Reklam verin!

Səndən keçir zaman...

Yazar: artyazar @ Aprel 14, 2008 20:01

Səndən keçir zaman...

Bu gün  www.xariciedebiyyat.azeriblog.com

ünvanlı Virtual Kitabxanam qapandı: nədənsə, bu şeir gəldi

 mənə dayaq durmağa, nə dostlar, nə oxucular, nə də millət...

yarali Aydin Xan


Qapını çırpıb məndən aralandın
liftin də qapısı bağlandı
aramızdakı məkan da qapandı
seviş də bitdi, sevgi də...

təyyarə səni qanadlarına alıb apardı
aramızdakı zaman da, məkan da qapandı
nifrət sanki ürəyimdəki sevgini qopartdı...

Döyməyə nə çox qapı,
çırmağa nə çox qapı,
uçmağa, nə qədər desən, var baca
baxmağa çoxluca pəncərə

...ürəyimi oynatma yerindən
səndən ötrü alət deyil...

Atdığın daş deyil, baxışdır
nifrətin qəlbimə naxışdır
sevgi də, seviş də axışdı
üfuq Yaradanın bizə baxışıdır...

Ruhuma nəğməydi sevgin,
könlümə təpər idi qamətin
gözümə dayaq idi duruşun
duyğularıma sükut idi gülüşün...

sözlərin məndən ötrü
"Ol" kəlməsinə bərabər
özümü təzədən dəyişirdim
sənə görə yenidən yaradırdım...

Təkcə onu anlayıram ki,
Səndən keçir zaman...

1

Döyməyə nə çox qapı,
çırmağa nə çox qapı,//////

Əllərin qırılsın ay qapı döyən,
Döymə bu qapını açmayacaqlar....E.Ş

Salam hörmətli Aydın Xan,saytınız çox maraqlı və rəngarəngdir.Yaqin ki,bundan sonra izləyəcəyəm yeni yazılarınızı,uğurlar arzulayıram,hörmətlə

Aprel 15, 2008 1:04

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha