıxdı
nə gül-çiçək gördüm
nə də dost-tanış
bəlkə heç onlar da
bilmirlər ki
mən sağam
yaxud cəhənnəmlik
niyə belə olur
biz həm özümüzə
həm də doğmalarımıza
qarşı amansızıq
buz kimi soyuquq
yaxşı ki
nəslimin insan tökümü
baş vermədi bu yaz
hələ nəfəs alıb-verən
çoxdur dünyada
bir havanı uduruqsa
demək hamımız birik
kənd şairləri kimi
ağlayıb-sızıldamaq
fikrindən daşınaraq
daş binadan
çölə qaçıram
bu şeri bloquma
yerləşdirəndən sonra...
İlahi, bu yaz da
yağış əvəzinə
kədər yağdı qəlbimə
yenə yenə yenə...


