Bəli, şəxsən mən bütün metodlardan yaralanıram ki, intellekti, ədədbiyyatı, mədəniyyəti kor olmuş geniş xalq kütlələrinə çatdırım. Bunu necə istəyirsiz, eləcə də qəbul edin.

Foto-qonaqlıqda: Aparıcı Günel, Kəbutər, və mən - Aydın Xan
Çağdaş e-maarifçiliyin bir qolu əgər virtualizmdən keçirsə, başqa daha çevik qolu televiziya və radio kanallardakı şouverilişlərə qədər uzanır.
Azərbaycanda hamı özünü ciddi şəxsiyyyət sayır, teleşoulara baxmadığını goplayır, amma əsl həqiqətdə, mən özümü mədəniyyət verilişlərində öldürsəm də, ziyalisi-yazari-müəllimi-məmuru qarışıq çox az adamda reaksiya görürəm...
Amma şoulardakı çıxışlarımın təsiri daha dəhşətli gücə malik olduğunu aşıq sənəti ilə bağlı A TV-nin "El içində" verilişindən sonra AR Mədəniyyət və Turizm Nazirliyi tərəfindən reaksiyanı alandan sonra - mən hələ onu yazıb qürrələnmirəm: respublikada bir aydan çoxdur ki, saz havası əsir... - məhz bu cür formatların xeyrini anladım...
Odur ki, istənilən tele-təklifə müsbət cavab verir, düşürəm yazar dostlarımın üstünə ki, siz allah, gəlin televiziyada xalqımızı oxumağa - sivil dünyadan geri qalmamağa səsləyək...
Bəziləri qorxur, bəziləri sonra mənə ev verməzlər - deyir, digərləri isə özünü çoooox ciddi sayır...
Hərnədirsə, bu həftə özünüzü ANS TV-yə kökləyin: dünəndən - martın 4-dən etibarən saat 16 50-dən başlayan "Qonaqlıq" verilişini diqqətlə izləyin. Sonda sürpirizlər və simaların yırtılması aksiyası baş verəcək...
4 yazar və bir oxucu adıyla aramıza basılmız - xanım pradüsserin oğlan tanışı arasındakı intiriqanı ona görə qızışdırdım ki...
P.S. İndidən isə bir həyat sirri barədə sizlərə xəbərçilik etmək fikrindəyəm: bu yazarların başına nə gəlirsə, səbəkarı elə özləridir...
P.P.S. mövzüya bir də qayıdacağıq...



