Reklam verin!

Qışın göz yaşlarında boğulmursan ki?

Yazar: artyazar @ Yanvar 19, 2008 12:53

Qışın göz yaşlarında boğulmursan ki?

Yatağında tənbəllık yetişdirən R. uçun e-elegiya

Bakının küçələrində
Qışın sevinci əriyirdi

qarda kölgəylə fotolaşdırılmış avtoportretim

(qarda kölgəylə fotolaşdırılmış avtoportretim)


uşaqların və sevgililərin
qəlbindəki duyğularsa
hərarətinin soyumasından
kədər bəstələyirdilər.

Əriyən nə qar,
nə də buzdur

axaraq şəhəri basan
Bakı qışının
göz yaşlarıdı...

Səni hər an, hər yerdə
axtaran gözlərim

sulara dikilib

Görəsən,
qışın göz
yaşlarında boğulmursan ki?

Qar Tanrının
biz sevgililərə
ərməğan etdiyi
qış sovqatıdır...

Görməmişdən - açmamışdan
əvvəl sevinc,
sonrasından asılı olmayaraq
sevinci əridən kədər, kədər, kədər...

Bir nisbinlik ipi

- hər il qış göndərirsən -

olmasaydı, İlahi!

ölərdi insanlar
doğulmamışdan çox-çox öncə...

1
R. yazıb:

Chox sag ol, chox duygusal bir sheir idi...

Yanvar 20, 2008 0:29

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha