Yağışın zamanladığı sevgi
Yadınızdadımı, ötən ilin sonunda
asta-asta yağış ömrümüzə səpələyirdi
onda qələmə alınanlardır,
xoşunuza gəlməsə, suçumdan keçin...

2007-ci il oğrun-oğrun
2008-ci iliin gəlişini gözləyirdi
Gözəlim 2008-ci il isə
2007-ci ilin rədd olmasına
ürkək-ürkək israrlıydı.
Qiymətlərin qalxdığı
Lotu 2007-ci il
Bakirə 2008-ci ili
hələ zamanın bətnindəykən
zorlamışdı -
hamımızsa ona yengəlık etmişdik...
Sən yadıma düşdün:
İlahi, 2008-ci il necə də
Sənə oxşayırdı, sevgilim...
Əzizim, mənsə - 2007-ci il!
Bilmirəm, məni sevirsən,
ya da nirət edirsən?
Yaxşısı budur gəl səni
təkrarən zorlayım...
Onsuz da bu dünyada hər şey
olanın təkrarı, yeninin köhnəsidir...
2007-ci ilin son nəfəsini
ruhunda duyan gözəlim 2008-ci il
Görən sən 2009-cu ili
haçan, harada, necə zorlayacaqsan...
Deyəsən, axı 2009-cu il
elə mənim özüməm...
Bəs sən kimsən?
2008-ci il!!!
P.S. Deyirlər, bu il (2008-ci ildə)
İnfilıasiya əlli faiz olacaq...