Reklam verin!
Yuma Ailə Jurnalı

Soyuqdan ushuyen sheirim...

Yazar: artyazar @ Yanvar 4, 2008 15:01

 R.-nin heveslendirdiyi sheir

Darixanda ruhumu sesle

oxshasin konlunu,

qemlenme

Sevinende chaqir adimi

sevincini bolush...


Harayla, haylansin deli qelbim

Tekce canimi isteme

Emanetdir ozume...

P.S. Buralarda normal shriftle yazmaq imkani veren kompyuterxana - Internet chayxanasi tapammadim, baqishla!!!


  1. artyazar adlı istifadəçi, Yanvar 4, 2008 tarixində, saat 14:30 yazıb:

    Guney-Lenkeran-Ashaqi-Nuvedi
    Teqvim ilinin Milad derisi
    Tenhaliqim intuisiyamla
    Intellektim Fehmimle
    sevisherken
    sen yadima dushdun,
    Sheir yazdim

    (www.artyazar.azeriblog.com saytina goz at)

    sene yolladim

    Dedin:
    www.kultaz.com A bax.
    Tenhaliqdan aralaniben
    Internete yollandim
    Kechdim 1 manat 20 qepiyimden
    Iki saat Virtuallasharaq
    omrumu senin sheirlerine churutdum…

    Orada ozumu aradim,
    Teessuf - yene seni gordum…


  2. artyazar adlı istifadəçi, Yanvar 4, 2008 tarixində, saat 14:57 yazıb:

    Yaqishdan islanmish qish
    Guney-Lenkeran-Ashaqi Nuvedi
    adlarinda teklik cenneti
    Bir kimse sizlerden yox
    bir damci edebiyyat yox
    teleseriallar, muqam shousu,
    azad heyat sevgisi

    Intuissiyamla tenhaliqim
    Fehmimle tekliyim
    sevishen anlarda
    sen yaddash adli dar aqacindan
    asilib qaldin
    sene SMS-sheri yazib yolladim

    (bax: www.artyazar.azeriblog.com
    saytima - eger Internet omrum qirilmasa)

    Senin - www.kultaz.com saytinda
    yeni sheirlerime bax
    e-pichiltilarin olmasaydi
    belke de bu Teqvim ilinin bayram derisini
    hele chox cheyneyerdim…

    Sen uzaqdasan, yaxindasan,
    ferqi yoxdur, esas odur ki,
    qelbimdesen, dushuncelerimdesen
    sherime ilishib qalmisan
    sevgi kendirinde boqulursan

    Sheirlerine tez goz gezdirdim
    Teessufler, yene onlarda
    Ozumu gormedim…
    Tekce sensen, yalniz duyqularin
    Ve bir de sevgin…

    Mense ne sevgiyem, ne duyqu…
    Men ozum olmaqdan yorulan
    bir Yoldar…

  Ve: http://kultaz.com/2008/01/03/rebiqe-nazimqizi-seirler-2/

1
Rebiqe yazıb:

Məntiqlə, mən sənə 1 manat 20 qəpik və iki saat da zaman borcluyam da, hə?.. Sağlıq olsun, tədbirlərin birində görüşərik...

Yanvar 4, 2008 23:06

2
aygun yazıb:

HER HEFTENIN 3CU GUNU SIZLERE 88-00 FM DALQASINDA IREVAN CUXURU VERLISINI TEQDIM EDEN SAVALANDIR
SAVALAN ISE YALNIZ HEFTEDE BIR DEFE HER HEFTENIN 3CU GUNU SEHER 10-10DEQIQEDE GORUSUNUZDEDUR
CALISIN GORUSUNE GECIKMEYIN

Fevral 17, 2008 3:36

3
sair yazıb:



T a h i r Ta l i b l i


Bir qız bir oqlan


axira catacaq bu söhbət, bu söz,
sonra tərəddüdlər yetecek sona
bir vaxt ureyində qaraltdiqin köz
cetinki alişa,cetinki yana

qeybətlər sonəcək sevgimiz kimi,
sənin yaddaşinda nə qalacaq,nə?
ala gözlərində buz salximlanib,
sinəmdə catdiqin bu od-ocaq nə?


piyada qalmişam,yolum izim qar,
qarşima atdiqin qayadi sənin,
dunya siqallayar xumarlandirar,
bir gundə sirkələr oyadar səni,


soyuq küləklər də ələ əsərki,
arada nə savaş nədə barişiq,
bir zaman ayrilib görəcəksənki,
ürəyin bomboşhdu başin qarisiq


bir sevgi təzədən bir fürsət gəzər,
kecilən yollari qayitmaq olmaz.
nə qədər xatire kor mürgüdədi,
dəymə.........xatalidi,oyatmaq olmaz

bir gunahsiz sevgi,eh....təşnə yaniq,
sonra ayilarsan,sonra gec olar,
bir oqlan yaşayır urəyi siniq.,
bir qizda teessufle saçini yolur.

TAHIR TALIBLI
M ə n y e n ə s ə n i s e v i r ə m


Həsrətin yaşıdı gülən,
Ömrümün qışıdı gələn
Kimin qargışıdı görən?
Mən yenə səni sevirəm



Saçımda dəni sevmirsən
Gözümdə çəni sevmirsən
Sən yenə məni sevmirsən
Mən yenə səni sevirəm

Kimə varsan, kimə yoxsan
Nə qədər sevgisən, haqsan
Nə qədər məndən uzaqsan
O qədər səni sevirəm
Mən yenə səni sevirəm




S ö h b ə t

TAHIR TALIBLI
Mənim görüləsi çox işim qalıb,
Başımdan aşıbdı ev qaygılarım
Neçə uzaq uzaq səfərim qalib
Uqrunda ölməli görüşüm qalıb



Yanımdan keçəmməz havayı ad-san,
Ələ ələyində,qovur sacında
Uzaq nagıllardan gələn işıqsan
Mən də ki,qalmışam yol ayrıcında


Hələ görüləsi çox işim qalıb
Hələ neçəsi də düşüb baş ayaq
Vaxt olub bir misra yazmamışam
Bütöv bir gecəni qalsam da oyaq


Xəcalət gətirir soyugu yaşın
Özü də müdriklik vaxtına çəkər
Hələ şerlər var yazmamışam
Qəlbimdə nisgilli agrılar yatır


Gördün ki,quruyam,susuzam,daşam
Elə axşam səhər möhnət ver mənə
Dolu ürəyimi boşaltmamışam,
Bir azca səbr,möhnət ver mənə


Boynumdan günahım asılan kimi,
Sinəmdə ürəyim qorsuz ocaqdı
Təzə şerlərim yazılan kimi
Köhnə günahların yuyulacaqdı


Hələ ki,əlində bir gur çıragın
Həm də ki, ay ürək, yanar çagın var
Ya yol gedə gedə ulduz olmagın
Ya da bir qəfləti uduzmaqın var

Yanından ötəmməz havayı ad san
Ələ ələyində,qovur sacında
Uzaq nagıllardan gələn işiqsan
Mən də ki, qalmışam yol ayrıcında

Fevral 17, 2008 3:46

4
sair yazıb:

TAHIR TALIBLI
***
Щяр адам дярди танымаз
Дярд танымаз щяр адамы
Дярдляр вар ки, гябирдя дя
Эялиб йохлайар адамы.

Цряйимя дцшян чатлар
Ичими йцз йердян одлар
Бир-бириннян йейик дярдляр
Дири сахлайар адамы.

Бир эцн мяни дя дуйаллар,
Дуйуб шейтаны сюйялляр.
Еля беля дя дейялляр:
-Бу, рущуймуш, гар адамы?!

Tahir Talibli
БУ ТАЛЕ ДЕДИЙИН
Бу тале дедийин няди
Бир ялъя варагды йохса?!
Бир цзц гара йазылы
О бир цзц аьды, йохса?!

Эедян йоллар узагдымы,
Эялян эцнляр сазагдымы.
Мянимки йашамагдымы
Адиъя марагды, йохса?!

Юмцр дя бир юмцр дейил,
Сябир бя ки, дямир дейил
Сон йеримиз гябир дейил
Бир гызыл отагды, йохса?!


СИРР
Бир сирр эялир ичимизнян
Кюкдя кюкцмцзнян эялир.
Йердя суйумузнан ахыр
Эюйдя эюйцмцзнян эялир.

Сцрцр сцднян, сцмцкнян
Чяртир ганнан иликнян
Йол эялир елнян, елликнян
Эялян щамымызнан эялир.

Ачылмыр нечя гат сюзнян
Эюрцнмцр икиъя эюзнян
Юлян юлцр юлцмцзнян
Галан - диримизнян эялир.

Нядися ширин дуйьуду
Пирряр йоздуьу йухуду
Сирр олан сирряр охунмур.
Бизнян эедир, сизнян эялир.
***
Бир кимся билмяз неъясян,
Хябяр йох щалыннан сянин.
Йаранды кцлц-каинат
Бир кялмя олуннан сянин.

Биз кимик, щечик эедирик,
Заманнан кечиб эедирик.
Беляъя, кючцб эедирик
Саьыннан, солуннан сянин.

Оланлар, Мювлам, хош олду
Мяним дя пейманым долду
Тащир бир хатасыз гулду
Ня эяляр гулуннан сянин.



ГОРХУ
Эедирсян йолуна чыхыр
Дурурсан гаршына эялир
Горхуду, горхдугларынды
Щамысы башына эялир.

Даьына дашына эялянляр,
Гурдуна, гушуна эялянляр
Сонда башына эялянляр
Явялдя душуна эялир.

Азында чохун гуртарыр
Эюзцндя йухун гуртарыр
Еля ки, горхан гуртарыр
Юлцм дя хошуна эялир.

***
Эедян Сцлейманлар, шащлар
Дюнян тахтды, тахтды.
Сяня эцвяндийим даьлар
Сяня дя эцманым йохду.

Эялди дя йашымыз чатды,
Писимиз, йахшымыз чатды
Инсан йашадан бахтды
Гящр едян бахтды, бахтды.


Торпаг алтда итясийик
Щагдан бир дя битясийик
Бир дя чыхыб эедясийик
Десяляр ки, вахтды, вахтды.

***
Юз ичимнян башладыьым
Сона чатыб йцрцш даща
Буталамаз айрылыглар
Кама йетмяз эюрцш даща.

Юз-юзцня ким гоъалыб,
Даща яллярим гоъалыб.
Ичимдя ичим гоъалыб
Эятиряммир дуруш даща.

Ичибди ешгин ъамыны,
Дадыбды дярдин тамыны
Танрынын бу адамыны
Эюй цзцннян соруш,- даща.

* * *
Йерин танрынын йанымы
Беля уъады билмядим.
Истядим ачым гапыны
Щалын неъяди билмядим.

Йедди гат сирряр ойатды
Йедди даь, бялян ойнатды


Сюзцн ичими эюйнятди
Кюнлцн инъяди билмядим.

Чыхмагнан битмяз щяр йохуш
Битмяз, саггалы аьармыш.
Биздян юнъя юлцм вармыш
Юлцм юнъяди билмядим.

Fevral 20, 2008 21:26

5
ilqar yazıb:

Yaşın və sözün ağrısı



O, poeziyaya 70-ci illərdə gəlib. İlk mətbu şeiri o zamankı APİ-nin "Gənc müəllim" qəzetində dərc edilib. Elə tələbə ikən imzası dövrü mətbuatda görünməyə başlayıb. Söhrab Tahirin gənc şairə "Uğurlu yol" yazması da təsadüfi deyildi, belə ki, o, bu gəncdə yaxşı düşünə bilmək, düşündüklərini sözə çevirə bilmək istedadını görmüşdü.

Tələbəlik bitdikdən sonra gənc şair ata yurduna qayıtdı, müəllim kimi işə başladı. Ara-sıra Bakıya gəlir, şeirləri mətbuat səhifələrində çap edilirdi. O zamankı dövrü mətbuatda çap olunan şeirləri SSRİ Dövlət mükafatı laureatı, ittifaq ərazisində belə yaxşı tanınan hörmətli şairimiz Nəbi Xəzrinin diqqətini də çəkdi. "Ədəbiyyat və incəsənət" qəzetində öz xeyir-duasını səsləndirdi.

Bəlkə də şeir onun üçün məqsəd deyil, düşüncələrinin ifadəsi üçünüydü. Əslində, doğma torpağın verdiyi güc onun həyatındakı bütün boşluqları doldurmağa yetirdi. Yenidən erməni məkri baş qaldırdı. Deportasiya illərində o da Bakıya gəldi, özünü toplamaq, bu dəfə ayrı mühitdə, başqa şərtlər altında yaşamaq, yenidən özünü təsdiqləmək üçün ona çox az vaxt lazım oldu. "Yeni fikir" qəzetində, Azərbaycan radiosundakı fəaliyyətində özünü təsdiqlədi. Folklorumuzdan, tariximizdən, milli-mənəvi dəyərlərimizdən qaynaqlanaraq yazdığı yazılar, hazırladığı verilişlər taleyüklü olmağı ilə seçildi. Bəlkə də ona taleyin bəxş elədiyi, özünə borc bildiyi, çiyinlərinə düşən ağırlıq hesab elədiyi yaradıcılıq məsuliyyətini, tariximizlə səsləşən, soykökümüzlə, etnoqrafiyamızla bəllənən, dilimizin eneryisiylə, sözümüzün şirinliyi ilə qədimliyimizdən soraq gətirən "Bulaq" verilişini yazmaqla ödədi, bu borcdan çıxa bildi.

Özünü bəlkə də hələ də bu borcların altında bilir. Bu illər ərzində onun mənəvi ağırlarını da gördük, amma içindəki tənhalıq hissini bəlkə də heç kim duymadı...

Beləcə, deportasiyaların vurduğu ağır zərbələr, torpaq həsrəti, idealların arxasınca getmək, ümidlər, arzular bəlkə də daha çox sosial problemlər, enişlər, yoxuşlar, yüz ilin tənhalığı və... 60 yaş.

Beləliklə, bu ilin fevralında 60 yaşı tamam olan şair, publisist Tahir Talıblıyla söhbətimizi oxucularla da bölüşməyi lazım bildik.

- Tahir müəllim, o uzaq illərdə yazdığınız kiçik bir şeirdə Vətən çölündə kövşən olmaq istəyiniz arzuydu, ya ağrıydı?

- Günel xanım, bəlkə də sözümüzə belə ağrıyla, dərdlə başladığımız yaxşıdır, elə heç olmazsa ağrılarımızı unutmamaq üçün. Söz var deyir: "Dərdini unut, sözünü unutma", bu sözü fırlatmaq da olar: "Sözünü unut, dərdini unutma" kimi də demək olar. Əslində, fərqi yoxdur, məndən ötrü söz də dərddi, dərd də sözdür. Tarix qarşısında borcumuz çoxdur. Dərd də, borc da sonucda ağrıdır. Deyəsən, belə misralarım da var, yadımda qalanı deyirəm:



Ağrılarla bişən canım,

Gecələri bayquş kimi

Yurdları dolaşan canım.



Bəlkə də bunlar öncədən ürəyə damanlarıydı. Heç olmasa "çölündə kövşən olmaq"

Nə isə, borclarımız bir dəvəyə yük qədərindədir.



Fizüli deyirdi ki: "Bu dərdlər ki, mənim vardır, Nərin başına qoysan, Çıxar kafər cəhənnəmdən, gülər əhli-əzab oynar".

Əstəfrüllah, Füzuliyə bənzəmək fikrindən uzağıq. Məsələ budur ki, Füzulinin dərdləri nəydi ki, dəvənin boynuna qoysan, dəvə incəlib-incəlib iynənin gözündən keçərdi, onda kafər olanlar cəhənnəmdən çıxıb canlarını qurtardılar. Böyük Qurani-Kərimdə bir ayədə deyilir: "Kafirlər cəhənnəmdən o vaxt çıxa biləcəklər ki, dəvə incəlib iynənin gözündən keçsin". Əlbəttə Füzulinin dərdlərinin içi qat-qatdı dəvənin boynuna yüklənsə, onu incəldəcək qədərindədi. Bu qatların içində qürbət də var, qəribçilik də, daha dərin fəlsəfi qatlar da.

- Yurdda yaşaya-yaşaya Yurdda yazdığınız şeirlərinizdə də yurd xiffəti, nisgili var. Vətəndə də qəriblik, qürbət?

- Bu xiffətin yəqin ki, heç özümüzə də bəlli olmayan kökləri var. Amma həqiqətdir ki, türk deyilən yerin üstə, göyün altda bir xiffət içindədir, qəriblik - qəmginlik çəkəndir. Yurddan-yurda adladıqca qəribçiliyi, xiffəti də özüylə gəzdirəndir. Açığını desək, bəlkə də sızıltılarımızın ən böyük səbəbi sağımızın solumuzdan gen düşməsidir, itirdiklərimizdir, indi dağlarımızın aransız, aranlarımızın dağsız qalmağınnandır. Bəlkə də bizləri daha çox ağrıdan Ötükən yaylaların, Bozqır çöllərin, Alp çəmənlərin, Qəlbi dağların könlümüzdə daşıdığımız, yaddaşda gəzdirdiyimiz ağrılarıdır. Bizi ağrıdan itirdiyimiz bütövlüyümüzdür.

Məni həmişə bir məsələ düşündürüb. Bu xalqın folklorunda bir dənə də olsun düşmən yoxdur. Əbədi qorxduğu üç şey var. "Bir yoxsulluq, bir ayrılıq, bir ölüm", "Kasıb olsan gülərlər" bu da bu xalqın sözüdür. "Ölməyə vətən yaxşı" bunu da bu xalq deyib. Bu dediklərim sizin sualınızın bəlkə də birbaşa cavabı deyil. Amma hər halda yanlışı var, yalanı yoxdur.

- Şeir nədir, poeziyanın tərifini vermək mümkündürmü?

- Mənim hiss etdiklərimə, duyduqlarıma görə şeir adamın içindəki sirlərdir, içindəki bu sirlərin varlığını bilməyin səni şair eləyir. Bir sözlə, şeir şairin bəlkə də içindəki sirləridir ki, üzə çıxır. Deyir Tanrıdan gizlin deyil, səndən nə gizlin. Tanrıdan gizlin qalmayan sirləri şair şeir

şəklində oxucusuna verir, həm də oxucusuna verməyi rəva bildikləridir, rəva bilmədikləri də ola bilər. Söz də də var deyir: "Özünə rəva bilmədiklərini başqasına arzulama". Bu da bir özgə həqiqətdir. Poeziya isə mühitdir, mən belə başa düşürəm. Adamın içinin, çölünün havasıdı.

- Niyə az çap olunursunuz? Ya sadəcə olaraq az yazırsınız?

- Düzünü desəm, çox az yazıram. Elə gəncliyimdə də az yazmışam. Elə kitablarım da azdır. İki-üç dənə olar. Balaca, kəpənək-qanad. Əgər bayaq dediyim kimi, şeir sirdirsə, yəqin sirlər az-az olur, gec-gec açılır. Düzü az yazıb, yaxşı yazmaq lazımdır. Amma mən o fikirdə deyiləm ki, az yazıb yaxşı yazmışam. Çox yazıb da, yaxşı yazmaq olar. Görünür, kimə necə verilir. Düzü, gücümün çatdığı qədərində yazmışam. Yazdıqlarım gücümün çatdıqlarıdır. Səmimi desəm, gücümün çatmadıqları daha çoxdur.

- On ildən çoxdur ki, Azərbaycan Radiosunda "Bulaq" verilişinin müəllifisiniz. "Bulaq" - Teleradio məkanında ən uzunömürlü bir verilişdi. Ssenarisini də yazmaq ağır işdir, elə deyilmi?

- Günel xanım, bu sual üçün təşəkkür edirəm. Elə üzümüzə gələn payız "Bulaq"ın 40 yaşı tamam olur, qırx ildi ki, yol gəlir, amma başladığı yol min illərin o üzündəndir, dədə timsal bir "qoca"dır. On dörd ildi ki, taleyim "Bulaq" verilişi ilə bağlanıb. İndi mən gördüyümüz işləri sadalamaq istəməzdim. Bizdən çox-çox illər də əvvəl bu verilişi yazıblar, hazırlayıblar, indi də biz yazırıq. Araya-ərsəyə gətirəni, ilk yaradıcısı Xalq yazıçısı Mövlud Süleymanlı oldu... Qırx ildi gəlir, nə üslubundan çıxmaq mümkündür, nə də axtarışlarından qalmaq.

"Bulaq"da çox komponentlər birləşir, bir vahid yaradır. Böyük söz, ilahi səs, bir də uca ruh. Başımız üstəki bu ruh, həm də Böyük tarixdir.

Qaldı ki... Düzünü dinləyicilər deyər, mən nə deyə bilərəm. Bulaq uca söznən ilahi səsin vəhdətindəndi,- dedim. Bu ilahi səslərin sahiblərini xatırlasaq, daha düzgün olar: Məhluqə xanım Sadıqovanı, Səməndər Rzayevi. Allah hər ikisinə rəhmət eləsin!

- Azərbaycan radiosunda Xalq yaradıcılığı redaksiyasının baş redaktorusunuz. Xalqın yaradıcılığını arayıb-axtarmaq sizi öz yaradıcılığınızdan ayırmadı ki?

- Xalq yaradıcılığı göylər qədər sonsuz, dəryalar qədər dərindir desəm, heç də təzə söz demərəm. Xalqımızın folklorunda yerin-göyün sirri var, ən azı indi kəşf eləmək arzusunda olduğumuz kosmosun gizlinləri, səkkizmi deyim, səksənmi deyim sivilizasiyaların izi var. Bunun müqabilində xırda, fərdi yaradıcılıq nədir ki.

Təkcə onu demək yetər ki, sazımız bizlərə nazil olanlardandır. Ruhani, Bəhməni, Mansırı, Dilqəmi, Qaraçı, Mixəyi... Yetmiş iki havamız - havacatımız mən biləni Qorqud Peyğəmbərə vəhy kimi gəlib. Hərəsi öz ağırlığında, öz fəlsəfi dəyərində öz mahiyyətində. Sonrakı min illər ərzində müxtəlif adlar altında ayrı-ayrı ozanlar, aşıqlar tərəfindən yayılıb, dünyanın varına-halına çevrilib.

- "Doğudan Batıya, Quzeydən Güneyə dolanan Böyük köçdə Maşa kişi adlı bir şaman da vardı. Közü əllə götürərdi, qaynar suda üzünü-əlini yuyardı. Yelnən danışardı, gələn qarı duyardı, aşdıqları bələnləri sayardı, ruhları çağırıb Köçü qoruyardı. Tahirin şeirlərində o ocaqdan çınqı qalıb, qor qalıb" - bu sözləri mərhum şairimiz Akif Səməd sizə ünvanlayıb. Bu xüsusda Tahir müəllim, sizin sözünüz?

- Günel xanım, bu xatırlamaya görə də minnətdarlıq bildirirəm. Akif Səməd böyük şair idi. Böyük insan idi. İş yoldaşımız olub. Dostumuz, can-ciyərimiz idi, ruhu şad olsun. Bu xoş sözlərinə görə də ruhu qarşısında baş əyirəm. Qaldı ki... onun dediklərinə mən nə əlavə eləyə bilərəm?

- Bayaq azca da olsa babalarımızdan danışdıq. Bəli, onlar Böyük Köçlərin başında idi. Böyük Çöl dövlətinin qurucularıydı, böyük imperiyalar yapmışdılar. Hər şeydən əvvəl bütöv idilər. Dünya doğulduqları çadırın altı idi . Sözləri də, özləri də bir tamın, bütövün özüydü. Ağlamırdılar, sızlamırdılar. Bütöv idilər deyin, dünyaya çox yenilikləri onlar gətirmişdilər. İynəni də icad eləmişdilər, göylərin sirrindən də xəbərdar idilər. Çox mümkünsüz görünənləri mümkün eləmişdilər.

Şaman idilər, sufi idilər, Qaranlıq dünyaya çox işıqlı qapılar açmışdılar. Hər birinin ürəyində tanrı vardı, tanrıya qovuşmaq istəyi vardı.

Nooldusa, birdən dünyanın nizamı dəyişdi. İtkilərimiz çoxaldı, kitablarımız, kitabxanalarımız itdi, oğurlandı, yandırıldı.



Gör necə bürüdü duman dağları,

Yaman dağlanıbdı şaman dağları.

Vallah əridəcək güman dağları,

Bu nə köçəköçdü, a Talıf oğlu?

Bu nə köçəköçdü,

Bu nə köçəköç?!



Bu da talenin bir ucudu. Akif Səmədin dediyi Böyük Köçün bir ucu.

- Tahir müəllim, gəraylılarınızın birində demisiniz: "Mən könüllər dərvişiyəm, Gedəcəyəm axır sənnən" - Bu nə dərvişlikdi?

- Babalarımız dünyaya sufi - dərviş fəlsəfəsini gətirənlərdi. Dünyanı, tanrını, haqqı dərk eləyənlərdi, tanıyanlarıdı. Dünyanın yaxası boyu haqqa yol getdilər. Dünyanı, özlərini, haqqı bir tamda gördülər. İnsani tanrıda, tanrını insanda, vəhdəti vücudda gördülər. Bu eşqnən də "Mənəm Allah deyyu-deyyu" dünyanı dörd dolanıb, dünyaya haqqı-həqiqəti yaydılar.



Böyük hörmət ilən, təmiz adınan

Mən dolandım bu Qafqazın elini.



Bu da bir ulu dərvişin - Ələsgərin dedikləridi. Alim - alimliyiynən, aşiq-aşiqliyiynən, aşıq-aşıqlığıynan, şair-şairliyiynən, dərviş-dərvişliyiynən, hər bir kəs öz dəyərində, öz könül yükü qədərində dünyaya, ətraflara elm-bilik nuru payladı, saat kimi haqqa dolandılar. Şeirimizin də, sözümüzün də nüvəsində bu haqq, bu güc dururdu. İndi dərvişliyə qayıda bilməyimiz çatışmır.

"Dərviş könülsüz gərək", - Dərviş Yunus deyirdi. "Haqdan bolqan dərvişlər haqq yolunnan gəlmişlər" - bu da Əhməd Yasəvi. Koroğlu özü də dərviş idi. Bütün qələbələri, qəhrəmanlığı dərvişanə idi.

- Tahir müəllim, indi posmodern üslubda şeirlər çox dəbdədir. Siz klassik üsluba sadiqsiniz. Sizcə müasir Azərbaycan şeiri hansı yolla getməlidir?

- Doğru yolla, təbii ki. Yuxarıdakı cavab elə bu sual üçün də yararlıdır. Mənim üçün izim yoxdur, yaxşı söz var, uca söz. Bir də sözü süründürənlər var.

- Bir əcnəbi yazıçının yazdıqlarıdır, deyir ki, " mənim həyatım alınan və alınmayan cəhdlərdən ibarətdir". Həyatda cəhdləriniz çoxmu olub?

- Hər halda maraqlı deyimdir. Cəhdlərim... Yaxşı şeirlər yazmaq istəmişəm, ən böyük cəhdlərim bu olub. Amma təəssüf ki, alınmayıb. Görünür, bu yerdə cəhdlərdən başqa daha nə isə var. Burda yəqin ki. Sənə verilənlərin qədəri əsasdır. Qurani-Kərimdə də belədi, o səndə sənə verilən qədərindədir.

- Son illərdə yazdıqlarınız şeirlərin fəlsəfi yönü daha çox görünür...

- Günel xanım, rəhmətlik Hüseyn Arif demiş: "Yaş altmışdı. Görünür, altımışdandı.

- Yeri, göyü, kosmosu öyrənmək istəyən, hətta öyrənən adam nədənsə özünü dərk etməkdə acizdir. Bu mənada altmış yaşın sevinci çoxdur, yoxsa əzabları?

- İnsan özünü dərk etməyə çalışıb, həmişə bu yolda olub. Bu, sufi olmaqla mümkündür. Sufi olmaqsa hər şeydən əvvəl nəfsdən uca dura bilməkdir. Sualın ikinci tərəfinə gəldikdə isə düzünü desəm, məndə altmış yaşın ağrıları çoxdur. Bu ağrı həm də sözün ağrısıdır. Elə hər yaşın öz ağrısı olur. İnsan özü-özündən nəyi isə soruşur, özünü haqq-hesaba çəkir. O ki qaldı ən çox ağrıdığım yaş, 30 yaşımın tamamında oldu.

- Tahir müəllim, hər şeydən əvvəl sizə 60 yaşın sevincini, bir də yaradıcılıq uğurları arzulayıram.

- Günel xanım, mən də sizə təşəkkürümü bildirirəm. Yaşı ad eləyib, məni dinlədiyiniz üçün.



Günel Natiq

Aprel 26, 2008 13:04

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha