Bu e-kitabı yazmaqda məni həvəsləndirmiş Azərbaycanıma, zamana, Mübariz Mənsimova, dostlarıma, yahoo-qruplarda düşüncələrimi bölüşdüyüm virtual oxucularıma və Özümə minnətdarlıq dolu sevgiylə ittihaf edirəm...
E-kitabdakı fakt, hadisələr və real həyat cizgilərinə görə müəllif olaraq cavabdeh olsam da, mənbəsi göstərilən məlumat, bilgi və həqiqi infolara ilkin qaynaqların sahibləri məsul sayılır...
Bircə xahişim var: müəyyən mütaliə vərdişi, oxu mədəniyyəti və ədəbiyyat hazırlığı olmayanlar bu e-kitaba baş qoşmasalar, minnətdar olaram...
Bu e-əsərdə siz ilk rəsmi Azərbaycanlı milyarder Mübariz Mənsimovun mürəkkəb və ədəbiyyata gələsi həyatı, fəaliyyəti, eləcə də ədəbi formada obrazı ılə tanış olmaq imkanını qazanırsız...
Aydin bey, bu menim size unvanladigim 2ci yazidir. 1-ciden cavab almadim. umid edirem bu defe cavab alacam. Asagida size goderdiyim 1-ci yazidir. Nezere alin ki bunu evvelki meqalenize cavab yazmisam. eger sehv varsa, buyurub fikinizi bildirersiz.
Meqalenizi oxuyuram, ve maraqli geldiyi qeder de teeccublu ve gulmeli gelir. Mansimovun kecmisde gorduyu butun ishlere etiraz edirsiz. demek olar ki hamisina (ozu de esassiz - ancaq kiminse dediklerine esasen - yeni qeybet deye bilerik buna). Ustelik yazirsiz ki rehberlik etdiyiniz qurum Mansimov Mubarizi ilin xeyriyyechisi sechib. Demeli, kecmis ishlerini nezere alib bu mukafati teyin etmisiz. Eks halda bele chixir ki ozunuz ondan nese umursuz, ona gore yaxinlashmaq ucun bu addimi atmisiz. Nece olur ki, bir vaxt gorduyu ishlere gore onu ilin adami sechirsiz, sonra da deyirsiz ki hech bir ish gormeyib. Sizin derdiniz sadece budurmu ki, Mansimov hediyyeni goturmeye gelmeyib?! Xahish edirem semimi olun ve semimi cavab yazin. P.S.Men Mensimovperest deyilem, sadece duze-duz, yalana-yalan demek lazimdir. Onun xeyriyyechi oldugunu da demirem. Duzdur, imkanina gore chox az (!) xeyriyyecilik isi gorur. Amma Azerbaycanda ondan da imkanli olub 1 qepik xerclemeyenler var? Niye her sheyi 1 neferden gozlemeliyik? Sadece kiminse ichinden geldiyi kimi deyil, sadece evez chixmaq, 'qisas' almaq ucun yazilar yazib kimise nufuzdan salmaq isteyi duzgun hereket deyil. Buna subut, - bu yazini palmali shirketinin ozune de gondermisiz.
Aydin Khan Abilov <artyazar@yahoo.com> wrote: Palmali” Şirkətlər Qrupunun prezidenti bu barədə prokurorluğa müraciət etdi
Azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovun həyatı təhlükədədir. Türkiyədə biznes fəaliyyəti ilə məşğul olan həmyerlimizin uğurları ölkəmizdə olduğu kimi Türkiyədə də qısqanclıqla qarşılanır. Onun uğurlu fəaliyyətinin qarşısında aciz qalan rəqibləri isə qaranlıq və kirli əməllərlə “Palmali”yə “dur” komandası vermək istəyirlər. Son olaraq İstanbulun Ləvənt bölgəsində HSBC bankınln köhnə binasını 93 milyon YTL məbləğində təklif verərək qazanan Mübariz Mənsimov adı qaranlıq işlərlə və Dəniz Akkaya ilə eşq məcaraları ilə daim gündəmə gələn Veysəl Kadayifcioğlu tərəfindən təhdid edilib.
Bu barədə Mübariz Mənsimov özü məlumat verib və prokurorluğa təhdidlə bağlı şikayət ərizəsi ilə müraciət edib. Soyadını dəyişdirərək Qurbanoğlu edən M.Mənsimov bildirib ki, məsələyə iş adamı İhsan Kalkavan müdaxilə etsə də Veysəl Kadayifcioğlu təhdidlərini davam etdirib. Bu səbəbdən də Mübariz Mənsimov İstanbul Sarıyer Cümhuriyyet Prokurorluğuna şikayət etmək məcburiyyətində qalıb.
Mübariz Mənsimov həm də bildirib ki, Dəniz Akkaya ilə də heç bir əlaqəsi yoxdur. Məsələ ilə bağlı araşdırma aparan polis və prokurorluq Mənsimovla yanaşı İlhan Kalkavan və Dəniz Akkayanın da ifadəsini alıb. D.Akkaya da Veysəl Kadayifcioğlundan ölüm təhdidləri alıb.
İsmayıl bəy, görürürəm ki, siz də MübarizMənsimovsevərlik nümayiş etdirərək məndən təkidlə mövqeyinizə münasibət bildirməyimi istəyirsiz, olsun!
Əvvəlcəiçində yaşadığımız, eləcə də qarşıdan gələn bayramlarınız mübarək olsun deyərək sizin mənə ünvanladığınız suallara qısaca cavabımı, sonra isə müəyyən məsələlərlə bağlı fikirlərimi bölüşəcəyəm...
1. "Kiminsə dediklərinə əsasən" deyil, artıq 3 ilə yaxındır kiç haqqında kitab yazmaq üçün Mübariz Mənsimovla əlaqədar KİV-dən və ayrı-ayrı mənbələrdən əldə etdiyim informasiyaları, bilgiləri bir yerə toplayıram və yazdıqlarım da yığdığım məlumatların analizindən ortaya qoyduğum nəticələrə əsaslanır.
Düzdür, bu işin çox təhlükəli tərəfləri də var: yadına vaxtilə İtaliya neft mafiyasının sirlərini faş etmiş dünyaşöhrətli yazar və kinossenarist, rejissor P.Pozolininin faciəli həyat sonucunu yadınıza salmaq istəyirəm: əlavə edim ki, mən bu mənada Mübariz bəyin fəaliyyətini mafiyanın qaranlıq işləriylə paraleləşdirməkdən çox uzağam...
2. "...Özünüz ondan nəsə umursuz"... Bu fikrinizlə haradasa razılaşmaq olar: böyük bir dəqiqləşməylə - mən öz şəxsi tələbatıma görə yox (şükür, əlim-ayağım yerindədi, beynim də normal işləyir, intellektimi paraya çevirə bilirəm: ölkədə çıxan ciddi dərgiləri, qəzetləri izləsəniz, onların səhifələrindəki yazılarımı görə bilərsiniz), Azərbaycan milli mədəniyyət və ədəbiyyatına görə həm Mübariz bəydən, həm halal pul qazanan başqa milli iş adamlarımızdan, hələ üstəlik BP kimi varidatımızı əcnəbilərin cibinə axıdan "pul kəmərləri" sahiblərindən. Biz hər şeyi dövlətdən ummamalıyıq, eyni zamanda xeyriyyəçilərimizi də hərdən silkələməliyik.
Bunu isə unutmayın: Mübariz bəyin şirkəti Azərbaycan neftinin 60 % daşımaqla varidat qazanır, sağlığına qismət: deməliç bizim hamımızın həm Neft Şirkətimizin, həm BP-kimilərin, həm də "Palmali" ŞQ-da "payımız var": sonuncunun sahibinin bizim kimi xalqın arasından yüksəldiyini unutmasaq, zənnimcə, hansı fikri beyinlərə yeritmək istədiyimi çox asanca tuta bilərsiz...
3. "...Bir vaxt gördüyü işlərə görə onu ilin adamı seçirsiz, sonra da deyirsiz ki, heç bir iş görməyib." Yaxşı - xeyirxah işlərə çox sağ ol düşür, əgər düşünürsüzsə ki, biz nə isə kimdənsə ummuşuq, sorğunuzu Palmali ŞQ-nə ünvanlayın - hələ ki, vicdan deyilən nəsnə sona qədər paslanmayıb...
Bir də ki, kim bu dünyadan özüylə nəsə qoparıb apara bilibr axı?! Gördüyü lokal işlər barədə ötən yazımda artıq açıqlama fikirlərimi sizlərlə bölüşmüşəm...
4. "Amma Azərbaycanda ondan da imkanlı olub 1 qəpik xərcləməyənlər var..." Onlar bizdən deyil, dostum - bizdən və bizlərdən olan Z.Tağıyev, H.Əliyev (ona olan münasibətlərin çeşidliyinə baxmayaraq, milli-mədəni irsimizin inkişafına verdiyi töhvələri yalnız Ş.İ.Xətainin etdikləriylə müqayisə etmək mümkündür...)... İlham Əliyev, Mehriban xanım Əliyeva, o cümlədən Mübariz Mənsimovdur.
Sonuncunun şansı XXI əsrin Türk Dünyasının Zeynalabdin Tağıyevi olmaq nəhəngliyi düşüb ki, biz də öz fikirlərimiz, düşüncələrimizlə ona yardımçı olmalıyıq...
İsmayıl, Mübariz bəy üzərinə düşən bu missiyanı yerinə yetirəcək, yoxsa, lokal işlərlə həyatını "şad və xürrəm" yaşayacaq, bu cox müşkül məsələdir...
Sayğılarla və yeni il təbrikləriylə, Sizlərdən sıravisi, Aydın Xan...
P.S. Bu e-müraciət və elektron poçtuma gələn yüzdən artıq fərdi məktublar məni həvəsə saldə və yaxın günlərdə Mübariz Mənsimovun ağlasığmaz biznes xoşbəxtliyi barədə yazmağa başladığım "Qlobal xoşbəxtlik: sevinclər, kədərlər..." kitabımı hissə-hissə www.artyazar.azeriblog.com saytımdan oxuya bilərsiniz....
P.P.S. Əgər kimdəsə Mübarız Mənsimov cənablarıyla bağlı maraqlı faktlar, el arasında gəzişən rəvayətlər, şahidi olduğu hadisələr varsa, mümkünsə, yazıb mənim e-ünvanıma göndərməsi tərəfimdən xahiş olunur...
1
xaoskar yazıb:
Maraqlidir, biz dunya milyonerleri barede romanlar, kitablar oxumushduq, niye de azerbaycanli varlilarin heyat uqurlari barede olmasin bir eser... Uqurlar, Aydin Xan muellim!
Dekabr 21, 2007 19:14
2
Ilham yazıb:
Mene ele gelirki, Aydin Xan da bezi yazarlar kimi xaltura etmeye bashlayib...
Dekabr 21, 2007 19:15
3
R. yazıb:
Goresen Mubariz bey haqqinda da yazdiqiniz bu roman o biri eserleriniz kimi yarimchiq qalacaq
Dekabr 21, 2007 19:17
4
Turkiyeden yazıb:
Aydin bey, siz azerilerle bitirdiniz, indi de kechdiniz turklere...
Dekabr 21, 2007 19:22
5
Avara yazıb:
Bombadir, millet para qazanmaqin yolunu tapib
Dekabr 21, 2007 19:26
6
Yazicinin dostu yazıb:
Ela, Qafqaz Abromovichini tanimaliyiq da evvel-axir
Muellifi pisleyirik.
Azerbaycanda azsayli qeyretli milletsever oqul var, onlardan biri de Mubariz muellimdir, onu da vurmaq uchun ictimai fikri azdirmaq isteyirler
Dekabr 21, 2007 19:32
Blog Haqqında
Çağdaş yaradıcı-ictimai düşüncə sahibi, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq Aydın Xanın (Əbilov) Virtual Dünyası: ədəbi-bədii əsərləri, analitik-kulturoloji yazıları, eləcə də intellektual-fəlsəfi, ictimai-elmi məqalələləri, polemik fikirləri, çəkdiyi bənzərsiz fotoşəkillər, şəbəkə gündəliyi, daha başqa maraqlı intellektual-kulturoloji-estetik-yaşam modelləri...
Maraqlidir, biz dunya milyonerleri barede romanlar, kitablar oxumushduq, niye de azerbaycanli varlilarin heyat uqurlari barede olmasin bir eser... Uqurlar, Aydin Xan muellim!
Dekabr 21, 2007 19:14