Əvvəli: http://artyazar.azeriblog.com/2007/12/22/i-kitab-i-bolum-ii-hisse-ve-info-yaghishi-kiv-mm-barede-ne-yazir
Milyardçı barədə əfsanə
Deməzsiz, bu fikri qabaqkı bölümdə bir neçə dəfə təkrarlamışam - e-romanımın baş qəhrəmanna xüsusi xoş duyğularım var və onları dilə gətirməkdə məqsədim heç də o deyil ki, kimlərəsə, o sıradan Mübariz bəyin özünə xoş gəlsin... - fəqət, yazdıqlarımın səmimiyyətinə hamını inandıra bilməsəm də, əziz virtualdaşım, heç olmasa, sən şübhə eləmə...

Bu dillərdə gəzən mif, yaxud da şifahi əfsanə Türkiyədəki əksər soydaşlarımızın, o cümlədən nağıla inanan, başını dastanla aldadan dünyaya səpələnmiş milyonlarla Azərbaycan fərdlərinin arasında ağızlar əşbəridir. Beləliklə, gəlin hamımızın arzuladığımız milyardçıya çevrilməyin nağılına diqqət ayıraq...
Baş qəhrəmanımız, bizlərin arasından çıxaraq başgicələndirici karyera etmiş Mübariz Mənsimovdur: söz yox, nə bizə, nə də xalqımıza bir o qədər də istisi-soyuğu yoxdur ki, əyalətdə doğulmuş bir şəxsin dünya biznes nəhənginə çevrilməsində böyük əzmkarlıq, iri planlar, yorulmaz zəhmətsevərlik, intellektual və bilgili düşüncə, sonsuz çalışqanlıq, ən əsası isə fərqli fərd - seçimli şəxsiyyət olmalısı vacib şərtlərdəndir.
Əsl nağılbazlar kimi bizə sərf edir ki, hər şeyi mifikləşdirək - nə bilim, bəxt quşu çiyinlərinə qonub, vergi verilib, Tanrının sevimli bəndəsidir, sehrbazdır, böyüklərin şərikidir və b.: yəqin bu amillərin də sehrli rolu az deyilmiş...
Tələsməyin, səbrinizi bastalayın, keçirəm əsas mətləbə: rəvayət edirlər ki, Mübariz bəy uşaqlıqdan bəxtigətirən insanların ön sıralarında taleyinin zirvəsinə doğru iri addımlarla yürüyürmüş...
... Deyilənlərə inansaq, hələ sabiq SSRİ zamanlarında Rusiya dəniz donanmasının hansısa hərbi gəmisində həqiqi əsgəri xidmətdəykən, Mübariz bəy rəsmi gəmi aşbazı, qeyri-rəsmi Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı vəzifələrində beyin işlədir, gələcək uğurlarının binövrəsini qazırmış...
O da vurğulanır ki, məhz o illərin təcrübəsi, əlaqə bağlantıları və məsuliyyətinin nəticəsidir ki, sonralar yapdığı "Palmali" Şirkətlər Qrupunun nəhəng tankerləri Rusiya Federasyasının daxili dəniz-çay nəqliyyat yollarında bütün istiqamətlərdə sular yarır, neft və neft məhsulları, təhlükəli kimyəvi maddələri dünyanın hər tərəfinə daşıyır.
Bir ara isə Mübariz bəyin hətta Rusiyanın milli lideri Vladimr Putin və rus "KQB"-siylə gizlin biznes-siyasi bağlantıları barədə gəzən söz-söhbətlərə isə vaxt itirmək istəməsək də dünya elektron və yazılı, eləcə də virtual kütləvi İnformasiya Vasitələrində yayılan, düşünmək üçün kifayət qədər imkan yaradan bir maraqlı xəbəri - Vladimr Putinin 20 milyardan artıq varidata malik olması sorağını - bilgiləsək görərik ki, bu məlumatlarda həqiqətin bir çox sifətləri allanır...
Qayıdaq rəvayətimizə: bunu isə İstanbulda kafe işlədən bir soydaşımızın dilindən eşitmişəm, əgər yanlışdırsa, məlumatlı şəxslər dəqiqləşdirmələrini bizə versinlər, səhvimizi düzəldək.
İgid söyləyirdi ki, Mübariz Mənsimov hələ sıravi dənizçi kimi dünya sularını yaranda, gəlib çıxır indi qardaş dediyimiz, onda isə yəqin kapitalist Türkiyəsinə, daha dəqiq desək, gözəlim İstanbul şəhərinə. Liman-şəhərdə baş verən bir hadisə isə əsl bəxt quşu kimi qonur qəhrəmanımızın çiyninə.
Belə ki, - yenə o həmyol qoçağın 2005-ci ildə altısaatlıq Bakı-Lənkəran trasının belini qırmaq üçün danışdığlarından belə qənaətə gəlmək olar - Limanda özü üçün fırlanan (bəlkə bazlığa çıxan, ya da ucuz alver üçün dükan arayan, yaxud da ayaqlarını açmaq, gözünün dəniz yorğunluğuna İstanbul gözəllikləri ilə dinclik verən, hərnədisə, bunu yalnız Mübariz bəyin özü, bir də şahidlər, əgər varsa, bilə bilər) qəhrəmanımız kriminal olayın göbəyinə düşür...
Gözünün qabağındaca bir neçə nəfər gözəl bir Türk xanımına hücuma çekirlər. Qəhrəmanımız tez sinəsini qabağa veribən, qıza saplanan bıçaq zərbəsini öz bədəni ilə dəf edir. Səs-küyə - görən, xoşbəxt faciə gecə baş verib, yoxsa gündüz, bilsəydim Mübariz bəy haçansa mənim ədəbi surətimə çevriləcək, o yol söhbətdaşımdan dəqiqləşdirərdim: onda isə sadəcə canımın dərdindən söhbətkara qulaq kəsmişdim, təki yol əzablarımın ağrısı azalsın, deyə - gələnlər və bir də sonraların məlumuna görə, qızın dəniz milyoneri sayılan atasının parası olmasaydı, yəqin Mübariz bəy indi - Allah uzaq eləsin - nə bizim yazımızın əsas səbəbkarı, nə də "Palmali"nin şefi kimi dünyaya səs salardı.
Qısası, xanım qız atasına zəng edib onu xəstəxanaya yardıma çağırır. Mübariz bəyə ikinci dəfə işıqlı həyata vəsiqə verdirən o varlı türkiyəli sonralar pensiyaya yollanır və qızını Mübariz bəyə ərə verməklə (bəlkə də əksinə, əvvəlcə işlərini ötürür, sonra da övladının taleyini qəhrəmanımızın həyatıyla birləşdirir) bütün işlərini ona tapşırır, həvalə edir, bağışlayır, hərnədirsə, hər halda, deyilənlərdən belə nəticə çıxarmaq olar...
Bundan sonrasını qazıb eşələməyə etik baxımdan nə qədər düzgün olması bu bölümdən sonra qalxacaq reaksiyalardan bəlli mümkün. Ona görə də tələsmədən e-romanımızın ardını gözləyək...
P.S. Düşünmək üçün əlavə info:
http://azertag.com/
“PALMALİ” ŞİRKƏTLƏR QRUPUNUN “HEYDƏR ƏLİYEV” TANKERİ AZƏRBAYCAN NEFTİNİ CEYHAN TERMİNALINDAN DÜNYAYA DAŞIYACAQDIRAzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 9-da Türkiyənin Ceyhan terminalından “Palmali” Şirkətlər qrupunun “Heydər Əliyev” tankerinə yüklənmiş Azərbaycan nefti ABŞ-a yola salınmışdır.
Bu münasibətlə keçirilən mərasimdə Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.
Koreya Respublikasında inşa olunan tanker “Suetsmaks” seriyasından olan ən müasir gəmidir. Uzunluğu 274 metr, eni 50 metr, su altında qalan hissəsi isə 17 metr olan tankerin inşası 96 milyon dollara başa gəlmişdir. Bu tanker 165 min ton neft və neft məhsullarını dünyanın istənilən nöqtəsinə daşıya bilər.
Mərasim Heydər Əliyev adına Ceyhan terminalında ümummilli liderin xatirə lövhəsinin önünə əklil qoyulması ilə başlanmışdır. “Palmali” Şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov, Türkiyənin yenidənqurma və məskunlaşma naziri Faruk Özak, Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov mərasimdə çıxış edərək, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin reallaşdırılması sahəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük xidmətlərindən danışmış, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən dünya əhəmiyyətli enerji və nəqliyyat layihələrinin regionda sülhə və tərəqqiyə xidmət etdiyini vurğulamışlar.
Bildirilmişdir ki, Heydər Əliyev adına Ceyhan terminalından indiyədək dünyanın müxtəlif ölkələrinə 343 tanker ilə 335 milyon barreldən çox Azərbaycan nefti yola salınmışdır.
Sonra mərasim iştirakçıları tanker ilə tanış olmuş, burada yaradılmış Heydər Əliyev muzeyinə baxmışlar.
Yükləmə prosesi başa çatdıqdan sonra “Heydər Əliyev” tankeri Ceyhan limanını tərk edərək ABŞ-a yola düşmüşdür.
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 9-da Türkiyənin Ceyhan terminalından “Palmali” Şirkətlər qrupunun “Heydər Əliyev” tankerinə yüklənmiş Azərbaycan nefti ABŞ-a yola salınmışdır.