İki ay öncə Yeni Yazarlar və Sənətçilər Qurumunun (YYSQ) sədri, yazıçı-kuılturoloq Aydın Xanın Azəbaycanı tərk etməsi və biryololuq Rusiyaya köçməsi ilə bağlı ilkinc informasiyalar dolaşmağa başladı. İlk baxışdan maraq doğursa da, belə qəfil gedişə səbəb ola biləcək məqamların qaranlıq qalması bu informasiyanın ciddiliyinin şübhə altına alırdı.

Və şübhələrimiz özünü doğrultdu – bu günlərdə Aydın Xanı yenidən Bakıda, iş başında gördük. Təbii ki, ilk sualımız həmin informasiya ilə bağlı oldu. Aydın bəy sualımızı təbəssümlə qarşıladı:
- Bəllidir ki, həm xarici ölkələrdə, həm də bizdə hər hansı proses baş titmamışdan öncə, adətən onun haqqında məxsusi informasiyalar yayılır. Çox zaman bu xəbərlər dezinformasiya olmaqla, reklam xarakteri daşıyır, bəzən isə həm də həqiqət ola bilir.
- Deməli, təsdiq edirsiniz ki, bu dezinformasiyanı müəllifi sizsiniz və özünüzü reklam etmək istəyirsiniz?
- Yox (gülür). Ola bilsin dostlarım zarafat edib. Əslində, Rusiyaya səfərim orda yaşayan yaxın adamlarımdan gələn bir neçə iş təklifi ilə bağlı idi. Bu ilər ədəbiyyata aid deyildi, sırf beznes xaraxterli idi. Amma mən qəbul etmədim. Çümki Azərbaycanda indiyə qədər gördüyüm işlər və həm də yarımçıq qalan bir çox digər işlər məni təzədən özünə çəkdi. Hər halda, iki aylıq məzuniyyətimi Moskvad səmərəli və yaddaqalan keçirə bildim.
- Rusiyada bizdəki ədəbi proseslər haqqında hər hansı informasiya mövcuddurmu?
- Bilirsən,dünyada möcud olan milli mədəniyyətlər yalnız öz millətlərinin maraqlarını güddüyündən hər hansı ədəbi və mədəni hadisə digər dövlətlərin sərhədlərini çətin aşır və elə həmin dövlətin hadisəsi olaraq da qalır. Amma elə hadisələr də ola bilə ki, o haradasa millilikdən çıxır, qloballaşır və digər xalqların da maraq dairəsinə daxil olsun. Son illər bizim ədəbi mühitdə bu səviyyəli hansısa hadisə baş vermədiyindən, təbii ki, heç bir informasiyadan danışmağına da dəyməz. Amma bir səbəb də var ki, biz hələ də nəinki dünyanın, heç qonşu Rusiyanın kütləvi informasiya vasitələri ilə lazımi səviyyədə əlaqə qura bilməmişik. Həm informasiya mübadiləsi mədəniyyətinin, texnologiyasının, həm də internetin Azərbaycanda hələ yükək inkişaf etməməsi, bu sahənin daha çox dövlətin əlində cəmləşməsi, özəl və ictimai qurumların is maddi-texniki bazasının zəifliyi bu tip informasiyaların yayılmasın böyük əngəllər törədir.
- Bəs Rusiyada olduğun iki ay müddətində həmin ölkədə hər hansı ədəbi-mədəni hadisənin şahidi ola bildinizmi?
- Əlbəttə. Orada demək olar ki, hər gün ədəbi və mədəni həyatda əhəmiyyətli hadisələr baş verir. Ümumilikdə Rusiyanın, xüsusən də Moskvanın mədəni həyatı çox qaynardır. Məsələn, bu müddət ərzində məni ən çox təsirləndirən Moskvada XV Beynəlxalq Kitab Sərgisi-Yarmarkasının açılması və dörd gün davam etməsi oldu. Çox təəssüfedici haldır ki, bu yarmarkada dünyanın 82 ölkəsinin-bizim yaxın qonşularımızdan tumuş, ta uzaq Afrikanın əldəqayırma ölkələrinə qədər – iştirak etməsinə baxmayaraq Azərbaycan bu sərgiyə qatılmamışdı.
- Bu sərgiyə qatılmamağımızın səbəbləri nə ilə bağlıdır? Bu vəzifə kimlərin boynuna düşür – ictimai qurumların, özəl nəşriyyatların, yoxsa dövlətin?
- Hamıdan öncə dövlətin. Çünki əksər ölkkələr burada dövlət xətti ilə təmsil olunurdu. Hətta bəzi ölkələri parlamentlərarası dostluq komissiyaları təmsil edirdi. Ona görə ki, bu beynəlxalq və dövlət əhəmiyyətli bir tədbir idi. Rusiya rəsmilərinin tədbirə böyük diqqət yetirməsi də dediklərimi təsdiqləyir. Təsəvvür edin ki, dörd gün ərzində Rusiya hakimiyyətinn yüksək eşalonunda təmil olunan az qala bütün rəsmilər öz ailələri və xanımları ilə sərgiyə gəlib, adi adamlarla birgə iştirak edirdilər. Bunun özü sərginin necə böyük kulturoloji hadisə olmasını xəbər verir. Qeyd edək ki, sərgidə yüz mindən artıq kitab nümayiş olunurdu. Onlar həm mövzu rənarəngliyi, həm tərtibat baxımından bir çox yenilikləri özündə birləşdirirdilər. Maraqlı orasıdr ki, tədbirdə Azərbaycan özü birbaşa iştirak etməsə də, orada bir çox Azərbaycan dilli kitablar da nümayiş olunurdu. Deyək ki, məsələn, Macarıstanın bir neçə nəşriyyatında vaxti ilə Azərbaycan Təhsil Nazirliyinin sifarişilə çap olunan bəzi dərsliklərimiz sərgidə nümayiş olunurdu. Bu mənə çox xoş gəldi. Mən həmin nəşriyyatların nümayəndələri ilə əlaqə qurdum, səhbət etdim. Onlar bildirdilər ki, yenə də Azərbaycan dilində kitab buraxmağa hazırdırlar və belə təklif olsa, məmuniyətlə yerinə yetirərlər. Mən isə dövlətçilik baxımından çıxış edib bildirdim ki, Azərbaycanın özünda də poliqrafiya istər dövlət, istər özəl nəşriyyatlar səviyyəsində xeyli inkişaf edib. Artıq özümüz də hər cür kitabları dərc etmək gücündəyik.
- Ümumiyyətlə, həmin sərgidə iştirakınız hansı səviyyədə idi –adi iştirakçı kimi, yoxsa YYSQ sədri kimi?
- Əlbəttə, mən öz təşkilatımı təmsil edirdim. Və mənimçün hər cür şərait yaradılmışdı. Orda keçirilən bütün diskusiyalarda, mətbuat konfranslarında, bir çox yazıçılarla görüşlərdə iştirak etdim. Müəyyən mübahisəli məsələlərlə bağlı diskusiyalarda mənim də çıxışlaerım oldu. Onlara çox qəribə gəlirdi ki, Azərbaycanda bu gün, təvazökarlıqdan uzaq səslənsə də, belə yeni və intellektual ədəbi gənclik var. Hətta mənə bir çox tematik planlar verildi, nəşriyyatlar tərəfindən bir çox təkliflər oldu. Məsələn, Amerikanın özəl nəşriyyatlarından biri Harvard adlı müəllifin dini-texnoloji, fəlsəfi bir kitabını Azərbaycan dilinə tərcümə edərək çap etmişdi. Həmin kitabda yol verilmiş bir çox dil xətaları və texniki qüsurlarla bağlı iradlarıma qarşılıqlı olaraq, həmin nəşriyyat kitabın bizim redaktəmizlə yenidən nəşri ilə bağlı təklif verdi. Bu kitab haqqında onu deyə bilərəm ki, o, yeni dialektika elmi ilə bağlıdır. Buada insan beyninin 20 faizindən yox, daha çox hissəsindən yararlanmağın əssaları işlənilib. Çox güman ki, payızda həmin kitabın Bakıda təqdimetmə mərasimi keçiriləcək. Ümumiyyətlə, çalışmaq lazımdır ki, dünyada nə yeni texnoloji, elmi, ideoloji və qabaqcıl nailiyyətlər varsa, onlar Azərbaycana gətirilsin. Şəxsən mən, oradan təşkilatımızın kitabxanası üçün çoxlu yeni kitablar gətirdim. Bu kitabların çoxu ensiklopedik xarakterlidir. Xüsusən də min səhifəlik “Postmodernizmin ensiklopediyası” kitabı çox əhəmiyyətlidir. O cümlədən bir çox akademik nəşrlər və bizə az tanış olan, amma son dövrlər dünyada xeyli nüfuz qazanmış bəzi müəlliflərin kitabları da gətirdiklərimin sırasındadır.
- Bəs hər hansı xarici nəşriyyatla, tutaq ki, elə Rusiya nəşriyyatları ilə öz əsərlərinizin nəşr edilməsi olə bağlı danışıqlar apardınızmı?
- Gəlin özümüzü aldatmayaq. Düşünürəm ki, hər bir yazar ən əvvəl öz öləsində tanınmalı, təsdiqini tapmalı və öz oxucu baxzarını formalaşdırmalıdır. Yalnız bundan sonra beynəlxalq arenaya çıxmaq haqqındam fikirləşmək olar. Yoxsa onu uğursuzluq gözləyir.
- Elə isə öz kitabınızın Azərbaycanda buraxılmasını niyə yubadırsınız?
- Doğrusu, görürəm ki, kitabımın çapını nə qədər yubadıramsa, bir o qədər qabağa düşürəm. Yəni, beş il bundan qabaq yazdığımla bu gün yazdığım arasında fərq var. Çünki ədəbiyyat hər gün yeniləşir və təbii ki, biz də buna uyğn dəyişmək zorundayıq.
- Amma onu da unutmayaq ki, vaxtında çap ediən hər bir kitab həm də hansısa bir yaradıcı mərhələnin yekunudur. Və bunun əhəmiyətini azaltmağa lüzum yoxdur. Çünki növbəti mərhələyə adlamaq üçün ayağımız altında əvvəlki mərhələ-pillənin olmaı da vacibdir. Yoxsa, daha çox yuxarıya, özü də birdəfəlik tullanma istəyi boşluğa yuvarlanma təhlükəsi yarada bilər.
- Razılaşmaq olar. Doğrusu üç il öncə mən və bir neçə digr müəlliflər belə iddia irəli sürmüşdük ki, biz adi kitablar çap etmək istəmirik, əsərlərimizi elektron kitab şəklində internet saytlarında yayımlayacağıq. Amma həyat göstərdi ki, arzu etmək başqa şeydi, reallıq başqa. Və görünür ki, mən də geri çəkilməli olacağam. Artıq bir kitabım çapa hazırdır. Bəzi maliyyə məsələlərini yoluna qoyub, bu yaxınlarda dərc edəcəyəm. Amma o da sirr deyil ki, bu gün Azərbaycanda intellektual ədəbiyyata pul verən yoxdur. Beş yüz tirajla kitab buraxıb, onu pula çevirmək olmursa, bu ciddi problemdir. Mənə elə gəlir ki, bu növ problemlərin həlli üçün məhz dövlət qayğısına ehtiyac var. Bu qayğı sistemli olmalıdır, dövlət proqramı qəbul edilməlidir. Müəyyən bir fond yaradılmalı, lazım gələrsə, iztedadlı yazarlara ilk dövlər üçün hətta keditlər də verilə bilər. Ya da vaxtı ilə mövcud olan ilk kitab seriyası bərpa olunmalıdır. Ədəbi janrlar üzrə sanballı maddi mükafatlar təsis edilməlidir və s.
- Nə demək olar Aydın bəy, özünüz demişkən, arzu etmək başqa şeydi, reallıq başqa.
Hazırlayanı: Ə.Təməz. "Ədalət" qəzeti, 26 sentyabr 2002


