İnternetsiz Lənkəranın solçu e-marşı

Əyalətdə yaşamamalı...
İnternet yox,
Şəbəkə olanda da, surəti p..
keyfiyyəti lox...
Xəstələnmə əyalətdə,
ondansa, öl...
Xəstəxanada xidmət pullu,
dərmanlar baha,
pulsa, məlum məsələ,
yox, yox, yox...
Mənə, İlahi,
XXI əsrdə
Lənkəranda
yanacaq kimi
odun doğratdırmaq
istəyəndə
bəhanəm bu oldu:
İnternetdə işləyirəm...
Nootbukum, sənin yerini
heç nə verə bilməz
burada da karıma gəldin...
Anam tez dillənir:
- Aydına iş tapşırmayın,
Uşaq İnternetdə işləyir...
"Aztelekom"un iki manatdıq
internet kartının
yarısını yandırmışam
hələ də azeriblog.com-dakı
müftə bloq-saytıma
ziyarət edə bilməmişəm...
e-atəşimi, kompyuterimdəki
yazızmayla söndürürəm...
Hökumət yazıq
bölgələrdə İnternet
bağlantısına görə
şəhərlərarası telefon
pulunu vetendaşlara bağışlayıb
məmurlarsa öz zibil işində
XXI əsrdə, bölgəmiz
atam-anam
ibtidai dövrün varlıqları kimi
yaşamaqda, xəstələnməkdə...
Dövlət Novruz Bayramına
baş qoşandan,
insanlarımız acığa düşüb
heç məişət səviyyəsində də
bayrama sevinmirlər.
uşaqlığımla indikinin fərqini
Bayram günlərində gördüm...
ömrüm solur yaman
həyat "yanır", aman...
İnsanlar sevinməyə də
yadırğayıblar sanki...
Salam, əyalət,
Əlvida, Lənkəran.
Mən bir də bu yerlərdə
yaşayası-sürünəsi olmadım...
23.03.2008



Yaxşıdı, Aydın, amma hokumətə yazıq demə. Sən parlamentdə hökumətin gurultulu hesabatına baxaydın...
Mart 24, 2008 11:33