Həri, nə etməli, Azərbaycanımızda, - nə qədər qəribə səslənsə də, bu reallıqdır və o acı həqiqətlə barışmaq lazımdır - ölkəmizdə fikirlərini sadə, amma liberalcasına, bir qədər də intellektualcasına çatdıran fərdləri telekanallarımız göyün 7 qatında axtarırlar...

Odur ki, mən sizlərin baş-qulağınızı deyil, sözün fəlsəfi anlamında, bütün telekanallarda hər gün beyninizi dəyişməklə məşğulam...
Ürəyinizin başını sıxmaqdan ötrü əlinizi sinənizə aparmaqdansa, düşüncənizinvə baxışlarınızın diqqətini bu axşam - 7 aprel 2008-ci il tarixini nəzərdə tuturam ha!!! - saat 23 00-dan sonra Azərbaycan Dövlət telekanalının "Tərəf müqabili" verilişinə tərəf yönəltməyə çalışın...
Mənə sonra "çənə" - çoxdanışan deməyəsiniz, indidən bildirim ki, söhbətimizn əsasən reklam və onun bir maraqlı qolu olan sosial reklam problemləri barədə idi...
- yeni reklam mədəniyyət;
- reklam sahəsində maarifçilik;
- sosial reklamla PR eyniyyət təşkil edirmi?
- innovativ reklamın vaxtı yetişibmi;
- dövlətlə yanaşı milli iş adamları da sosial reklam sahəsinin inkişafı üçün çalışmalıdırlarmı;
- klassik reklam mədəniyət hadisəsidirmi?
- azərbaycan reklamı necə olmalıdır;
- biz ölkəmizi qlobal dünyada tanıtmaq üçün reklam siyasətimizi lazımi səviyyədə qura bilmişikmi?
- Azərbaycanda reklam Konsepsiyası vacibdirmi...
Və başqa aktual məsələlər bu axşam AZ TV-də...


