Reklam verin!
Yuma Ailə Jurnalı

ATV-nin "El içində" verilişində tele-polemika: tele-şoular qapansınmı?!

Yazar: artyazar @ Aprel 18, 2008 19:48

Bazar ertəsi, saat 22-dən sonra, kəndlisindən tutmuş nazirinə qədər, bütün millət kimi sən də, ey sevimli virtual ziyarətçim, (qarşında çay - söz yox ki, əgər əsl azərisənsə,

Aydin Xan ve Elchin Elibeyli


kofe - əgər qlobalistsənsə, pivə - sovetlər üçün darıxmısansa, araq - rusnisgillisənsə, konyak - qafqazlısansa, raki - türkiyəlipərəstsənsə, qəlyan - iransevərsənsə...), əlbət, məkan fərqi ola bilər, kimlərsə evdə, restoranda, çayxanada, barda, pivəxanada, ya da xaricdə, eyb etməz, özünü verəcəksən əlahəzrət televiziyanın qarşısına.

Mavi ekranın içindəki Azad Azərbaycan TV-nin artıq ictimai polemikalar, qızğın diskussiyalar mərkəzinə çevrilmiş "El içində" tok-şousu - verilişində bu dəfə heç kim paltarını soyunmacaq, başqaları aşağılanmayacaq, heç şit-şit atmacalar, özünü ucuz reklam edə də bilməz... Dostum, televiziyaşunas-kulturoloq Elçin Əlibəylinin bəlkə də ən az sinir əritdiyi bir buraxılışın qonaqları isə əsasən mənim dostlarım və həmfikirlərim saydığım Milli Məclisin Mədəniyyət Məsələləri daimi Komissiyasının sədri, Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü kulturoloq alim Nizami Cəfərov, millət vəkili yazıçı-publisist Aqil Abbas, televiziya peşəkarları Qulu Məhərrəmli, Zeynal Məmmədli, Oktay Əliyev, eləcə də "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev idi...

Nə başınızı hərlədim, əsasən aşağıdakı məsələlər haqqında bir-iki kəlmə kəsmişdik ki, verilişin çəkiliş zamanı bitdi:
       
- Azərbaycanda milli-mənəvi dəyərlər dedikdə nələr anlaçılmalıdır...
- Milli telekanallardakı çoxsaylı tele-şoular qapanmalıdırmı?
- Azərbaycanda nədən savadlı teletənqidçilər yoxa çıxıb?
- Hərbi-vətənpərvərlik verilişlərinə baxan varmı?
- Telekanallarımız nə üçün əvvəldən müəyyənləşdirdikləri prioritet istiqamətləri "əyirlər"...
- "Mədəniyyət" telekanalına ehtiyac varmı?
- Ədəbiyyatda, yazılı mətbuatda erotika, çılpaq şəkillər olar, amma nədənsə telekanallara yox...
- Hansı çıxış yolları təklif olunur...
- Daxili və xarici senzoru dirçəldəkmi?
- Televiziys yeni mədəniyyət faktoru kimi...
- Əxlaq - etik və estetik dəyərlərin "obyekti"...
- Telekanallar sənət eksperimentçiliyə gedirlər, yoxsa ucuz şouya...
- Və ən əsası... bu sual həm də sizlərə - millətə unvanlanır: Kimdir günahkar - soyunanlar, yoxsa onları övladlarının toy və şənlik məclislərinə həvəslə çağıran millət...

Şəxsən mən bu sualı millətə ünvanlamaqda artıq usanmışam...

P.S. Buralara da bir nəzər salın:

MİL­Lİ-MƏ­NƏ­Vİ DƏ­YƏR­LƏ­Rİ­Mİ­ZƏ DİQ­QƏT AR­TI­RIL­MA­LI­DIR!

1
Nicat Qafuroglu yazıb:

Ay Aydinxan! men senden bu miovqeni gozlemirdim vallah! mene her zaman ele gelirdi ki, seni shou verilishlere (nezere al ki, EL ICINDE de shoudur)devet edende, minnetle gelirsen, gelmeye railigi birteher veriirsen. Bir sozle seni yalvarib efire cixariirlar.
sen deme yanilmisham! Aydinxan ozu shou verlishleri reklam edir blogunda. Heyif.

"El içində" tok-şousu - verilişində bu dəfə heç kim paltarını soyunmacaq, başqaları aşağılanmayacaq, heç şit-şit atmacalar, özünü ucuz reklam edə də bilməz...
demeli etiraf edirsiz ki, bu gune kimi bu verilishde paltarını soyunmacaq, başqaları kimlerse aşağılanib, şit-şit atmacalar olub, kimlerse özünü ucuz reklam edib. Ve Aydinxan da bu verilishlerin ishtirakcisi olub. bir daha Heyif tesevvurlerime!

Men xeber siisteminde ishleyirem. Rasionllaiq. Hec ki sheir yazdigimi bilmirdi. bu yaxinlarda sher kitabim capdan cixdi. 1000 nusxe. bu kitablari evde gizledirdim ki, 4 nefere gosterim rey oyrenim sonra satisha coxarim. Belkke cemiyyet bu sherlerimi qebul etmeyecek. hemin 4-neferden biri de sen idin nezerimde... Indi de fikrimde qalmisham. Amma sen Allah bele eleme Aydinxan!

Aprel 20, 2008 11:03

2
artyazar yazıb:

Nicat, şoular bu millətin səviyyəsini və simasını qabartmaq baxımından mənim üçün maraqlıdır. Biz ora hamı tərəfindən ləzzətlə baxılan verilişi şirin zəhərə çevirməyə gedirik...

Bir bizde deyil ki? başqa millətlər bu mərhələni çekiblər, biz də adlayacağıq...

Metbexde oturan evdar qadına hərdən mədəniyyətin ciddi qatına nəzər yetir, övladına etik qaydalarla yanaşı, estetik dəyərləri də aşıla, kitab oxu, maariflən (XXI əsrdə e!!!), intellektual səviyyəni qaldır deməyin özü pisdir məgər...
Canım, axı millət şouda özünü tapıb, kəndinə qayıdır: biz də onu təzədən "şəhərə" qaytarmalıyıq da!!!

P.S. Ulu Nizaminin "İskəndərnamə"sində hamının ikrahla yanından keçdiyi it leşinə diqqət kəsən İsa Peyğəmbərin hekayətini bu yerdə xatırlatmamaq mümkün deyil...

P.P.S. Bu isə təəccübümün səbəbidir: əvvəllər biz yazarlar "KİV"ləşirdik, indi isə siz "KİV"çılər yazarlaşmışlara çevrilirsiz, Tanrı xeyrindən qorusun bu milləti... Kitabını böyük məmnuniyyətlə gözləyirəm...

Aprel 20, 2008 11:57

3

Tez cavab verdiyin ucun cox sag ol! Amma bu cavab meni qane temedi duzu. sen bu verilishi ləzzətlə baxılan veriliş adlandiririsan ve orani şirin zəhərə çevirməyə gedirsenmiş... Reklamla.. Nə ise.. Aydinxan saytimi sene yaziram.
http://qafuroglu.tr.gg
Və xahiş edirəm Kitabim sənə gəlib cixana kimi (nəzərə alın ki, ünvanınızı vı telefonunuzu bilmirəm ) vaxt tapdiqca baxın şerlərimə. Və mənə təəssüratinizi deyin.

şerlərimə rəy söyləyərkən nəzərə alın ki, Televiziyanın xəbərlər proqramında işlədiyimdən sizdən bədii yox daha rasional münasibət gözləyəcəm.
Təxminən belə - bu şeirlər cəmiyyətə lazımdır, və yaxud kitablarınıə evdə saxlasan yaxşıdır!

Nicat Qafuroglu

Aprel 20, 2008 14:25

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha