Reklam verin!

ANS TV-nin "Qoy Oturmuşuq" verilişində virtualizm və meyxana!?

Yazar: artyazar @ Mart 31, 2008 22:49

Mirzə Cəlilin "Poçt qutusu" novellası ilə Aydın Xanın şifahi "E-namə" tele-hekayətini müqayisəsinin şahidi olun... 

telemusahibe


Bəs nə, söz yox, biz kültürtragerlər bütün vasitələrə əl atırıq ki, dövrün kulturoloji nəbzini sönməyə qoymayaq.


ANS TV-nin "Qoy oturmuşuq" verilişində - geniş kütləyə ünvanlanmış tok-şousunun budəfəki qonağı mən Aydın Xan və meyxanaçı Namiq Məna idi...

Siz də 3 (ya da 4) aprel saat 18 20-də ANS TV-nin "Qoy qturmuşuq" verilişinə baxacaqsınızsa, onda mütləq diqqətiniz bu məsələlər ətrafında fırlansın:

- Virtual Azərbaycan Kulturoloji layihə barədə geniş bilgi istəyirsinizsə;
- tele-maarifçiliyin sirlərini öyrənməyə can atırsınızsa;
- virtualizm və meyxananın sintezindən təəccüblənmək fikrindəsizsə;
- yeni elektron yazı və e-mütaliənin nə olduğunu bilmək zorundasınızsa;
- İnternetin və kompyuterin heç də Şər qüvvə olmadığına inanmağa çalışırsınızsa;
- yeni etik-estetik, kulturoloji, intellektual dəyərlər sistemindən xəbər tutmaq istəyindəsinizsə;
- Mirzə Cəlilin "Poçt qutusu" novellası ilə Aydın Xanın şifahi "E-namə" tele-hekayətini müqayisə aparmaq həvəsindəsinizsə...

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha