Hamının iş-gücü bitib deyəsən, düşüblər üstümə ki, bəs niyə TV-lərdə beynimizi xarab edirsən. Güya mən yazığın peşəsi ancaq bunlara yalvararaq fərdi olaraq çəkildiyim televerilişlərə baxmağa dəvət etməkdir. Vallah, heç özüm fərli-başlı çəkildiyim televerilişlərə seyr edə bilmirəm. Balam, istəmirsən, baxma, get rusa, türkiyəlilərə, nə bilim, iranlılara, ingilisə bax: onların hər şeyi kimi... sözü də şirindir sizdən ötrü.
Özümüzküləri it yerinə qoymamaq bizim köhnə şakərimizdir. Gərək fərqlənənlərimizi çərlədək, sonra yaxşı "yazar", "sənətkar", "alim", yaxud da "nəsə" idi deyib, başlayaq göz yaşlarımızı çeşmə suyuna çevirməyə: sağlığında isə, heç bir azəriyə "sağol" demək olmaz, bunu milli mentalitet qəti qadağan edir...
Əlbət, yuxarıdakı jurnalaoxşayan giriş qeydlərimin bu yaxınlarda "Azad Azərbaycan" telekanalında yayımlamaq üçün çəkilən "El içində" tele-diskussiyanın növbəti buraxılışına - "Muğənnilərimiz - oxu: manıs və manısçalarımız - və milli-mənəvi dəyərlər" mövzusundakı saçyonduya birbaşa dəxli olmasa da, hər halda fəlsəfəsi eyni yerdən qaynaqlanır: səviyyəsizliyimizdən...
Yeri gəlmişkən, ötən həftənin əvvəllərində ANS TV-nin "Xoşbəxt olun" verilişində də - Nisə xanım Qasımovanın qonağı olaraq buna yaxın bir mövzunu polemikalaşdırmışdıq: toyları modernləşdirən zaman sənətçilərə münasibət necə olmalıdır?..
Beləliklə (vaxtım dar, Lənkəranda İnternetin it günündə - beynimə - "işləməsi" və b. bəhanəsini normal qarşılayın), əgər siz:
- manısçalarımızın soyunmasının sirlərini,
- manıslarımızın maviləşməsinin səbəbləini,
- verilişin çəkilişi zamanı erotik rəqslərin göstərilməsini,
- hansı muğənni öz oğlunun paçaarasında aparılan əməliyyatı milli PR aksiyasına çevirib teleefirə nə üçün çıxarmasını,
- Baqira ilə Madonnanın, Günel Pişik ilə Cenifer Lopezin müqayisəsini,
- milli dəyər deyəndə "nələrin nəzərdə tutulduğunu,
- hansı sənətçinin ekran qarşısında heç bir yeri olmadan soyunmasını,
- efirdə tərbiyəsizliyin alt qatının izahını,
- baletdəki "soyunmaqla", maqazin buraxılışlarındakı "lütlənmə"nin fərqini,
- estetika, etika kimi adi ifadələrin mənasını bilməyən muğənnilərin kimliyini...
...öyrənmək, bir sözlə, sözün sağ və sol mənasında, məzələnmək istəyirsizzə, mütləq ATV-nin "El içində" verilişini izləyin...
P.S. Ruhun gülsun Mirzə Cəlil, intellektin ağlasın Elçin Əlibəyli...
P.P.S. Bilirəm ki, hamınız hər bazar ertəsi axşam saat 23 00-dan sonra "Azad Azərbaycan" TV-nin "El içində" verilişini ümummilli həvəslə gözləyirsiniz: təkrarı ikinci gün saat 16 00-da, elə o teleməkandaca...


