Reklam verin!

Bakının bir damcı qışını öpmək...

Yazar: artyazar @ Yanvar 28, 2008 20:47

Ona ünvanlanmış şeirlərimdən ilhamlanan R. xanıma...

səni hər yeni gündə təkrarən görmək
Bakının bir damcı qışını öpmək

qarın məni


saçlarında kədərin izlərini sezmək
baxışlarında seviş qığılcımlarında yanmaq
qəlbində sevgi duyğularını anlamaq
bic-bic gülümsəyən dünyanı atmaq
məhəbbət adlı ruh məkanına çatmaq
əbədi sevinc içində yatmaq
intellektini kimə gəldi satmaq
ruhunu onun  ruhuna qatmaq
qəmin həzinliyində batmaq
həyatın mənasızlığına təkrarən inanmaq
küçədəkilərin saxta gülüşlərini cavablandırmaq
sevinc vermək məqsədiylə yaxınlarını aldatmaq
yanlarında ala qarğaya çevrildiyin doğmalarına yaltaqlanmaq
sevmədiyindən yadlaşmışlardan qaçmaq
içinə aparan yoldan sapmaq
nifrətetdiklərinin qapazaltısı olmaq
sonra yenə də fərqli fərd kimi qalmaq
özün olaraq ruhunu geri almaq
 təkrar-təkrar başqalarını düşünmək
cavab almayacağını bilərək kimisə sevmək
həyatdan kam alaraq rahat yaşamaq
eh, bilsəydin, necə çətindir anlamaq
yavrum, çox dəhşətlidir  - düşünmək...

qışın göz yaşları

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha