Reklam verin!

Ölümə bəzək dünya...

Yazar: artyazar @ Mart 25, 2008 22:49

(Sufiyana post-mərsiyə...)

Gəldi-gedərik biz
gəl, bizimlə gedək, dünya...
dövrana etibar yox
qocalarla birgə ölək, dünya...

Ushaqliqimda ilishib qalan ev


Ölək - zamanın intiharına,
həyatın qətlinə dözək, dünya...
sən də bizim kimi
fanisən, həqiqəti közək, dünya...

Biz varkən, sən yaşayarsan
oluma özək dünya...
həyata parodiyasan
ölümə bəzək dünya...

Səsin gah göydən, gah da qəlbimizdən
gələr, gedər: onu əzək, dünya...
ruhumuzdan saflansan da,
böyük sevgidə azaq dünya...

Babam ölmüş, atam yatmış, mən qalmış
gəl, yeni həyat doğaq, dünya...
məzələnə-məzələnə zamanla
olumu da, ölümü də boğaq, dünya...

Sevincin içində bişirsən
sevgiyə sazaq dünya...
böyük kainatda
sevənlər tək gəzək, dünya...


Poetik P.S.:

nə çətinmiş qafiyə tapmaq,
ondan sonra şeir yapmaq...

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha