Reklam verin!

İlahi sevginin Mövlanə rəngi

Yazar: artyazar @ Oktyabr 27, 2007 10:08

(Sevgiyi-Rumi)

Başlanğıc axtarışdadır

 Ustadın tez-tez etdiyi şəhərdənkənarı gəzintilərinə müridləri, elə ailədaşları da artıq adətkar olmuşlar:

sema reqsi

(Aydın Xanın gözüylə "Səma rəqsi")


- Könlüm sıxılır, ruhum daralıq, gözlərim qaralır, içim alışır, gözümün işığı... - onu atadan çox müridi tək səmalandırdığı oğlu Sultanın, hər dəfə olduğu kimi, bu səfər də dilinə gətirdiyi istəyi - "Atacan, bəlkə mən də səninlə ruhi gəzintiyə çıxım?" - özünəməxsus sevgiylə rədd etdi...
- Əgər sən mən qədər həyatın hər surətini yaşasaydın, dərdimə şərik, gəzintimə mehman olardın. Tələsmə, hər kəsin öz dövranı gəlib çatanda, gəzintiləri də, səfəri də baş tutur...

Sonrası isə şəhər əhlinin heyrətinə səbəb olan gediş baş verirdi: yaşayış tikililərinin qurtaracağında Ustad yeriyə-yeriyə, addımlarının şərqisi altında itirdi - hər dəfə eyni məkanda təkrarlanan möcüzə canlanırdı. Ətrafdakıların gözünün önündəcə Ustad - şeyx Bəhaəddin Vələdin oğlu Cəlaləddin Rumi şəhərin qurtaracağında əriyir, üfuqə qovuşurdu.

Və günübugün də çox adamlar bilmir ki, bəşəriyyətin Mövlanə kimi tanıdığı bu şəxs nə üçün, necə, kimdən ötrü, nədən savayı bu dünyadan yox olur, əriyərək gözdən itir, daha sonra isə yenə də peydalanır.

Bir günlük ərşə çəkilməyindən sonra Ustad yenə insanların sırasına qoşulurdu, ən qəribəsiydə o idi ki, şəhər əhli o geridönmədən gələn qeybolmaya qədərki vaxtda bu möcüzəni unudur, sanki heç belə bir hadisə onların əsas söhbət məğzi deyilmiş kimi ta növbəti olayı gözləyirdilər...

Hər yeni gəzintisi Ustada həyatın - varolmanın, Ali Həqiqətin bi zərrəsini verirdi: ya kəlamlarla, ya məsnəviyla, ya sevgiylə...
Ustad şəhərdə yeriməyini sürünməyə, gözdən-qulaqdan uzaq gəzintilər zamanı addımlamağını isə uçmağa bənzədirdi özüyçün. Bəzən bir gün, bəzən üç gün, bəzən isə beş gün çəkən bu uçma anı növbəti cüməyə - Yaradanın sevimli vaxtına qədər yekunlaşırdı.

Həftənin bir günü Tanrı ilə ünsiyyətə həsr etmək, bütün varlıqları Ali Həqiqətdə birləşdirən səmavi sevgini insanlarla bölüşmək, Yaradanın sirlərini, deməli həm də yaşanılan həyatın mənasını sadə quldan tutmuş, qartımış varlılara qədər hamiya paylaşmaq vəzifəsi Ustadın ruhuna o, hələ dünyanın bu yanına gəlməmişdən çox-çox öncə, bəlkə də min-min illər bundan qabaq hopdurulmuşdur. Onun könül evində elə bir İlahi sevgi mehman olmuşdu ki, başqa cür mümkün də deyildi...

...Bu gəzintidə Ustadın qəlbi bir bəyaz könül quşuna çevrilibən qondu boz təpədən üzübəri - şəhərə tərəf yol ölçən dəfə karvanındakı bir tacirin qiyafəsindəki nurlu kəsin ruhuna. Şeyxin işindən bir ağrı yüksəldi, dizində taqqəti qalmadı, baxışları daş kimi ağırlaşdı, gözünü uzaq qonaqdan çəkəmmədi:
- Gəl, gəl, gəl, - deməyə ürəyində taqət axtardı.

Tacir qiyafəsindən olan yol yoldaşlarıyla salamatlaşdı, sarvanla halallaşdı, mindiyi dəvənin boynunu qucaqlayaraq karvandan aralandı, Bəhaəddinə tərəf addımladı.
Ustad onun addımlarının sayı qədər misraları dualadı:
 

Can xanimanını
axtarırsansa, cansan;
bir loxma çörək
axtarırsansa, çörəksən.
Bir nöqtəni bilirsənsə,
işi bilirsən deməkdir:
Nəyi axtarırsansa, o sənsən...

Ustad o andaca - tacir qiyafəlinin ona yaxınlaşdığı zaman müddətində anladı ki, qarşısına gələn onun illərcə axtardığıdır. Eynən, onu da duyurdu ki, tapdığı bu ruhi inci tez əldən - qərib tək yoldan itər...

(Ardını səsləyin - Yoldadır)

1

Salam, Aydin, saytin cox xosuma gelir. Yazini da oxudum, ilahi esqe uqurlar.
Aydin, bir fikri diqqetine catdirim. Rumide heveslendirici mukafat yox idi. 5 nefere AYB-nin mukafati verilmisdir.1,2,3-cu yerleri tutanlari ise turkiye is adamlari mukafatlandirmisdir.

Oktyabr 27, 2007 20:25

2
puste yazıb:

saytiniz superdir.ne vaxtdandir aradigim kitablari,yazilari burda tapdim.kim intelektual seviyyesini artirmaq isteytirse bura gelsin.tebrikler.yazi cox xosuma geldi.men de movlana gununde istirak etmisem amma "oyanan esq" de.ve bu tedbirde iran operasi movlananin butun heyatinin merhelelerini oz tamasalarinda eks etdirmisdiler.heqiqeten de mohtesem idi.

Noyabr 1, 2007 23:30

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha