Günel Anarqızı – peşəkar ədəbiyyata qədəm qoyan kimi çoxları ağız büzdü: Anarın qızıdır deyə, çap edirlər, ədəbi gündəmə gətirirlər, adını yeni nəsil yazarlar siyahısında hallandırırlar... Bu kimi ittihamları daldan-küncdən sağa-sola səpələyənlərin məntiqini anlamaq mümkün deyil: deməli, çəkməki oğlu onun sənətinin mahir davamçısı ola bilər, yaxud, dərziçi qızı ata-anasının peşəsində gücünü-bacarığını göstərə bilər, fəqət Azərbaycan yeni – XX əsr Azərbaycan ictimai-mədəni, kulturoloji-estetik düşüncəsinin formalaşmasında xüsusi rolu olan milli intellektal-yaradıcı nəslin növbəti nümayəndəsi, yəni – mən hələ tarixi uzaqlara getmirəm – ustad sənətkarlar Rəsul Rza, Nigar xanım Rəfibəyli, Anar və Zemfira xanım Səfərova (ictimaiyyətimizə bəlli seçimli simaların imzasını xatırlatdım) ocağının davamçısı sayılan nasir-publisist Günel Anarqızıdan yaxşı yazıçı çıxmaz...
Bu məntiqlə gərək valideynlərinin sənətini yaşadaraq uğurla davam etdirən peşəkarların hamısını güncə sıxışdıraq... Bu yazı bəlkə də yazılmazdı, əgər imzasına etibar etdiyim xalq yazıçısı Anarın tanınmış bəstəkar Emin Sabitoğlu barədə nurdolu-kədərli yazısını oxumasaydım: dinc bir payız axşamında - şər qarışanda o esse içimi oynatdı. Nədənsə, son illər haqsız olaraq sağdan və soldan “vurulan” – insafən, onları da qınamaq olmur, ustad yazıçı özünü Azərbaycan insanına o qədər yaxınlaşdırıb ki, dişi ağrıyan da onu köməyə çağırır, ürəyi tutulan da ondan imdad istəyir, amma onun da içindən əridiyini çoxları fərqinə varmır... – qələmdaşıma zəng açıb, sadəcədemək istədim: “Anar müəllim, insanı riqqətə gətirən, sətirlərə çevrilən duyğulara – insana olan sevgiyə görə çox sağ olun!” Əfsuslar olsun ki, Anar müəllimin mobil telefonunun nömrəsini bilmirdim, bəlkə də yaxşı oldu, əvəzinə yazıçının qızı, yazar həmkarım Günelə zəng etdim: - “Salam, Günel xanım, Aydın Xandır!” Günel səsimi tanımadı deyə - biz onunla çox az telefon söhbətləri etmişdik – ani duruxdu, sonra xatırladı - “Axşamın xeyir, Aydın Xan!” “Payızın mübarək, Günel!” - “Necə?” - “Deyirəm, payızın xeyir...” Sonra telefon söhbəti həmkarımdan xahish etdim ki, haqqında məlumat verdiyim esse ilə əlaqədar Anar müıllimə mənim xoş oxucu duyşularımı çatdırsın: Günelin hedden ziyadə diqqətcil – bu barədə bir qədər sonra – olmasını bildiyimə rəğmən, işlərinin çoxluğundan vaxt tapıb bu ismarıcımı yaddinda saxlamağına, sonra isə sevimli imza sahibinə çatdıracağına inamım yox idi. Hər halda, mən son vaxtlar az-az təsadüf etdiyim azərbaycanca olan duyğusal mətnə görə sevincimi-sevgimi kiminləsə bölüşərək qəlb dincliyi əldə etmişdim: yeri gəlmişkən, Günel boynuna aldı ki, özü hələ imkan tapıb yazıyla tanış olmayıb... Sonra mən ani olaraq yaddaşımı ələk-vələk edib Güneldən soruşdum: - “Pəncərə...” dərgisi, deyəsən, yazışı Günel Anarqızını yavaş-yavaş udur, gərək səni tənqid edəm ki, bəlkə qələmindən yeni-yeni əsərlər çıxa... ... Oxucunu yormamaq üçün bu yerdə bir qədər konkretliyə keçərək bir məsələni xatırlamağı vacib sayıram: Günel Anarqızı yaradıcılığına ilk əvvəl rusca yazdığı esse, mənsur şeir və kiçikhəcmli hekayələrlə gəlib, özü də XXI əsrdə. Maraqlısı isə budur: Günelin ilk oxucuları da məhz İyirmi Birinci Yüzilliyin yeni virtual e-oxucuları – İnternet istifadəçiləri oldu. Fikrimi əsaslandırmaqdan ötrü oxucuya məsləhət görərdim: İnternetdə - qlobal informasiya məkanının müxtəlif şəbəkə axtarış sistemlərində, məsələn, www.google.az , yaxud www.yahoo.com saytının uyğun ara pəncərəsində Günel Anarqızı sözlərini yazıb, klaviaturanın “Enter” düyməsini basmaq kifayətdir ki, yüzlərlə elektron saytlarda, dərgilərdə, forumlarda bu gənc istedadın fərqli vaxtlarda rusca qələmə aldığı əsərlər sizin ixtiyarınıza verilsin. Ən qəribəsi də odur ki, rusdilli oxucular tanınmış yazıçı Anarın qızı Günelin əsərlərini rəğbətlə qarşıladığı bir vaxtda, azərbaycandilli oxucular tərəfindən – onların da arasında yazı-pozu adamları çoxluq təşkil edir ki, əməllərini yalnız bircə kəlməylə ümumiləşdirmək olar: gözügötürməməzlik - müəllif tərəfində bədii çevirmə vasitəsilə doğma dildə peşəkarcasına yenidən canlandırılmış ədəbiyyat nümunələri həddən-ziyadə soyuqanlıqla qarşılandı... Düzü, az qala ictimai fikirin əsirinə çevrilərək ilk dəfə İnternetdə, www.Day.az/forum saytının ədəbiyyat bölümündə Günel Anarqızına aid bir neçə bölümdəki yazılarla, sonra müəllifin özündən aldığım “Altıncı” kitabındakı eyniadlı romanla tanışlıqdan sonra bu imza, maraqlı fərdi dəst-xətt sahibinin yaradıcılığına marağım oyandı. www.Day.az/forum-daki e-polemikalar zamanı təqribən - stilistik və orfoqrafik düzəlişlər sonradan özüm tərəfindən edilib - aşağıdakı məzmunda mülahizələrimi Günelə ismarıcladım (mötərizədəki fikirlər sonradan, yəni bu yazı prosesində əlavə edilib)... “Düzü, mən saytın forum hissəsinə, ən azı ana dillərinə ögəy münasibət bəsləyən (indi boynuma alıram ki, bu fikir tərəfimdən bilə-bilə qıcıqlandırıcı intonasiya ilə yazılmışdı) soydaşlarıma etiraz əlaməti olaraq girmirdim. Amma sonra qərara aldım: həvəsdi-bəsdi, mənim (bizim) gözlərimi qapatmağımla dünya yox olmur ki??? Onsuz da bu məmləkətdə heç kim kitab-ədəbiyyat oxumur, yəni intellektual formada düşünüb-daşınmır, mədəniyyətə - ədəbiyyata yüksək estetik-kulturoloji dəyərlərə fikir vermir: odur, olmayan yerdə, az sayda da rusdilli, yaxud türkdilli, ingilisdilli oxucu və ya ədəbi-bədii söz vurğunu varsa, deməli, art-mübarizə aparmağa dəyər... Günel, mən sənin postmodern gəzişmələrlə bol "Altinci" romanını çox diqqətlə oxudum. Bildiyime göre, bu əsər sənin pafosla dolu ilkin hekayələrindən sonra kompyuter klaviaturasiyla yiğdığın (biz gənclər yaşlı nəsil yazarlardan seçilməkdən ötrü hətta yazışmalarımızda da fərqli stilistik yeniliklər etmək üçün sino gedirik də!) – qələmə aldığın ilk böyükhəcimli bədii nəsr əsərindir. Əslində, ürəyimdən keçirdi ki, o əsər haqqında çox geniş bir araşdırma yazısı ilə mülahizələrimi mətbuata çıxarım. Fəqət sənin kitabının “Caz Mərkəzdə” keçirilən ictimai təqdimatına fərdi dəvət almayan nəsildaş yazarlardan biri olaraq bu fikrimdən daşındım (Bununda xeyrini tezliklə gördüm: Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyini təsisçiliyi ilə nəşr edilməyə başlamış “Pəncərə - mədəniyyətə baxış” art-dərginin Dövlət Filormoniyasında keçirilən təqdimat mərasiminə fərdi dəvət aldım və ədəbi-mədəni həyatımızda xüsusi hadisəyə çevrilmiş məclisdə iştirak etdim; bu barədə daha geniş mənim www.artyazar.tk elektron ünvanlı fərdi saytımda yerləşdirdiyim informasiyadan məlumatlanmaq mümkündür)... Fərdi etirazımı məhz belə bildirdim – itirən sən oldun, mənim yaradıcılığımın ədəbi-tənqidi istiqaməti oldu, yoxsa çağdaş Azərbaycan kulturoloji-ictimai düşüncəsi, onu buraxaq ədəbiyyat tariximizin öhdəsinə (İlahi, biz özümüzdən necə də razıyıq, sanki Qız Qalasını tikmişik, yaxud dağılmağa məhkum İçərişəhəri salmışıq, nə bilim Nizaminin “Xəmsə”sini yaratmış, Füzulinin “Leyli və Məcnun” dastanını bağlamışıq). Amma, bu ingiyliyimə baxmayaraq, boynuma alım ki, o əsərin mənim çox xoşuma gəldi (fərqli-fərdi zövqləri basqılamaq olmaz!): əgər ustad yazıçmız Anar müəllim romanı əməlli-başlı redaktə etməyibse. "Niyə?" – deyə yazıb soruşa bilərsən. Bilirəm işin çoxdu, İnternet Forumlarda yazmağa ərinirsən, ona görə də özüm cavablarımda qənaətlərimi həm gənc yazar olaraq səninlə, həm də ədəbiyyatsevər oxucularla böluşmək istəyirəm (Dəhşət, indicə bu mətnin ilkin variantına filoloji cəhətdən əl gəzdirərək redaktə edəndə İnternetdə, elektron yazışmalarda və Forum e-polemikalarda Azərbaycancamızın başına açdığımız oyunların dilimizin genefonduna vurduğu kulturoloji yaraların dərinliyini gördüm!!!).
art, bes dunenki tedbir hani...
iki shekil chekmishem e, qonorarimi ver!!!
Noyabr 6, 2007 16:00
Blog Haqqında
Çağdaş yaradıcı-ictimai düşüncə sahibi, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq Aydın Xanın (Əbilov) Virtual Dünyası: ədəbi-bədii əsərləri, analitik-kulturoloji yazıları, eləcə də intellektual-fəlsəfi, ictimai-elmi məqalələləri, polemik fikirləri, çəkdiyi bənzərsiz fotoşəkillər, şəbəkə gündəliyi, daha başqa maraqlı intellektual-kulturoloji-estetik-yaşam modelləri...
Aydin Xan, yaman tenbelleshmisen, haaa
Noyabr 6, 2007 13:01