Əvvəli: http://artyazar.azeriblog.com/2007/12/21/qlobal-xoshbextlik-sevincler-kederler-i-kitab-i-bolum
Mübarizli həyatın uşaqlıq payı
... O, dünyaya borclu olduğunu sanırdı, fəqət, deyəsən, insanların simasında bu dünya ona çoxlu verəcəyi olacaq...

Masallının təbiəti, elə bu Quzey Azərbaycanın Güney bölgəsi sayılan bu tərəflərin özü kimi, Uca Tanrıdan sanki borc götürülmüşdü: yaşıl yamacların yaraşığı, hündür ağacların toparlaşdığı kiçik - süni və qaıln - qədim meşələrin sirləri, uzaqdan adama gəl-gəl deyən Talış dağlarının gözəlliyi ilə sirli aurası, bir də xoşxasiyyətli insanlardan axan enerji - sevgi əhatəsində böyüyən balaca
Mübarizə elə gəlirdi ki, yas mərasimlərində, Məhərrəmlik ayında 12 imamların ən mübarizlərinin - Hüseyn və Həsən cənablarının faciəvi-tarixi qurbanlıq hadisəsinə həsr olunmuş hərilki Təkiyələrdə məclisbaşında oturdulmuş mollaların nəql etdiyi tək Cənnəti dünyanın o biri üzündə axtarmaq lazım deyil, gərək onu həyatın simasında görəsən...
Doğulandan bu yana hər kəs ona göylərdən göndərilən əmrə uyğun qoyulmuş ismə - ada layiq ömür cığırını salmağa başlayır. Balaca Mübariz də hamı kimi həyatının bakirə çağından başlayaraq dünyayla yarışa girmiş oldu. Onun o kiçik və girdə ürəyində bəsləyərək özü kimi böyütdüyü dünya tər-təmiz idi. Orada sevgiyə, dostluğa, həyatsevərliyə, zəhmətə həvəsgərliyə, doğmalarına və heç tanımadığı yad adamlara bəslənən ülvi hisslərə, bir də gələcəyinə inama daha çox yer vardı. Sanki özü də lap ilk uşaqlıq illərindən hiss edirdi ki, Tanrının sevdiyi bəndə olaraq onun öhdəsinə böyük xarüqələr yaratmaq düşürdü. Qəribə idi, onun ürəyində bütün insanlara yer vardı: istər pis, istərsə də yaxşı adama ayıra bilmədiyi dostları həm sevinclərini, həm kədərlərini, sevgilərini, lap elə nifrətlərini onunla bölüşməyə üstünlük verirdilər. Çox zaman isə xəstə dostları, bir yeri ağrıyan tanışları bu xüşüüi enerjiyə malik uşağın yanında beş-on dəqiqə qalan kimi yüngülləşir, özünü rahat hiss edirdilər.
Belə hallar isə balacanı çox üzgünləşdirirdi: evə yorğun-arğın qayıdan Mübarizi atası bir neçə dəfə həkimə də göstərsə də, "aslan kimi sağlamdır" cavabını almışdı...
Geniş çöllər, başı buludları haçalayan dağlar, zümrüd meşələr, yam-yaşıl çəmənlər onun idi. Qardaşı və qonşu uşaqlarıyla birgə çöldə-bayırda mal-qaranı, qoyun-quzunu örüşə aparanda, özündən böyüklərin buyruğuna əsasən uzağa getmış heyvanları geri qaytarmaq üçün yürüyəndə qaçmırdı, uçurdu - qanadlar əvəzinə ürəyi çırpınırdı-çırpılırdı, sankı bütün duyğulrıyla ətrafa çığırırdı:
- Mən həyatı sevirəm, mən dünyanı içimə yığıram...
***
- Sən böyüyəndə nə olmaq istərdin, Mübariz?
- Deməkdə çətinlik çəkirəm... Hər halda elə bir insan olmağa çalışacağam ki, çətinə düşən insanlara əlimdən gələn köməkliyi edə bilim...
Dostlarıyla bəlkə də yüz dəfə etdikləri bu söhbət yəqin yadına düşmüşdü Mübariz Mənsimovun - aşağıdakı hadisə baş verəndə...
Bəs MM kimdir? - bu sualın ən yaxşı cavabı aşağıdakı info-yağışıdır...
Mübariz Mənsimov Rövnəq Abdullayevlə anlaşıb
ARDNŞ-in neftini «Palmali» şirkəti daşıyacaq
ARDNŞ-lə “Palmali” Şirkətlər Qrupunun rəhbərliyi arasında Bakı-Tiflis-Ceyhan kəməri ilə nəql olunan neftin Ceyhan limanından daşınmasına dair müqavilə imzalanıb.
“Palmali” Şirkətlər Qrupunun Bakı nümayəndəliyinindən APA-ya verilən məlumata görə, ARDNŞ-in prezidenti Rövnaq Abdullayev və “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov tərəfindən imzalanmış müqavilə 10 illik müddəti əhatə edir. Qeyd edək ki, “Palmali” Şirkətlər Qrupu Aralıq, Baltik, Xəzər və Qara dəniz hövzələrində, Rusiyanın daxili sularında yük daşınmalarını həyata keçirir. Şirkətin donanması 120-dən artıq tanker və yük gəmisindən ibarətdir.
http://www.azadliq.az/index.php?category=25&id=6169
Mübariz Mənsimov: "Uğur naminə istənilən məbləği xərcləməyə hazıram"
"Palmali" şirkətlər qrupunun və "Xəzər-Lənkəran"ın prezidenti Mübariz Mənsimov day.az saytına verdiyi müsahibənin bəzi məqamlarını nəzərinizə çatdırırıq.
- Mübariz müəllim, uşaqlığınız haqda danışın. Bildiyimizə görə, o çox çətin olub.
- Deməzdim ki, uşaqlığım çətin olub. Bu adi, ata, ana, 6 bacı və 2 qardaşdan ibarət böyük ailəyə xas sovet uşaqlığı idi. Təbii ki, böyük ailələrdə cəmiyyətdə özünü aparmaq vərdişləri, yad fikrə qulaq asmaq bacarığı nədənsə daha asan və yüngül mənimsənilir, qarşılıqlı yardım hissi tərbiyə olunur. Gözəl tərbiyə ilə yanaşı, bütün bunlar, şübhəsiz, xarakterimin formalaşmasına təsir göstərib. Və açığını desəm, özümə heç də yaşadığımdan fərqli uşaqlıq arzulamazdım.
- Mümkünsə, ilk biznes addımlarınız haqda danışın. "Palmali" şirkəti necə yarandı?
- "Palmali" yaranana qədər Rusiyada gəmidaşıma biznesiylə məşğul olurdum. Artıq 1993-cü ildə Türkiyədə sonradan "Palmali" şirkətlər qrupuna çevrilən şirkət yaratdım. Başqa sözlə, növbəti il uğurlu işimizin 15 illik yubileyini qeyd edəcəyik.
- Gələcəkdə Türkiyə və Azərbaycandakı siyasi proseslərdə iştirak etmək niyyətiniz yoxdu? Azərbaycanda media-layihə gerçəkləşdirmək planı bu istiqamətdə əlavə dəstək almağa hesablanmayıb ki?
- Hadisələrin belə axarı istisna olunur. Mən biznesmənəm və bacardığım işlə məşğul olmalıyam. Həm də mənim artıq öz mülküm, "Palmali" şirkətlər qrupu adlı böyük ailəm var. Və bu ailədə hamı bir məqsəd - Azərbaycanı şöhrətləndirmək üçün birləşib. Bundan başqa, mənim əvvəldən də məmura çevrilmək, siyasətlə məşğul olmaq niyyətim olmayıb. Əminəm ki, bacardığım işlə məşğul olmaqla ölkəmə daha çox fayda verirəm.
- İdman haqda danışaq. "Xəzər-Lənkəran"ın ikinci çempionluq şansını necə qiymətləndirirsiz?
- Ölkəmizdə yeganə özəl futbol klubu olan "Xəzər-Lənkəran" istənilən titulları qazanmağa can atan və buna qadir olan bacarıqlı və ambisiyalı kollektiv olduğunu artıq hamıya sübut edib. Çox inanıram və ümid edirəm ki, bu il futbolçularımız ötənilki uğuru təkrarlayacaq.
- Bəs "Xəzər-Lənkəran"ın Çempionlar Liqasında oyununu necə qiymətləndirirsiz?
- Hesab edirəm ki, komanda rəqibi - Zaqreb "Dinamo"su ilə yetərincə ləyaqətlə oynadı. Ancaq unutmaq lazım deyil ki, rəqiblərimiz daha şanlı ənənələrə və tarixə, beynəlxalq arenada çıxış təcrübəsinə malikdi. Məhz bu təcrübə bizə yekun qələbə üçün bəs etmədi. Bundan başqa, qərəzli, qeyri-obyektiv hakimlik də mənfi rolunu oynadı. Bütün bu şərtlərə rəğmən, hesab edirəm ki, Zaqreb "Dinamo"suna qələbə çox çətin başa gəldi. Bizə isə bu məğlubiyyətdən dərs götürmək və həm ölkə çempionatı səviyyəsində, həm də beynəlxalq arenada yeni qələbələrə hazırlaşmaq lazımdı.
- "Xəzər-Lənkəran"ın prezidenti postundan niyə imtina etdiz?
- Bilirsizmi, fikrimcə, futbol klubunun prezidenti futboldan başqa heç bir işlə məşğul olmamalıdı. Mənim belə imkanım yoxdu. Vəzifəm "Xəzər-Lənkəran" futbol klubun yaratmaq idi və mən bunu gerçəkləşdirdim. Və indi bütün məsuliyyətimlə bəyan edirəm ki, nail olduqlarımızla kifayətlənməyəcək, yeni uğurlara can atacağıq. Həmin uğurlar naminə istənilən zəruri məbləği xərcləməyə hazıram. Hədəfimiz Avropa arenasında uğur qazanmaqdı, bu isə istənilən xərcə bəraət qazandırır.
- "Bakı" və "Neftçi"yə əcnəbi məşqçilər dəvət olunub. Sizin xaricdən məşqçi dəvət etmək planınız varmı?
- Xatırladım ki, məhz "Xəzər-Lənkəran" Azərbaycana ilk əcnəbi məşqçini - türk mütəxəssis Rasim Karanı gətirən klub olub. Kiminsə bostanına daş atmaq istəmirəm, ancaq təcrübə göstərir ki, əcnəbi məşqçilər hələ bizim mentallığı qəbul etmir. Bundan başqa, əminəm ki, komandanın indiki məşqçisi Ağasəlim Mircavadov əcnəbi mütəxəssislərə heç nədə uduzmur. Bəli, o hələ Avropada tanınmayıb. Ancaq əminəm ki, Mircavadovun "ulduz saatı" hələ irəlidədi.
"Xəzər-Lənkəran"ın fəxri prezidentini öldürmək istəyirlər?
Mətbuatda yer alan məlumatlara görə "Xəzər-Lənkəran" klubunun fəxri prezidenti Mübariz Mənsimov Türkiyədə təhdidlə üzləşib. Məlumatda "Palmali" şirkətlər qrupunun prezidenti Mənsimovun T.Kazım adlı Türkiyə vətəndaşı tərəfindən davamlı olaraq təqib edildiyi vurğulanır. İqdır əsilli Azərbaycan türkü olduğu söylənilən Kazımın Mənsimovdan pul tələb etdiyi də bildirilir. Onun tanınan avtoritetlərdən və İqdır cameəsinin fəal üzvlərindən olduğu da qeyd edilir. Davamlı təhdidlərdən bezən və həyatına təhlükə olduğunu hiss edən Mübariz bəy polisə müraciət etmək zorunda qalıb. Türkiyə polisi isə Mənsimovun müraciəti əsasında Kazımı həbs edib. Məlumatda o da vurğulanır ki, tanınmış ziyalı, İqdır əsilli azərbaycanlıların liderlərindən olan Nihat Çətinqayanın qardaşı Sihat Mübariz Mənsimova şikayət ərizəsini geri götürmək xahişiylə müraciət edib. Xatırladırıq ki, Nihat Çətinqaya Elçibəy hakimiyyəti dövründə dövlət müşaviri vəzifəsində çalışıb.
Biz mətbuatda yer alan məlumatı dəqiqləşdirmək üçün "Xəzər-Lənkəran"ın vitse prezidnti Tuyqun Nadirovla əlaqə saxladıq.
Təəssüf ki, Tuyqun bəy bizə dolğun informasiya verməkdən çəkindi və fikirini də belə əsaslandırdı: "Mübariz Mənsimovun futbola nə aidiyyatı var ki, "Futbol+" qəzeti onunla maraqlanır? Klubumuzla bağlı hansı məlumatlar sizi maraqlandırsa, cavablaya bilərəm"
Tuyqun müəllimə xatırlatdıq ki, Mənsimov yaxın vaxtlara qədər "Xəzər-Lənkəran"ın prezidenti olub və indi də futboldan uzaq deyil, ən azı fəxri prezident adını daşıyır. Yalnız bu dəlildən sonra Tuyqun Nadirov qısa da olsa, xəbərə münasibətini bildirdi: "Yayılan informasiyanın heç bir əsası yoxdur, tam uydurmadı. Sözün düzü, bu xəbəri sizdən eşidirəm. Belə bir hadisə olsaydı, mütləq mənim xəbərim olardı".
Ancaq Tuyqun bəyin sualımızı əvvəlcə çox aqressiv qarşılaması müəyyən mətləblərdən xəbər verirdi. Hər halda, mövzunu diqqətdə saxlamağa və xəbərin səhihliyini başqa mənbələr vasitəsiylə öyrənməyə çalışacağıq.
http://www.football-plus.az/7sentyabr/70925/n15.htm
“Himayədarlıq etdiyim ”Xəzər-Lənkəran" futbol klubu hər il çempionluq uğrunda mübarizə aparır. Bundan əlavə, Azərbaycanda sponsorluq etdiyim başqa bir komanda da var. Ancaq heç birinin rəhbərliyində təmsil olunmuram". Bu fikirləri “Xəzər-Lənkəran” klubunun fəxri prezidenti, azərbaycanlı milyonçu Mübariz Mənsimov ABŞ-ın məşhur “Forbes” jurnalına müsahibəsində deyib.
“Forbes”in yazdığına görə, 39 yaşlı azərbaycanlı iş adamının sahibi olduğu “Palmali” Şirkətlər Qrupu dünyanın ən böyük dənizçilik şirkətlərindən biri kimi göstərilib. 21 ölkədə ofisi, himayəsi altında 48 şirkət olan “Palmali”nin sahibi jurnala Azərbaycandakı işləri ilə bağlı bunları da söyləyib: “İndiyədək 9 milyon dollar civarında pul xərclədik. Maksimum 15 milyon dollarlıq sərmayə də qoyarıq. Azərbaycanda kərpic zavodumuz var. Süd zavoduna 20 milyon avro qoyduq. 10 milyon dollar yatırımla konserv zavodu da tikəcəyik”.
M.Mənsimov haqda yazının müəllifləri onun çox çalışqanlığını, ancaq 18 ildə belə sərvəti necə əldə etməsi haqda bilgi vermək istəmədiyini vurğulayıb. “Mən gündə maksimum 4 saat yatıram, ayda təxminən 120 saat təyyarədə uçuram və riski sevirəm”,- deyə Mənsimov jurnala bildirib.
http://www.presspost.az/index.php?type=xebergoster&id=3093
Mübariz Mənsimov Türkiyədə telekanal açır
"Palmali" Şirkətlər Qrupuna aid "PalMedia" şirkəti Türkiyədə 99.2 tezlikdə yayımlanan yeni Pal FM radiosunu açıb. APA-nın ANS-PRESS portalına istinadən verdiyi məlumata görə, dünəndən etibarən kanal test yayınlarına başlayıb. "PalMedia" şirkətinin baş direktoru İbrahim Nəbioğlu bildirib ki, radio yalnız İstanbulda deyil, əhalisi sıx olan Mərmərə regionunda - İzmit, Bursa, Bolu, Balıkəsir, Ədirnə və Çanaqqala vilayətlərində də yayılacaq. Yeni radiokanalda türk pop-musiqisi ilə yanaşı, Azərbaycan musiqisi də səsləndiriləcək. Şirkət rəqəmsal avadanlıq və yeni nəsil texnologiya əldə edib.
İlin sonuna qədər "Palmali" Şirkətlər Qrupunun PAL TV kanalının da açılması üçün hazırlıq işləri başa çatdırılacaq, həmçinin daha bir radiokanal açılacaq.
Qeyd edək ki, "Palmali" Şirkətlər Qrupu azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsusdur.
http://www.kaspi.az/iyul/4/gundem.htm
Aqşin ƏLİYEV
MÜBARİZənin sonluğu...
İstefa mədəniyyətinin yerli-dibli olmadığı Azərbaycanda “Xəzər-Lənkəran” klubunun prezidenti Mübariz Mənsimov tutduğu vəzifədən könüllü gedib. Bəlkə də könüllü istefa Mənsimovun həyat və yaradıcılığının böyük hissəsini Azərbaycandan kənarda keçirməsi ilə bağlıdır. Bu məmləkətdə yaşayanlar adətən şiti çıxandan sonra öz postlarını təhvil verirlər. Çox vaxt da qovulurlar.
“Xəzər, hamını əzər”, “Qafqazın “Çelsi”si”... Belə utopik şüarlar bizlərdə fantaziyanın azlığını göstərir. Mübariz Mənsimov Avropada çox yaşadığından reallığı xoşlayır. Heç şübhəsiz ki, onun həyatının qayəsi nağıllar, şirin xəyallar deyil. Ona görə də Mənsimovun Azərbaycanda klub prezidenti postunu daşımağa hövsələsi çatmadı. Çünki Mənsimovun “Xəzər-Lənkəran”a çəkdiyi xərclər həndəsi silsilə ilə artdığı halda, qazancdan söhbət gedə bilməzdi. 2004-cü ildən indiyədək Lənkəran klubuna çəkilən xərcləri təsəvvür etmək çətin deyil. Stadion tikilib, komanda dünyanın ən ekzotik yerlərində təlim-məşq toplanışı keçib, klubun menecerləri Braziliyadan vurub, Yaponiyadan çıxıblar, futbolçular Bakıda ən bahalı otellərdə məskunlaşıblar. Bunların cəmi milyonlarla manat deməkdir. Mənsimovun əlacı olsaydı, klub prezidenti vəzifəsindən çoxdan gedərdi. Məsələn, 2005-ci ilin romantik payız gecələrindən birində az qala “Xəzər-Lənkəran”ın “fatihə”si oxunacaqdı. Mənsimov komandasının uğursuzluğundan elə qəzəblənmişdi ki, klubun ləğv olunacağını, Lənkəran stadionunun yerində isə uzunqulaq ferması yaradacağını bildirmişdi. Amma həmin vaxt hansı səbəbdənsə Mənsimov son anda əsəblərini cilovladı. Sözünün üstündə durmadı, Azərbaycan futboluna rəhm etdi, yenə pul kisələrinin, bunkerlərin ağzını açaraq, “Xəzər-Lənkəran”lıların şad-xürrəm yaşamasına imkan yaratdı.
Azərbaycanda futbol klubunun idarəçilik sistemi “bir aktyorun tamaşası”na bənzəyir. Klubun prezidenti (futbolçular onu bəzən aylarla görmürlər) idarəçiliyi öz yaxı adamına tapşırır. Həmin şəxs isə klubdakı işləri təkbaşına həyata keçirir. Elə buna görə də futbol klublarımızda xeyli təsadüfi adamlara rast gəlmək mümkündür. Voleybol müəllimi, iqtisadçı, hüquq-mühafizə işçisi, poçt şöbəsinin əməkdaşı, hətta “çerçeniya” müəllimi. Klublarımızın qeyri-peşəkarlığı da buradan yaranır. Bizdə “İnter” rəhbərliyi öz aləmində novatorluğa imza atıb. Beynəlxalq bankın himayəsində olan bu klub xaricdən prezident gətirib. Guya, Georgi Nikolov yüksək idarəçilik qabiliyyətinə, fitri istedada, fantastik ideyalara malikdir. Nikolovsuz da “İnter” bərbad oyun nümayiş etdirirdi. İndi komandanın mahiyyətsiz oyun stili bir az da cücərib, boya-başa çatıb.
Qayıdaq Mənsimovun istefası məsələsinə. İndi onu Azərbaycana daha incə tellər bağlayır. Onun rəhbərlik etdiyi “Palmali” Şirkətlər Qrupu Dövlət Neft Şirkəti ilə 10 illik müqavilə bağlayıb. Məsələni siyasiləşdirmək istəmirəm. Ancaq fakt budur ki, Mənsimov Azərbaycan futboluna 3 il sərasər pul yatızdırmaqdan bezib. Onun yatızdırdığı pullar heç oyanana oxşamır. Mənsimovun prezidentlikdən fəxri prezidentliyə keçməsi çoxlarını çaşdıra bilər. “Prezident və ya fəxri prezident, nə fərqi var” deyə düşünməyin. Roman Abramoviç “Çelsi”də prezidentlikdən fəxri prezidentliyə keçmək üçün xeyli götür-qoy etdi və sonda öz vəzifəsində qaldı. “Xəzər-Lənkəran”la “Çelsi”ni müqayisə etmək fikrindən uzağam. Sadəcə, iş prinsipləri eyni olan Mənsimovla Abramoviçi fərqli qərarlarından danışdım.
Mübariz bəy ölkə daxilində güc-bəla ilə çempion olan, avrokuboklarda isə mərhələ adlamağa tamarzı “Xəzər-Lənkəran”dan uzaqlaşır. MÜBARİZə bu gün də var, amma sabah olmaya bilər.
Elə bilirsiniz ki, indi Azərbaycandakı klub prezidentləri pullarını havaya sovurmaqdan həzz alırlar? Onların əksəriyyəti nəyinsə xatirinə saxta əliaçıqlıq edirlər. Hətta elələri var ki, bu fani dünyada futboldan çox nifrət bəslədikləri nəsnə yoxdur...
http://sport.apa.az/news.php?id=6077
MÜBARİZ MƏNSİMOV TÜRK KRİMİNALI İLƏ ÜZ-ÜZƏ
Krimanal qrup “Palmali” rəhbərindən xərac istəyir
“Palmali” şirkətlər qrupunun rəhbəri, tanınmış iş adamı Mübariz Mənsimov fəaliyyət göstərdiyi Türkiyədə qalmaqalla üzləşib. Bizə çatan bilgilərdə göstərilir ki, iş adamını davamlı təqib edən və guya ondan böyük məbləğdə xərac istəyən Türkiyə vətəndaşı Kazım T. polis tərəfindən saxlanılıb. Kazımın saxlanmasına səbəb Mübariz Mənsimovun yazılı şikayəti olub. Lakin iş bununla da bitməyib. Belə ki, Kazım adlı Türkiyə vətəndaşı kriminal aləmin nüfuzlu ismi olmaqla yanaşı, İstanbulda çox yaxşı təşkilatlanmış İqdır cameəsinin tanınan üzvlərindəndir.
Kazım T. kökəncə İqdır əsilli Azərbaycan türküdür. Bu səbəbdən də hazırda Mübariz Mənsimovun olduqca ciddi qalmaqalla üzləşdiyini, çarpaz atəş altda qaldığını iddia etmək mümkündür.
M.Mənsimovun həbs etdirdiyi Kazım T.-nin azadlığa buraxılması üçün bir sıra çalışmalar aparıldığı bildirilir. Onlardan birində deyilir ki, tanınmış ziyalı, İqdır əsilli azərbaycanlıların liderlərindən olan Nihad Çətinqayanın qardaşı Sihad Çətinqaya “Palmali” prezidentinə şikayət ərizəsini geri götürməsi ilə bağlı xahiş edib. Bu məqamda xatırladaq ki, Nihad Çətinqaya Türkiyədə tanınan ismlərdən olmaqla, Elçibəy iqtidarında dövlət müşaviri vəzifəsində çalışıb.
"Yeni Müsavat" qəzeti



