Reklam verin!

Çağdaş ədəbiyyatımızın bir olayı: qalmaqallımı?!

Yazar: artyazar @ Yanvar 27, 2008 19:34

Rüstəm Behrudi ilə çox qızğın bir bilgili-kulturoloji polemikadan beynimə köçürtdüklərimi bir yazıda verməyin çətinliyini anlamağınızı və yadımdan buxarlanmışlarını görüşdən əvvəl, - daha sonra baş verənləri Murad Köhnəqaladan soruşun - məclissonrası dəm deyincə ürəyiistəyən vurmuş Elçin Səlcuqdan məlumat almanızı xahiş edirəm...

Düşünürəm ki,...


Əvvəlcə buraya girib məclisin aurasına qoşulun:

http://artyazar.azeriblog.com/2008/01/26/turk-dunyasi-ve-azerbaycan-edebiyyatinin-boz-qurdu-rustem-behrudi

Yeni şairlər - köhnə şeytanlar

http://artyazar.azeriblog.com/2008/01/16/chaghdash-edebiyyat-ocaghi-gencler-pen-klubunun-novbeti-elitar-meclisi

Sonra da bu e-keçid vasitəsiylə Rüstəm Behrudi haqqında yazdığım elmi-kulturoloji mətnlə yaxından tanış olsanız, xeyrinizədir:

http://artyazar.azeriblog.com/2007/10/02/milli-sivilizasiyanin-poetik-terennumchusu

Burada isə Rüstəm Behrudinin virtual eviylə tanış olun:

http://www.rustembehrudi.com/az/

Bu çağdaş milli Azərbaycan ədəbiyyat tarixinin bir maraqlı səhifəsiydi və siz olduğu kimi mütləq onunla tanış olmalısınız.
Yoxsa, bizə öyrədilən ədəbiyyat dərsliklərindən belə çıxır ki, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundov, Mirzə Cəlil, ən sonda da Səməd Vurğun doğulan kimi şairə çevriliblər və onlara Bakının ayrı-ayrı yerində heykəllər yapıblar...

Əvvəlcə danışmaqda ustalaşmışözciyəzim məclisi açdım, həmin an E.Səlcuqun qıyığ gözlərinə pis görsəndim: yazardaşımın atmacalarına məhəl qoymadan tədbirimizin fəxri qonağını pafoslu təmtaraqsız-tərifsiz Türk Dünyasının və çağdaş Azərbaycan ədəbiyyatının "Boz Qurdu" elan etdim.

qolçəkmə

Əlbəttə, siz etirazınızı e-namə vasitəsiylə mənim yahoo.com-dakı elektron ünvanıma yollaya bilərsiniz: qağa, A TV-dən çığırırdın ki, qadını ceyrana - heyvana oxşatmaq XXI yüzilliyin məntiqinə sığışmır: bu halda isə tanınmış şairi qurda bənzədirsən.
 Mən də cavabımı bəribaşdan bura əlavə edirəm: - düşünməkdə tənbəl olan soydaşlarıma eziyyət vermək doğru çıxmaz - a) hər iki halda fikrin birbaşa mənasında deyil, fəlsəfi, poetik, məcazi anlamında dərk etmək lazım idi. Söhbət qədim - Şərq və çağdaş - Qərb poetik - bədii düşüncə texnologiyasından gedir...

Qayıdıram yazarların, alimlərin, Qeyri-Hökumət Təşkilatları rəhbərlərinin və jurnalistlərin həvəslə qoşulduqları ədəbi-mədəni məclisə.
Yanılmıramsa, belə bir fikir səsləndirdim : Rüstəm bəy hər zaman Azərbaycan ədəbiyyatında "Salam, Dar ağacı" simvolu olub - istər yaradıcılığının əksər hissəsiylə, istərsə də yaşam və düşüncə tərziylə...

Ardını mütləq gözləyin: əgər...

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha