Reklam verin!
Yuma Ailə Jurnalı

Baharın intihar nəğməsi...

Yazar: artyazar @ May 7, 2008 10:19

 Bu gün nə qədər çətin olsa da, R. adlı dostumu qəlbimdən,
e-keçidini - linkini isə bu saytdan birdəfəlik kəsib atdım...

o dunyaya yolchuyuq

Xanım-xatınlar
ağır kişilər,
azaldıqca,
dünya yüngülləşir



odur hey, elə ondandır
quş sürətilə,
 lap işıq hərəkətiylə
fırlanır dünya... 

Yaman sürətlənib
zəmanədə
insanlar yüngülləşdikcə
yalan ağırlaşır
sevgi azaldıqca,
nifrət daşlaşır

odur hey, həyatımız
get-gedə yüngülləşir
bizi atırlar
biz kimlərisə
yarıyolda qoyuruq
sonra ömür boşalır
sonra olum yüngülləşir
İntihar qamarlayır
heyata yönəli sevgimizi

qəsdən təsadüflərlə
yad tanışlarla
seviş çalarlariyla
sonra ailəylə
ən sonda işlə
başımızı qatmaq
hər şeyi unutmaq
həyatın duzunu
artırmaq əvəzinə
şitini də çıxarırıq

bəlkə ölümlə yataq
paylaşmamaqdan ötrü
min oyundan çıxırıq

hanı son şərqi
dodaqlarındakı öpüş qoxusu
qəlbindəki sevgi çaları
dilindəki eşq kəlmələri
gözündəki gözəllik kölgələri

yəqin son ümidin qanadlarında
səndən sonra gələnlərə
salam aparır
o dünyadan bu aləmə...

Bir gün sən yoxsan
sabah mən heçəm,
gələn birisi günsə
həyat soluxacaq
nəhayət dünya əriyəcək

bəlkə də, bəlkə də...

P.S.

Köhnə dünya
yeni dalğa
keçmişi xatırla
mənə ağla...

Hamımılz o dünyaya

YOLÇUYUQ

1

SİFARİŞ SİZDƏN – HƏLL ETMƏK BİZDƏN!
(kitab, jurnal, gündəlik, bloknot, yeni təqvimlər, plakatlar, baner və vinil çapları, təbrik açıqсaları, təbrik məktubları, möhür və ştampların hazırlanması və s.)
"CHINAR CHAP" www.chinar-chap.az
AZ 1025, 24, Xojali ave.
tel.: (99412) 4902757, 4937255
fax: (99412) 4989555
e-mail: office@chinar-chap.az

May 7, 2008 12:25

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha