Əsla, elə fikrə düşməyin,

bu misraların ünvanı var...
Sən məni axmaq yerinə görmə
Elə sanırsan ki, bu qaba qış
Bakıya elə-belə - özbaşına gəlib...
Yox, canım, sən o bir sirri
Etiraf etdiyin andan
Qarlı-şaxtalı soyuqluğuyla
Sinəmə tuşlandı
Sevgimin hərarəti
Özü də, inan,
qar rəngində göründü
hamının gözündə...
Soyuqdan və bahalıqdan
donan insanlara bir o qədər də
əhəmiyyətli deyildi
mənim qar rəngli sevgimin tamı...
Sən yanımda addımlayırsan
kədərimə, qəmimə, təkliyimə
Səni qəlbimə dəvət etmişdim axı,
ay yanmış, ay ruhumu yandıran!!!
Düşünürsən, 2007-ci illə
vidalaşıb yeni ilə adlayırsan?
Xeyr, 2008-ci ilin əvəzinə
Zamanımızın ayrılıq adlı
çağına ayaq basdıq...
Illər bizi gözləmirlər, onların öz planları olur. Biz də özümüzü buna planlaşdırırıq. Ağrımaq da sevinmək qədər gözəldir, bu mazoxizm deyil, ətrafımızda hər şeyin mükəmməllikdən xəbər verməsidir. Heç nə gözəl olmayanda belə hər şey gözəldi, dostum... Sən yaxşı oğlansan, çox yaxşı - bunu özün də bilirsən onsuz da...
Yanvar 13, 2008 23:53