- Aydın Xan, bir yaradıcı şəxs kimi Azərbaycan ədəbiyyatının çağdaş durumu sizi qane edirmi?
- Dövlət müstəqilliyini təkrarən qaytarandan bu yana yaşı minlərlə ölçülən, Azərbaycan mədəniyyətinin çox mühüm hissəsi sayılan çağdaş ədəbiyyatımızda baş verən ədəbi-mədəni hadisələr – kultuoloji proseslər mili söz sənətimizin tarixində hələ öz təkanverici gücünü göstərməsə də, şübhəsiz, XXI əsrin qarşıdakı birinci yarısında, bəlkə də ilk on ilində ciddi sənət bəhrəsini verəcəkdir.
Bu baxımdan çağdaş ədəbi prosesdə, ümumən isə milli mədəniyyətimizdə baş verən müxtəlif olaylara nəzər salanda, onların lokal – yerli səciyyəli, yoxsa qlobal – dünya əhəmiyyətli kulturoloji hadisələr olduğunu təyin və təhlil etmək, yeni tariximizin tələblərinə uyğun dəyərlərin meyarların müəyyənləşdirilməsi çox vacibdir və tədqiqatçıların – kulturoloqlaın çox ciddi, bu gn qarşılarında duran əsas vəzifələrdəndir.
Son on-on beş ildə baş verən ədəbi-mədəni olaylara qiymət vermək, əssa hadisələri müəyyənləşdirmək nə qədər çətin olsa da, onun vaxtı artıq çoxdan gəlib çatıb. Mülahizələrimlə obyektiv nəticələr əldə etmək üçün son illərdə respublikamızda baş verən bir çox ictimai-siyasi, ədəbi-mədəni prosesləri xatırlamaq mütləq vacibdir. Lakin tarixə də nəzər salmaq lazım gəlir.Artıq on üç ildən çoxdur ki, müstəqil ölkənin azad vətəndaşları kimi hər cür senzor, total dövlət nəzarəti, ideoloji qadağalardan uzaq bir cəmiyyətdə yaşayırıq.
Qloballaşmağa doğru sürət götürmüş müasir dünyada baş verən böyük olaylar, xüsusən də mədəniyyətlərin inteqrasiyası pərdəsi arxasında intellekt və milli dünyagörüşü istemlərinin yarışı - bəlkə də daha dəqi desək, savaşı zamanı zəif mədəniyyətə və ədəbiyyata malik xalqların yeri son sırdadır. Yeni dnyada bir sıra dəyərlər dəyişilmiş, dövrün tələbərinə uyğün forma və məzmun rəngarəngliyi meydana çıxmışdır. Məhz bu baxımdan da ölkəmizdə hər sahədə olduğu kimi, qloballaşma dövrünün tələblərinə cavab verən dövlətin milli mədəniyyət siyasətində yeniliklər, yeni dövrün təəblərinə cavab verən dəyişiklikləri müşahidə etmək mümkündür. Bu mənada öləmizdə vüsət tapmış üçüncü – ictimai sektor hərəkatının mədəniyyətimiz və ədəbiyyatıızda təsiini izləmək mütləq vacibdir. Vətəndaş cəmiyyətinni ən vacib amillərindən biri də ictimaiyyətin müxtəlif təbəqələrinin öz qaşısına qoyduğu hər hansısa mühüm bir məqsədi həyata keçirməkdən ötrü ictimai qurumlarda – Qeyri-Hökumət Təşkilatlarında birləşmək hüququnu gerçəkləşdirməsidir. Son illər mədəniyyət və ədəbiyyatla bağlı ölkəmizdə yaranmış qurumlar, fondlar, yaradıı birliklər respublikamızda demokratik dəyərlərin inkişafına xidmət edir. Müsəqillik dövründə Azərbaycan yazarı dünya ilə birbaşa tanışlıq və qarşılıqlı münasibətlər imkanını qazansa da, təəssüflər olsun ik, müəyyən obyektiv problemlər bu vacib amilin ədəbiyyatımızın inkişafına tərəf istiqamətləndirmədi. Ancaq onu bilməliyik ki, çağdaş milli ədəbiyyatlar – qlobal dünya söz sənətinin tərkib hissəsi olduğundan – planetimizdə bş veən bütün olayların təsirinə məruz qalır. Əgər yaradıcı insanlar dünya ilə qarşılıqlı münasibətlərdən təcrid olunublarsa, deməli, ədəiyyatımızın inkişafında da müəyyən geriləməl mövcuddur. Nəzərə almaq lazımdır ki, milli ədəbiyyatların çağdaş durumunu qiymətləndirməkdən ötrü mütləq, əlavə böyük müqayisə obyekti olmalıdır. Başqa sözlə, dünyanın aparıcı ölkələrində baş verən ədəbi-mədəni proseslərinin nəticələri ilə tanış olmalıyıq ki, öz söz sənətimizin vəziyyətini dəyərləndirək.
- Sualımızın dəqiq cavabını almadıq...
- İsrarlısınızsa, deyim: amma bilirəm ki, yenə bəzi diletantların hücumuna məruz qalacağam. Çox qəribə bir dövrdə yaşayırıq. Məhəlli düşüncədən qurtula bilməyən bir sıra ədəbiyyat xəstələri peyda olub: mənim sənət düşüncələrimi mətbuat səhifələrində qısqanclıqla qarşılayırlar. Zəng edib səbəbini soruşanda, məlum olur ki, ya yazını oxumayıb, ya da mətni qavramayıb. Son beş ayda, yəni “Ədəbiyyat qəzeti”ndə aylıq köşə yazılarım çıxandan sonramətnlərimə mənfi reksiya verənlərin böyük əksəriyyəti mənimlə şəxsi söhbətlərindən sonra üzrxahlıq edir, mülahizələrimin alt qatına enə bilmədiklərini boyunlarına alırlar... Hər halda, bütün bu amillərə baxmayaraq, milli ədəbiyyatın müəyyən zamanlardakı durumlarına qiymət verəndə bi neçə cəhəti unutmaq lazım deyil: söz sənətinin məhəlli deyil, bəşəri bir hadisə olması; ədəbiyyaın gerçək hadisələr, tarixi olaylar və müəyyən məkan çərçivəsində inkişafı; yaradıcı insanın səviyyəsi – intellekti, ictimai-mədəni sifariş; ümumdünya harmoniyasının diqtəsi və s. və i. a.
Bu baxımdan çağdaş ədəbu prosesimizin əsirinə çevrilmiş milli ədəbiyyatımızın müasir durumu heç də ürəkaçan deyil. Poeziyamızın səviyyəsindən razı qalmaq mümkünsə, nəsr, dramaturgiya, qarşılıqlı tərcümə, ədəbiyyat fəlsəfəsi – tənqid, ədəbiyyatşünaslıq, esseistika, ədəbi kulturologiya sahələrində yaman geriləyirik. Yaşlı nəsildən nəisə tələb etmək nə qədər məntiqsizdirsə, şəzsən mən – özüm də daxil olmaqla – orta və yeni nəslin intellektual səviyyəsindən, sənət baxışlarından, dünyagörüşlərindən bir o qədər narazıyam. Hamı özünü dahi sayır, bəndəsindən savayı heç kimi qəul etmir, mütaliə edən, dünya ədəbiyyatı ilə yüngülvari tanışlıqları yox, sənət baxışlaında və ədəbi görüşlərindəki prülarizm – fikir müxtəlifliyindən isə heç danışmağa dəyməz...
- Siz həmişə postmodernizmin tərafdarı, qızğın təbliğatçısı kimi tanınmısınız.
- Çağdaş Azərbaycan ədəbiyyatını, xüsusən də onun yaranmaqda olan ən yeni nümunələrini təhlil edəndə hansı amilləırə daha çox fikr vermək lazımdır? Subyektiv cəhət kimi müəllifin yaşı, yaxud da ədəbi nəsil problemi, obyektiv amil isə yaradıcı şəxsin milli ədəbiyyatımıza gətirdiyi yeni estetik yeniliklər – sənət dəyərləri sistemi və ya orjinal ədəbi cərəyan, qrup məsələsidir ki, bunlara da dəqiq cavab vermək çətin olsa da, mümkündür. Tarixə qısa bir nəzər salaq: XIX yüzilliyin sonu, XX əsrin əvvəllərində üç istiqamətdə - əsasən Rusiya vasitəsilə Avropaya, Türkiyəylə Qərbə, əmçinin İranın köməyliyilə Şərqə - ümumdünya ədəbiyyatına inteqrasiya edən, forma müxtəlifliyinə, metod rəngarəngliyinə məzmun dolğunluğuna yiyələnən, dünya kulturoloji olaylarının təsirindən çağdaş mədəni dəyərlərə cavab verən, yüksək estetik tələblərə uyğun, mili ruha malik, nümunələri ortya qoyan milli söz sənətimizin bir çox ədəbi cərəyan, məktəb, həmçinin metodlarla inkişafıının qarşısını kobudluqla aldılar, yaradıcı təfəkkürün təbii axarının qarşısına süni sədd çəkdilər. Lakin son illər yenə də o kulturoloji rəngarəngliyi müşahidə edirik. XX əsrdə ən davamlı, özünda bir sıra sənət istiqamətlərini birləşdirən modernizm və ondan sonra yarananlara şamil olunan postmodernizm bir kültür dəb kimi həm bizim mlli söz sənətimizə, həm d keçmiş Sovetlər Birliyini əhatə edən ədəbi-mədəni məkana son on-on beş ildə ciddi daxil olsa da, bu ad altında oxuculara sırınan əsərlərin heç də hamısı, bəlkə də böyük əksəriyəti mahiyyət etibariylə o cərəyanların tələblərinə cavab vermir. İlk öncə ona görə ki, modernizm-postmodernizm heç də ancaq ədəbiyyat metodu deyil, əksinə təfəkkür, intellekt forması, dünyabaxışı, üslub, fəlsəfi görüş,həyati duyumudur. Qərb aləmi modernizmə qədər böyük bir fəlsəfi-estetik, ədəbi-kültüroloji yolu qət edib.
Bizdə ədəbiyyatı və yaradıcı sənətin bütün növlərini, o cümlədən ictimai, siyasi, iqtisadi, fəlsəfi, elmi, intellektual, mənəvi, dini, psixoloji sahələri əhatə edən modernizmi və postmodernizmi cəm halda bilən bir yana dursun, ümumi məlumatlara malik insanlaın sayının məhdud olması imkan vermir ki, bu dünyada bir toplum kimi dünyaya səs salaq. Baxmayaraq ki, indi çox az sayda da olsa, istedadlı gənclik yenilik həvəsi ilə yazır-yaradır və bütün ümidlər də onların gələcəkdə gərəcəyi işlərədir. Birdəfəlik bilməliyik: dünyada gedən bütün proseslər qlobal hadisəər olduğuna görə,Azərbaycan panetin sivil bir ölkəsi olaraq, o beynəlxalq olaylarda bu və ya digər formad işirak etməsə, yaxın gələcəkdə bir millət kimi yer üzündən silinəcəyik. Ancaq onu da xatırlamalıyam ki, postmodernizmlə bağlı mənim gördüyüm işlər əsasən maarifçilik xarakteri daşıyırdı.
- Azərbaycan ədəbiyyatında postmodern nümunələri varmı və onlar bir ədəbiyyat adamı kimi sizi qane edirmi?
- Sualınıza birmənalı cavab vermək çox çətindir. Bayaq bu problemlə bağlı fikirlərimi açıqlamağa çalışdım. Təkcə onu əlavə etmək istəyirəm ki, modernizm kimi, postmodernizm də daha çox prozada öz gücünü göstərə bilir. Umberto Eko, Oktavio Pas, Orxan Pamuk kimi inellektual postmodernistlərinyaradıcılığını yada salmaq kifayətdir ki, dediklərim öz məntiqli təsdiqini tapsın. Təəssüflər ki, bir çox qələm dostlarım
Bu cərəyandan ağızdolusu danışanda adların sadaladığım sənətkarları deyil, V. Sarokin, V. Pelevin, E. Limonov tək Qərbdən güclü təsirlənən, Rusiyanı sevməyən, bir sıra ölkələrin ideologiyasına tərəf əyilən ortabab usiyalı yazıçıları Azərbaycan oxucusuna tərifləyirlər. Bunun məntiqi nəticəsi isə göz qabağındadır: əlavə izaha, zənnimcə ehtiyac yoxdur...
- Yeri gəlmişkən, “Ədəbiyyat qəzeti”nin 2003-cü il 25 aprel tarixli sayındakı son köşə yazınızda idia edirsiniz ki, yeni cərəyan yaratmısınız...
- Hazırda özümün yaratdığım – nə qədər təvazökarlıqdan uzaq olsa da – və ilk milli sənət cərəyanı kimi gördüyüm virtualizm metodunu tanıtmaq, tətbiq, təbliğ etmək, dünyaya çıxarmaqla, kütləviəşdirməklə məşğulam. Ədəbi əsərlərin yazılmaından tutmuş, onun oxucuya çatdırılması, mütaliəsi və tənqidinə qədər bütün proseslərə yeni bir baxış tələb edən, mənim yeni kulturoloji anlayış kimi milli ədəbi-mədəni ictimaiyyətimizin diqqətinə təqdim etdiyim virtualizm haqqında geniş danışmaq istəmirəm. Əgər ciddi sənət baxışlarına malik ədəbiyyat həvəskarlarını mənim kulturoloji mövqeyim maraqlandırırsa, onlara təklif edirəm ki, adı çəkilən tədqiqat əsərini oxusunlar və ardını izləsinlər.
- Nədənsə sədri olduğunuz Yeni Yazarlar və Sənətçilər Qurumu ədəbi mühitdə fəallığı ilə seçilmir.
- İlk öncə unutmaq olmaz ki, yeni nəsil yaradıı insanların ictimai, ənət, intellektual və sosial hüquqlarını qorumaq məqsədilə yaradılmış YYSQ ədəbiyyat dərnəyi deyil, milli və dünya söz sənətii tanıtmaq, təbliğ, inkişaf etdirmək, habelə ədəbi-mədəni hadisələrin təşkili üzrə ixtissalaşmış ictimai-yaradıcı təşkilatdır. Son illər yaradılan yeni ictimai irliklərdən biri kimi – mövcud qanunvericiliyə əsasən Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınmış YYSQ milli mədəni quruculuq və dövətiizin mədəniyyət siyasətinin gerçəkləşməsi prosesinə fəal qoşulub. Ictimai birliklərin imkanlarını göstərən əssa fakt onların gördüyü işlərdir. Rəhbərlik etdiyim YYSQ gerçəkləşdirdiyi ədəbi-mədəni hadisələr dövri mətbuatda və elektron KİV-də geniş işıqlandırıldığına görə təkcə sonuncu layihələrimizi xatırlamaq istəyirəm. Bu yaxınlarda Respublika Müəllif Hüquqları Agentliyinin yaxından içtirakı, eyni zamanda Gənclər Təşkilatları Milli Şurasının təşkilati dəstəyi ilə YYSQ hər il geniş qeyd etdiyi əlamətdar hadisəyə - “Beynəlxalq Kitab və Müəllif Hüquqları”, “Ümumdünya Əqli Mülkiyyət” günlərinə həsr olunmuş “Azərbaycanda intellektual mülkiyyət və müəllif hüquqları: hüquqi bazanın yaradılması, problemlərin həlli yolları” mövzusunda keçirdiyi elmi konfrans, təşkilatımızın İnernet səhifəsinin hazırlanması, gənc yazarlar üçün nəzərdə tutulmuş üçgünlük seminar, Avropa Gənclər foumu ilə mədəniyyətlərarası münasibətlər və milli mədəniyyətlərin inteqrasiya probleminə həsr olunacaq, keçirilməsi barədə artıq ilkin razılığı alınmş Beynəlxalq konfans, müxtəlif nəşrlərin işıq üzü görməsi...
- Biz gec tez bilməliyik: Aydın Xan kimdir? Nasir, tərcüməçi, kulturoloq, publisist, ədəbiyyatşünas, jurnalist, tənqidçi, çoxsaylı ictimai qurumların rəhbərliyində təmsil olunan fəal ictimaiyyətçi, bəlkə də yazıb ədəbi mühitdən gizlətdiyi şeirlər müəllifi, yoxsa yeni nəsil milli intellektual Azərbaycan gənci...
- Məncə, söhbətimizə ciddi nəzər salsaq, bu sualın dəqiq cavabını tapmaq olar. Yalnız onu əlavə edə bilərəm ki, özümü millətini dəlicəsinə sevən bir şəzs olaraq Azərbaycanımızın inkiçafına görə boynuma düşən bütün işləri vicdanla yerinə yetirməyə can atan saə bir yaradıcı adam hesab edirəm...
"Ədalət" qəzeti, 3 iyun 2003-cü il, N 100 (1720)
("3-cü Ədəbi Hərəkat" buraxılışı)


