Reklam verin!
Yuma Ailə Jurnalı

Çaşıb bir gün Xalq oldum... (I bölüm)

Yazar: artyazar @ Yanvar 17, 2008 9:01

 Solçu intellektual şeir silsiləsindən...

Böyük məmur, əzəmətli inhisarçı, iddialı korrupsiyaçı, könlündən Bağdadda xəlifəlik keçən yad - iri(nli) oliqarxın  kəsə sözlə, milli bic burjuyun bir qarlı-şaxtalı qış etirafından çəkilmiş virtual-film

qarın ciğiri 


Diqqət: başlanğıcdan anladıram, kimsə bu poetik qəhrəmanı özünün prototipi bilib, məni məhkəməylə, yaxud da Hacı Məmmədovla hədələsə, onun aqibəti budan da pis olacaq...

Bütün vicdanlı dövlət qolluqçularına böyük sevgiylə

Həri, özünün imarətlərinin birindən

Sürüşkən qarlı səhərdə
14 yaşlı məşüq(bəlkə də "ne ona, a on")əsinin
sinəsindən tənbəl-tənbəl,
dünyaya, həyata, yaşama
həvəssiz qalxdı - indi
ruhunu sovurduğum, qanını içdiyim
virtual qəhrəmanım...

Bu dünyada nəsil-nəcabətinin
yatıbən yoxusunda belə
görə bilmədiyinin
içində yağ kimi üzürdü
odur, daha heç nəyə
həvəsi, marağı qalmamışdı...

Nahar etmədi, ağı iylədi
birtəhər özünə gəldi
dumanlı da olsa,
hiss etdi ki, həftənin ilk ucudur
işdə görsənməli, pulları yığmalıdır...

Sürücüsünün-süründürdüyünün
"Müəllim, maşın Sumqayıt yolunda
çevrildi, özümdə əzilmişəm!.."

bəd-infosuna

- ... ananı sənin, əlimə düşsən qayıraram...

Anqırsa da, əlacsızlıqdan əlini əvvəlcə
bir yerinə, sonra mobil telefonuna atdı
Oğlunun 160 minlik "Audio 7" cipi,
Qızının 160 minlik "Lexus"u,
 qarısının 150 minlik "BMW 7" sedanı,
sevgili I-rin 120 minlik mersi,
sevgili II-nin 50 minlik pejosu,
nə bilim, daha hansı it-qurdunun nələr...

hətta evinin qolluqçusunun
hündayı da lox çıxdı...

Özünün bu səhərki sarayındakı
qara 300 minlik bron Hamerini
isə sürməyi bacarmadı,
çırpdı dalını harasa...

Cəhənnəmə ki, təki, cansağlığı olsun
hər şe düzələr,
dünya bizim dünyadı...

Məcburiyyət qarşısındakı acizliyini
başına keçirtdiyi onminlik Versace
papaqıyla örtərək nəalaclar kimi
Paytaxtkənarı qalasından
əsas yola qədər küçədə düz on dəfə sürüşdü,
yeri qucaqladı, şaxtanı söydü...

Gəlib vaxtılə vicdanının bir hissəsinə
qurban verdiyi imzasıyla
qanuniləşdirdiyi
köhnə alman mersedes yük maşınlarını
Gəncədə söküb quraraq
sərnişin mikroavtobusuna
çevrilmiş variantına durtuldu...

Nə yaxşı oldu, onu heç kim tanımadı
"Deməli, hamı məni
vəzifəmə, puluma və nüfuz(suzluq)uma
görə tanıyır, sayırlar!!!" -

Dumanlı beynində
ilk fikir işartısı bu oldu,
əlbətt, əgər soyüşləri
və bir də bu misraları
atsaq bəyaz qarın üstünə:

"Dərsə gedən bir uşaq...

...Uşaq durub neylədi?
Deyəsən buzu və dünyadı söyüb batırdı...

əcəb də etdi, oğraş dünya
qışda bizim zəif yerimizdən basır...

- Çox sağ ol, oğlum!

Sumqayıtdan xlor alıb
bu şaxtada Bakıya
xırda biznes etməyə yollanan
qaçqın nənəyə bir istədi
yüzlük göyü ərməğan etsin
nəsə ya ürəyi gəlmədi, ya da çəkindi
əvəzinə yerini - oturacaq verdi...

Nənə, eləməsin tənbəllık,
 yeri zəbt edəndən sonra
xlordan səpələndi məmurciyəzimizə...

Sanki Qarabağ soyuqluğu ilə
onun və onun kimilərinin
vicdanını milli  xlorla 
yumaq, paklaşdırmaq istədi...

Sözsüz, yüz minlik kostyumda
ləkə qalacaqdı, vicdandakı kimi...

Qancıq, heç olmasa,
bu gün etməyədin,
birinci dəfə geyinirəm,
təzə birinci müavinin acığına,
qoy yerini bilsin,
nə olar ki, onu
məni ilişdirməkdən ötrü
yollayıblar yanıma...

o qədər eləsini görmüşəm ki,
atı mənim yanımda bağlasan
at olmasa da büdcə parasını
dağıtmaqda məni ötər...

Yox əşi, bərkdən demədi bunları
Onlar məmur qiyafəsində
xoruz, sadə geyimdə toyuqdular,
Deyəsən sinonimlik zəif alındı
Bir də qayıdıram fikrimə
Onlar vəzifədə aslan, xeyr, xeyr, lap elə fil,
işdən bayıra atılanda isə
2008-ci il olurlar - yəni siçovul!..

Çox baş ağrıtmayacağam...

Buz üstündə mersedesi rəqs etməyə
vadarlayan sürücünün nöbəti
"Mehriban olun, sıxlaşın..." 

tənəsindən sonra
sadə xalq tərəfindən sıxışdırılan
məmur əfəndimizdən bir çığırtı qopdu:

- O qədər mehriban sıxlaşmışıq ki,
Bu saat bu arvadı da götürüb
ZAAQ-sa gedəsi olacağıq,
doqquz aydan sonra gec olar...
Deməzsən ki, XALQ bu sözləri

gözləyirmiş bayaqdan
Bir hayqırtı cövlan etdi
marşurut taksisində,
sanki ermənilərin üstünə
666 Koroğlu dəlisi hücum edirdi

(Görəsən, Koroğlunun ağıllısı olub?
 - virtual redaktor-mən)

- Dayday danışığını bil...

- Yekə kişisən, ala...

- Ayıb olsun sənə...

Biri isə lap ağını çıxartdı:

- Mama oğlu, düş, yerdə danışaq...
Və sair, il axır...

- Bu bədbəxt xalq elə həmişə
S. hərfi ilə başlayan
kəlamla etmək lazımdır, canım.

Yoxsa, anamızı mələr qoyar, bizi isə
Nardaranlı, ya da şəkili metoduna
məruz qoyar...

Özü də hiss etdi ki,
sosial quş buraxıb
fəqət nə etməli
amma deyəsən keçmiş
birdəfəlik sevgilisindən təkini
Allah yetirdi amanına

- Ay millət, bu sözlər
dillərəzbəri lətifədən götürülüb
vallah,  səhər çağı
qohum dedi ki, gülək
siz də ciddiyə aldınız...

Məmur öz sarısını udmuşdu
şeyin də kayfı qaçmışdı...

Birdən maşın böyrü üstə yıxıldı
Deyəsən içindəki xalq da
məmurun cüdazına getdi...

Xalq olmaq nə çətinmiş, İlahi...

Vertalyotla hava limanına,
oradan da şəxsi təyyarəsinda
Almaniyaya - xəstəxanaya
Uçurdulan bircə günlük xalqa çevrilmiş
məmur düşündü...


P.S.

Rəsmi KİV hay-həşir saldı:
filan vəzifəli şəxs
xalqın yolunda yaralandı
az qala şəhid olmuşdu...

P.P.S.

Qəhrəmanımızla Almaniyaya
oğlu, qarısı, qolluqçusu, iki sevgilisi
(cinsləriylə nə işimiz),
hətta iti və pişiyi qanad açıb uçdu
Bircə qızının başı barda qarışmış,
təyyarəyə gecikmişdi...

P.P.P.S.

Görəsən, biz yazıq xalq
özümüzə edək nə çarə
ilin 365 gününü
xalq oluruq, xar oluruq...

Birinci məsnəvinin sonu

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha