Reklam verin!
Yuma Ailə Jurnalı

Müsahibə köhnə - problem aktual: milli uşaq ədəbiyyatı

Yazar: artyazar @ Mart 15, 2008 20:43

 

Xezer TV

Uşaqlar üçün bədii ədəbiyyat demək olar ki, yox dərəcəsindədir. Ədəbiyyatımızda yaranan bu problemlə bağlı ekspert fikirlərini dinləmək yerinə düşərdi.
Müsahibimiz Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, Azərbaycan Yazıçılar Birliyi İctimai Qurumlarla Əlaqə və Analitik-İnformasiya Mərkəzinin sədri, yazıçı-kulturoloq Aydın Xandır (Əbilov).


- Uşaq ədəbiyyatının yaranma tarixi haqda oxucularımıza məlumat verərdiniz.

- Söhbətimizin əvvəlində bildirim ki, uşaq ədəbiyyatı özü mücərrəd bir anlayışdır. Ədəbiyyatımızın bir sahəsi uşaqlarımıza xidmət edir. Tarixə nəzər salsaq, elə əsərlər var ki, əvvəllər yalnız böyüklər üçün nəzərdə tutulmuşdu. Indi isə bunları uşaqlar üçün yazılmış əsərlər hesab edirik. Bəşəriyyət inkişaf etdikcə, böyüklər üçün nəzərdə tutulan əsərlər artıq uşaqları da düşündürməyə başlamışdır.

Azərbaycanda şifahi xalq ədəbiyyatı hazırda uşaq ədəbiyyatı kimi öyrədilir. XIX əsrdə uşaq ədəbiyyatına aid gözəl əsərlər yazan şair və yazıçılarımız olub. Buna qədər də klassik Şərq  poeziyasının böyük nümayəndələrinin əsərlərində nəsihətnamələr, didaktik uşaq ədəbiyyatı nümunələri var idi. S. Ə. Şirvani, Q. Zakir, A. Şaiq, Mirzə Cəlil, M. Ə. Sabir, Mir Cəlal və o cümlədən Əzizə Əhmədova, Zahid Xəlil, Tofiq Mahmudov, Sevinc Nuruqızı, Aygün Bünyadova və b. yazıçılar uşaqlarıən sevimlisinə çevriliblər. Əli Səmədlinin uşaqlarla bağlı dram əsərləri var. Emin Mahmudov fantastik və elmi-fantastik janrda əsərlər yazıb və oxucuların ixtiyarına verib. Bundan başqa mən sizə iki kitabxana seriyasını xatırlatmaq istəyirəm: "Dünya uşaq ədəbiyyatı" və "Macəra və fantastik ədəbiyyat" silsiləsindən olan 15 cildlik kitablar. Dünya ədəbiyyatının ən yaxşı nümunələri dilimizə tərcümə olunaraq bu seriyaya daxil edilmişdir. Amma təssüfləndirici bir haldır ki, bu əsərlərin əksəriyyəti kiril əlifbasıyladır.

- Ciddi problemlərə toxundunuz...

- Bəli, bu çox ciddi bir problemdir. Yeni əsərlər çox az-az yazılır. Yazılmış əsərlər də çap olunmur. Əvvəllər dövlətin uşaq ədəbiyyatı ilə bağlı nəşriyyat planı vardı. Uşaq və Gənclik, Maarif və b. nəşriyyatlarda məktəb kitabxanası seriyası nəfis şəkildə çap olunub balalarımıza hədiyyə edilirdi. İndi ayrı-ayrı yazıçılar özlərinin vəsaiti hesabına çox az sayda kitab buraxırlar. Bu da öz oxucularına gedib çatmır. Yeni texnologiyalardan, kommunikasiya və ünsiyyət vasitələrindən istifadə etməklə, uşaq ədəbiyyatını oxuculara çatdırmaq vacib məsələlərdəndir. Artıq dünyanın hər yerində video, televiziya, sənədli filmlər və kompüter oyunları İnternetdə uşaq ədəbiyyatı ilə bağlı səhifələr açılıb. Bizdə isə buna hələlik önəm verilmir.

- Sizcə, çağdaş milli uşaq ədəbiyyatı necə olmalıdır?

-  Uşaq ədəbiyyatı bir neçə kateqoriyaya bölünən geniş bir kulturoloji anlayışdır. Yəni hər yaş dövrünün özünün müəyyən tələbləri var. Kiçikyaşlı uşaqlar üçün rəngli şəkilli kitablar olmalıdır. Şeirlər çox qısa, yüngül, nağıllar sadələşdirilməlidir. Bir şeyi qeyd etmək yerinə düşər ki, indi Yazıçılar Birliyi ən yaxşı uşaq əsərinə görə Tofiq Mahmud adına mükafat təsis edib. Bu il o mükafata şair Qəşəm Nəcəfzadə layiq görülüb.

- Maraqlı söhbətlər üçün çox sağ olun!

Müsahibəni apardı: Aləmara İsmayılqızı    ("Savalan" qəzeti)   

1
koroglunun nigari yazıb:

men 1genc olaraq sizi hemise destekleyecem.usaq edebiyyatina muraciet etdiyinize gore tesekkurler

May 2, 2008 21:21

2
SEVA yazıb:

BELE MÖVZULARA TOXUNAQ XAHİŞ EDİREM.MEN DE SİZİ HER ZAMAN DESTEKLEYENLER SIRASINDA VAR OLACAĞAM!!!!DAVAMINI DA TEZLİKLE GÖZLEYECEYEM!

Oktyabr 10, 2008 15:13

3
mehtap yazıb:

çok teşekkür borçluyuz efendim .umarım devamı olacaktır.

Oktyabr 28, 2008 11:11

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha